
ZİRƏKLİKis. Bacarıq, əlindən iş gəlmə, cəldlik, çeviklik, diribaşlıq. Uşağın zirəkliyi.
[Nəbi] öz zirəklik və qoçaqlığı ilə Şuşa qalasında məşhurlaşır. “Qaçaq Nəbi” . Altı il ərzində Budaq oxudu, tərbiyələndi. Gözəl əxlaqı, pak və səmimi ürəyi, həddən artıq zirəkliyi və qabiliyyəti onu müəllimlərə və həm də yoldaşlarına çox sevdirdi. Ə.Vəliyev. □ Zirəklik göstərmək - cəld hərəkət etməklə, tədbir görməklə bir şeyi o birilərindən daha tez əldə etmək; qabaqlamaq. Qoca Firuz bu gün .. zirəklik göstərib. Ə.Məmmədxanlı. Paylaşın - Hamı bilsin
|