Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 1825

Havar sənin evində, davar sənin evində, Daş vurursan toz qopur, nə var sənin evində?

Atalar sözü ID - 1826

Hayqırmaq gücə baxar.

Atalar sözü ID - 1827

Hayla gələn huyla gedər.

Atalar sözü ID - 1828

Hazır yeməyə dağlar dayanmaz.

Atalar sözü ID - 1829

Heç bilmir harda bişib, deyir: mənə də bir çömçə!

Atalar sözü ID - 1830

Heç igid kürəkdən yara götürməz.

Atalar sözü ID - 1831

Heç igid yalqız olmasın.

Atalar sözü ID - 1832

Heç igidi yoxsul olmasın.

Atalar sözü ID - 1833

Heç kəs öz ayranına turş deməz.

Atalar sözü ID - 1834

Heç kəs öz eybin bilməz.

Atalar sözü ID - 1835

Heç kəsin çırağı sabahacan yanmaz.

Atalar sözü ID - 1836

Heç kəsin çörəyi heç kəsin qarnında qalmaz.

Atalar sözü ID - 1837

Heç kimin yarası göz qabağında olmasın.

Atalar sözü ID - 1838

Heç yatanın dalısınca oyaq olmasın.

Atalar sözü ID - 1839

Hesab var dinar ilə, bağış var xalvar ilə.

Atalar sözü ID - 1840

Heydər, Səfdərdi bizim pirimiz, hamınıza dovdu bizim birimiz.

Atalar sözü ID - 1841

Heyvanı budundan dağlarlar, insanı ürəyindən.

Atalar sözü ID - 1842

Həcdən gələn mən, Məkkədən xəbər verən sən?

Atalar sözü ID - 1843

Hələ bala, ilansan, böyüsən şahmar olarsan.

Atalar sözü ID - 1844

Həllacın acığı ağ itdən gələr.

Atalar sözü ID - 1845

Həm dayımgilə gedirəm, həm daylağımı öyrədirəm.

Atalar sözü ID - 1846

Həm ziyarət, həm ticarət.

Atalar sözü ID - 1847

Həmi helədi, həmi kələdi, həmi kərtənkələdi.

Atalar sözü ID - 1848

Həmi ulaq, həmi sulaq.

Atalar sözü ID - 1849

Həmcinsin tanımayan ayağa düşər.

Atalar sözü ID - 1850

Həmən aşdı, həmən kasa.

Atalar sözü ID - 1851

Həmin daş, həmin dibək.

Atalar sözü ID - 1852

Həmişə gülən ağız ayrıq qalar.

Atalar sözü ID - 1853

Həmişə sel kötük gətirməz.

Atalar sözü ID - 1854

Həmişə şaban idi, bir gün də qoy ramazan olsun.

Atalar sözü ID - 1855

Həmişə yol bostan kənarından düşməz.

Atalar sözü ID - 1856

Hənək, hənək, axırı dəyənək.

Atalar sözü ID - 1857

Hər adam özü üçün fikir elər.

Atalar sözü ID - 1858

Hər ağac meyvəsi ilə tanınar.

Atalar sözü ID - 1859

Hər ağıl bir olsa, keçiyə çoban tapılmaz.

Atalar sözü ID - 1860

Hər ağlar gözlüyə aşiq deməzlər.

Atalar sözü ID - 1861

Hər aşığın bir dövranı olar.

Atalar sözü ID - 1862

Hər atılan daşın dalınca getməzlər.

Atalar sözü ID - 1863

Hər daş baş yarmaz.

Atalar sözü ID - 1864

Hər dərdin bir dərmanı var, tapanı gərək.

Atalar sözü ID - 1865

Hər enişin bir yoxuşu, hər yoxuşun bir enişi var.

Atalar sözü ID - 1866

Hər gecənin bir gündüzü var.

Atalar sözü ID - 1867

Hər gəlhagəlin bir gethagedi var.

Atalar sözü ID - 1868

Hər gözəlin bir eybi olar.

Atalar sözü ID - 1869

Hər gün gələn hərgiz olı, bir gün gələn nərgiz olı.

Atalar sözü ID - 1870

Hər hikmətin başı imandı.

Atalar sözü ID - 1871

Hər hürənə daş atsan, daş üstə daş qalmaz.

Atalar sözü ID - 1872

Hər xoruz öz çöplüyündə eşələnər.

Atalar sözü ID - 1873

Hər iş öz ustadı əlində asandı.

Atalar sözü ID - 1874

Hər kələk adam hər dölək iti aldadammaz.

Bu səhifə dəfə baxılıb

......