İzahlı lüğət

ZİYAD1

zərf [ər.] klas. Çox, artıq. Kirvə Məhəmmədxan bəy! Dövlətin ziyad; Həm evin abad, sümüyün polad. Aşıq Piri. □ Ziyad etmək (eyləmək) - artırmaq. Çərxi-fələk zülmü ziyad eləmiş; Hicran məni gündə döyər, ağlaram. M.V.Vidadi. [Pəri və Şölə xanım:] Ağa, Allah sənin ömür və dövlətini ziyad eləsin, yüz il xanlıq edəsən! M.F.Axundzadə. Ziyad olmaq - çoxalmaq, artmaq. Zövq üzrə mey artırırdı zövqüm; Şövq üzrə ziyad olurdu şövqüm. Füzuli. Ziyad olur gözümün nuru, ey gözüm nuru; Səbahü şam təmaşayi-xəttü xalında. S.Ə.Şirvani. Əgər ki yayda zəhməti əkinçinin ziyad olur; Ziyad olursa, qış günü o da o qədr şad olur. A.Səhhət.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ZEY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed