İzahlı lüğət

ZİRƏK

sif. [fars.] Bacarıqlı, əlindən iş gələn, cəld, çevik, çox diribaş. [Hacı Qara:] Yaxşı, siz istəyirsiniz ki, quşdan da zirək olub Arazın o tayına səkəsiniz? M.F.Axundzadə. Bir qədər diribaş və zirək uşaqlar mollanın xəlfəsi olardılar. H.Sarabski. □ Zirək tərpənmək (tərpəşmək) - 1) tez, cəld hərəkət etmək. [Kərbəlayı Fatma xanım:] ..Ay qız, Zeynəb, tez ol, yataqları gətir, bu tərəfdən qoy... Tez ol! Bir azacıq zirək tərpəş! Məmmədquluzadə; 2) başqalarından tez hərəkət etmək, bir işdə başqalarını qabaqlamaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ZAY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed