.....i_l_by_id_with_comments ZİRVƏ sözünün izahı / ZİRVƏ sözünün mənası

İzahlı lüğət

ZİRVƏ

is. [ər.] Dağın ən yüksək nöqtəsi, təpəsi. Dağın zirvələri qarla örtülüdür.
Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən; Tutmuşam, tək uçurum qarlı dağ üstündə qərar. A.Səhhət. Uzaqda dağların zirvəsi neçə min illərlə əriyib tükənmək bilməyən qarı ilə əfsanəvi bir quşa bənzəyir. R.Rza. Səsləyir yurdumun şeri, zinəti; Zirvəsi dumanlı o dağlar məni. M.Dilbazi. // məc. Bir şeyin ən yüksək pilləsi, dərəcəsi, nöqtəsi.
Burda yaxşı işləyən adamın çıxmayacağı bir zirvə yoxdur. M.İbrahimov. Deyirəm həmişə həyata da biz; Uca zirvələrdən baxa biləydik! Vahabzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ZAL

ZAY

......
....