Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 2925

Nə titrərsən, əllərim, verməyincə ala bilməzsən.

Atalar sözü ID - 2926

Nə tökərsən aşına, o çıxar qaşığına.

Atalar sözü ID - 2927

Nə ucudu, nə ortası, qırılıb qarın qartası.

Atalar sözü ID - 2928

Nə umursan bacından, bacın ölür acından.

Atalar sözü ID - 2929

Nə varlıya borclu ol, nə yoxsuldan alacaqlı.

Atalar sözü ID - 2930

Nə versən adındı, nə yesən dadındı, qalanı yadındı.

Atalar sözü ID - 2931

Nə yada sirrini ver, nə namərdə bel bağla.

Atalar sözü ID - 2932

Nə yaraşır arığa, gedə girə qoruğa?!

Atalar sözü ID - 2933

Nə yardan doyur, nə əldən qoyur.

Atalar sözü ID - 2934

Nə yaş olub sıxılmalı, nə quru olub qırılmalı.

Atalar sözü ID - 2935

Nə yatdı ki, nə yuxu görsün?!

Atalar sözü ID - 2936

Nə yatdıq, nə uzandıq, hazır oğlan qazandıq.

Atalar sözü ID - 2937

Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım.

Atalar sözü ID - 2938

Nə zalım ol asıl, nə miskin ol basıl.

Atalar sözü ID - 2939

Nəcabət adamın zatında olar.

Atalar sözü ID - 2940

Nəciblik canda deyil, qandadı.

Atalar sözü ID - 2941

Nəfəsə Haqdan gəlir.

Atalar sözü ID - 2942

Nəfs nəfsdir, bədnəfsin adı bədnamdı.

Atalar sözü ID - 2943

Nərin dizi bağlı gərək.

Atalar sözü ID - 2944

Nisyə çaxır içən iki yol keflənər.

Atalar sözü ID - 2945

Nisyə girməz kisəyə.

Atalar sözü ID - 2946

Niyə elə yerdə yatıram ki, altıma su çıxsın?!

Atalar sözü ID - 2947

Niyyətin hara - mənzilin ora.

Atalar sözü ID - 2948

Nökər nədi, bekar nədi.

Atalar sözü ID - 2949

Nökərsən, niyə bekarsan? Aç qapını, ört qapını.

Atalar sözü ID - 2950

Növbə yetimə çatanda qaşığın dəstəsi sınar.

Atalar sözü ID - 2951

Nuh deyər, peyğəmbər deməz.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed