Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 1775

Haca gedən gəldi, saca gedən gəlmədi.

Atalar sözü ID - 1776

Hacı saydığımızın xaçı qoltuğundan çıxdı.

Atalar sözü ID - 1777

Hacılar Məkkəyə getdi - qapıları açıq qoyun, gəldilər - qapıları bağlayın.

Atalar sözü ID - 1778

Hacət dedik, höcət demədik.

Atalar sözü ID - 1779

Haqdan keçmək olmaz.

Atalar sözü ID - 1780

Haqq batil olmaz.

Atalar sözü ID - 1781

Haqq daşı ağır olar.

Atalar sözü ID - 1782

Haqq doğrunun yarıdır.

Atalar sözü ID - 1783

Haqq əli bekar qalmaz; gec kəsər, karlı kəsər.

Atalar sözü ID - 1784

Haqq gəlsin, nahaqq gəlməsin.

Atalar sözü ID - 1785

Haqq haqqı kəssə, Allah hər ikisini kəsər.

Atalar sözü ID - 1786

Haqq iş gündən aydın olar.

Atalar sözü ID - 1787

Haqq işin nahaqqından qorxuram.

Atalar sözü ID - 1788

Haqq nazilər, üzülməz.

Atalar sözü ID - 1789

Haqq söz acı olar.

Atalar sözü ID - 1790

Haqq söz axar suları saxlar.

Atalar sözü ID - 1791

Haqq söz danışanın papağı yırtıq olar.

Atalar sözü ID - 1792

Haqq sözdən gül iyi gələr.

Atalar sözü ID - 1793

Haqq sözlə axan sular durular.

Atalar sözü ID - 1794

Haqq yandıran çırağı söndürmək olmaz.

Atalar sözü ID - 1795

Haqq yeyənin adın qoyarlar Haqverdi.

Atalar sözü ID - 1796

Haqq yıxılan mərd ölər.

Atalar sözü ID - 1797

Haqq yiyəsinə yad olmaz.

Atalar sözü ID - 1798

Haqqı tanıyan xana baş əyməz.

Atalar sözü ID - 1799

Haqqın əli olsun, batilin yaxası.

Atalar sözü ID - 1800

Haqqın verdiyinə şükür eləmək nemət artırır.

Atalar sözü ID - 1801

Haqlı var haqsız çıxar, haqsız var haqlı çıxar.

Atalar sözü ID - 1802

Halın bilmədiyin atın dalına keçmə.

Atalar sözü ID - 1803

Halal incələr, ancaq üzülməz.

Atalar sözü ID - 1804

Halal mal heç yerə getməz.

Atalar sözü ID - 1805

Halalzada barışdırdı, haramzada qarışdırdı.

Atalar sözü ID - 1806

Halva-halva deməklə ağız şirin olmaz, yağinən balı gərək olsun.

Atalar sözü ID - 1807

Halvaçı qızı - daha şirin.

Atalar sözü ID - 1808

Hamam suyuynan xətir-göyül görür.

Atalar sözü ID - 1809

Hamı bilir, dağda kəklik gözəldir.

Atalar sözü ID - 1810

Hamı deyir, mədrəbazın gözü çıxsın - bilmirəm mədrəbaz kimdi.

Atalar sözü ID - 1811

Hamını yarın dərdi öldürür, bunu da qarın dərdi.

Atalar sözü ID - 1812

Hamının ağlı bir olsa, keçiyə çoban tapılmaz.

Atalar sözü ID - 1813

Hamıya adət oldu, bizə bidət?!

Atalar sözü ID - 1814

Hancarı eləyim ki, gözüm oğru gözünə oxşamasın?

Atalar sözü ID - 1815

Haralısan? - Hələ evlənməmişəm.

Atalar sözü ID - 1816

Harda aşdır, orda başdır.

Atalar sözü ID - 1817

Harda gördün hamı kor, sən də ol kor.

Atalar sözü ID - 1818

Hardan incəlsə ordan üzülər.

Atalar sözü ID - 1819

Haram gəldi halalı da apardı.

Atalar sözü ID - 1820

Haram gələn harama gedər.

Atalar sözü ID - 1821

Haram mal bərəkət tutmaz.

Atalar sözü ID - 1822

Haram şirin (dadlı) olur.

Atalar sözü ID - 1823

Harama ağzuvı bulaşdırdın, kəşkülüvü doldur götür.

Atalar sözü ID - 1824

Haramın binası olmaz.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed