Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 2875

Nacins ağac düyünlü olar.

Atalar sözü ID - 2876

Nacins qarpızın toxumu çox olar.

Atalar sözü ID - 2877

Nahaq qan yerdə qalmaz.

Atalar sözü ID - 2878

Naxır yerli-dibli yoxdur, bu, ala dana axtarır.

Atalar sözü ID - 2879

Naxırçı qızı naxırçı çörəyi arzular.

Atalar sözü ID - 2880

Naxırçı qızından xanım olmaz.

Atalar sözü ID - 2881

Naxırçı qızını verdi, torba dağarcığı da üstəlik.

Atalar sözü ID - 2882

Naxırçının könlü naxır çörəyi istər.

Atalar sözü ID - 2883

Nalını almamış mıxını çalma.

Atalar sözü ID - 2884

Namaz qıla-qıla yıxdın öyümü, indi başlamısan Haca getməyə.

Atalar sözü ID - 2885

Namərd yoldaşından görər, mərd Allahından.

Atalar sözü ID - 2886

Namərdə tuş olanın ciyəri qana dönər.

Atalar sözü ID - 2887

Namərdi bir gördün, bir də görsən, namərdsən.

Atalar sözü ID - 2888

Namərdin çörəyi dizinin üstə olar.

Atalar sözü ID - 2889

Namərdin gözü dar olar.

Atalar sözü ID - 2890

Namərdin sözünü söz eləmək olmaz.

Atalar sözü ID - 2891

Namusu itə atdılar, it yemədi!

Atalar sözü ID - 2892

Naşıya zurna verəndə yoğun başından yapışar.

Atalar sözü ID - 2893

Necə baxım gözüm gəlin gözünə oxşasın?!.

Atalar sözü ID - 2894

Necəsən qanmayım atan yansın!

Atalar sözü ID - 2895

Neylərəm qızıl teşti içinə qan qusam.

Atalar sözü ID - 2896

Neylərəm o imanı ki, yarısı qardaşa yanmaya.

Atalar sözü ID - 2897

Neyləyirəm qızıl taxtı, bir qızıl baxtım olsa.

Atalar sözü ID - 2898

Neyniyəsən düz əyrini kəsəcək.

Atalar sözü ID - 2899

Nə ağacı tovla, nə iti hürdür.

Atalar sözü ID - 2900

Nə altda unsan, nə üstdə kəpək.

Atalar sözü ID - 2901

Nə artsa çiydən artar, bişmişdən heç nə artmaz.

Atalar sözü ID - 2902

Nə azğın ol asıl, nə məzlum ol basıl.

Atalar sözü ID - 2903

Nə bağım var, nə də çaqqalla davam.

Atalar sözü ID - 2904

Nə balın yeyirəm, nə bəlasın çəkirəm.

Atalar sözü ID - 2905

Nə biçinin biçirəm, nə ayranın içirəm.

Atalar sözü ID - 2906

Nə çapağım var çapam, nə bəxtim var tapam.

Atalar sözü ID - 2907

Nə çiy yeyim, nə də qarnım ağrısın.

Atalar sözü ID - 2908

Nə daş atdın ki, qolun da ağrısın.

Atalar sözü ID - 2909

Nə dərin suya gir, nə Xıdır Nəbini çağır.

Atalar sözü ID - 2910

Nə dəvənin südün istə, nə ərəbin üzün gör.

Atalar sözü ID - 2911

Nə diriyə hay verər, nə ölüyə pay.

Atalar sözü ID - 2912

Nə əkərsən, onu biçərsən.

Atalar sözü ID - 2913

Nə əmmirəm, nə əmişdirmirəm.

Atalar sözü ID - 2914

Nə gələndən üz çevir, nə gedəni qovar ol.

Atalar sözü ID - 2915

Nə işim naqabilə söz deyəm; damağına ya dəyə, ya dəyməyə.

Atalar sözü ID - 2916

Nə itələ yıx, nə çək durğuz.

Atalar sözü ID - 2917

Nə qanır, nə qandırır.

Atalar sözü ID - 2918

Nə qədər eşşəyi vardı, palan axtarırdı, palanı tapan kimi eşşəyi kürd yedi.

Atalar sözü ID - 2919

Nə qorx, nə də qorxunu ürəyindən çıxart.

Atalar sözü ID - 2920

Nə sal ilədir, nə mal ilədir, gülüm, ululuq kamal ilədir.

Atalar sözü ID - 2921

Nə söyüd ağacından bar, nə arsızdan ar.

Atalar sözü ID - 2922

Nə şaşqın ol basıl, nə daşqın ol asıl.

Atalar sözü ID - 2923

Nə şeytan görüm, nə qulfallah oxuyum.

Atalar sözü ID - 2924

Nə şiş yansın, nə kabab.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed