
ZİYAis. [ər.] İşıq, aydınlıq, nur. Mən onun dərdinə oldum mübtəla; Şəmi-xəyalıma o verir ziya. M.P.Vaqif. Dağların, bağların libası sarı; Günəşin də sönük ziyası sarı. A.Səhhət. Qaramtıl bir bulud parçası qüruba əyilən günün qabağını tutduğu üçün çölün biz olan hissəsinə kölgə düşmüş, qalan yerlər isə qızılı ziya içindəydi. I.Əfəndiyev. □ Ziya saçmaq - nurlandırmaq, işıqlandırmaq. [Gülər:] Gülsün günəş, ziyasını saçsın səmalərə! C.Cabbarlı.
Paylaşın - Hamı bilsin
|