Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 3293

Siçan olmamış dağarcığı dəlir.

Atalar sözü ID - 3296

Siçandan olan torba kəsər.

Atalar sözü ID - 3297

Sidq ilə qara daşdan mətləb almaq olar.

Atalar sözü ID - 3298

Sifariş ilə hac qəbul olmaz.

Atalar sözü ID - 3299

Sirkə nə qədər tünd olsa öz qabını çatladar.

Atalar sözü ID - 3300

Sirkə-sarımsağını hesab eləyən, paça yeməz.

Atalar sözü ID - 3301

Sirr açandan el qaçar.

Atalar sözü ID - 3302

Sirrivi vermə yaruva, yaruvun da yarı var.

Atalar sözü ID - 3303

Siyavuş qanıdı - yatmaz.

Atalar sözü ID - 3304

Sizin evdə yeyək, bizim evdə oynayaq.

Atalar sözü ID - 3305

Sizin qazanınız var, biz vuraq güvəcimizi sındıraq?!

Atalar sözü ID - 3306

Soğan göyərdi, dedi: mən də bir güləm.

Atalar sözü ID - 3307

Soğan seyrək olduqca başı yekə olar.

Atalar sözü ID - 3308

Soğan yeməyibsən, için niyə göynəyir?!

Atalar sözü ID - 3309

Sonalayan ya kora, ya keçələ.

Atalar sözü ID - 3310

Sonanı göldə, tərlanı çöldə.

Atalar sözü ID - 3311

Sonradan gələn buynuz qulağı keçdi.

Atalar sözü ID - 3312

Sonrakı peşmançılıq fayda verməz.

Atalar sözü ID - 3313

Sonsuz adam dövləti çox istər.

Atalar sözü ID - 3314

Soruşan dağlar aşar, soruşmayan düzdə çaşar.

Atalar sözü ID - 3315

Soruşa-soruşa İstanbula getmək olar.

Atalar sözü ID - 3316

Sovqatın adı birdi.

Atalar sözü ID - 3317

Söhbət ki var, darı torbasıdı, deşilsə - axacaq.

Atalar sözü ID - 3318

Söhbətin şirin yerində moltanı gəldi: "Allah saxlasun!"

Atalar sözü ID - 3319

Söyləyəndən dinləyən arif gərək.

Atalar sözü ID - 3320

Söyləyənə baxma, söylənənə bax.

Atalar sözü ID - 3321

Söymə nökər babamı, söyməyim bəy babanı.

Atalar sözü ID - 3322

Söyüd ağacı bar verməz.

Atalar sözü ID - 3323

Söz ağızdan çıxıncan sənindi.

Atalar sözü ID - 3324

Söz bir olsa, zərbi kərən sındırar.

Atalar sözü ID - 3325

Söz danışıqdan keçər.

Atalar sözü ID - 3326

Söz dediyin dəmirdir, döyüldükcə uzanar.

Atalar sözü ID - 3327

Söz eşitmək ədəbdəndir.

Atalar sözü ID - 3328

Söz gəldi, məqamında de gəlsin.

Atalar sözü ID - 3329

Söz haqdan gəlir.

Atalar sözü ID - 3330

Söz ki var, bir ucu yalandısa, bir ucu doğrudu.

Atalar sözü ID - 3331

Söz odur ki, haqqa vara.

Atalar sözü ID - 3332

Söz sahibi ölsə də, söz qalır.

Atalar sözü ID - 3333

Söz sözü çəkər.

Atalar sözü ID - 3334

Söz sözün söykəyidir.

Atalar sözü ID - 3335

Söz vaxtına çəkər.

Atalar sözü ID - 3336

Söz var el içində, söz var ev içində.

Atalar sözü ID - 3337

Söz var - gələr keçər, söz var - dələr keçər.

Atalar sözü ID - 3338

Söz var xalx içində, söz var xılx içində.

Atalar sözü ID - 3339

Söz var şahid istər, söz var şahidi özündəndi.

Atalar sözü ID - 3340

Sözə gələndə usta, işə gələndə xəstə.

Atalar sözü ID - 3341

Sözü ağızda bişir de.

Atalar sözü ID - 3342

Sözü at yerə, gedər yerin tapar.

Atalar sözü ID - 3343

Sözü deynən alana, qulağında qalana.

Atalar sözü ID - 3344

Sözü unamadan yiyəsini qınama.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed