
ZİYARƏTGAHis. [ər. ziyarət və fars. ...gah] Ziyarət yeri, ziyarət üçün gedilən yer. [Şeyx Kəbir:] Qapılıb hissə olmasan gümrah; Olacaq məqbərin ziyarətgah. H.Cavid. Bakının ətrafındakı kəndlərin bir qismində bir çox pirlər, ocaqlar, ziyarətgahlar vardı. H.Sarabski. Bu yerlər, bu qumlu, ağacsız, çiçəksiz torpaqlar hələ ta qədimlərdən belə yığın-yığın insanların ziyarətgahı idi. Ə.Məmmədxanlı.
Paylaşın - Hamı bilsin
|