
ZİREHis. [fars.] 1. köhn. Ox və s. yaralayıcı silahlardan qorunmaq üçün döyüşçülərin üstdən geydikləri dəmir tordan, yaxud qalın dəridən geyim. [Yaşlı kişi:] ..İri vücudlu kor bir dilənçi iki əli ilə zirehi silkələyərək qışqırırdı. S.Hüseyn. □ Zireh kimi, zirehtək tor kimi, deşik-deşik. Sinəmi göz-göz zirehtək etdi peykanın sənin. Qövsi.
Hərbi gəmilərdə, tanklarda və s.-də xüsusi polad laylardan ibarət möhkəm qoruyucu örtü. Polad zireh. - Birinci mərmi tankın zireh qisminə dəyərək, deyəsən, kənara sürüşüb partladı. Ə.Əbülhəsən. Keçir tanklarımız zəhmli, qorxunc; Axır bir sel kimi dəmir, zireh, tunc. Ə.Cəmil. zool. Bəzi heyvanların (tısbağa, timsah və b.) bədənini örtən bərk qabıq. Tora qara rəngli dəri zirehi olan nəhəng bağa düşmüşdü. Paylaşın - Hamı bilsin
|