Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 3345

Sözü uzadarsan, bəsdir deyərlər.

Atalar sözü ID - 3346

Sözü yerində söylə.

Atalar sözü ID - 3347

Sözün başı axırından anlanar.

Atalar sözü ID - 3348

Sözün bilməyən ağız başa toxmaq vurdurar.

Atalar sözü ID - 3349

Sözün damarı olar, çəkdikcə uzanar.

Atalar sözü ID - 3350

Sözün doğrusu dəmiri dələr.

Atalar sözü ID - 3351

Sözün doğrusunu de, atını min qaç!

Atalar sözü ID - 3352

Sözün doğrusunu uşaqdan xəbər al.

Atalar sözü ID - 3353

Sözün düzünü zarafatda deyərlər.

Atalar sözü ID - 3354

Sözün yaxşısı baldan dadlıdır.

Atalar sözü ID - 3355

Sözün yanlışı olar, yalanı olmaz.

Atalar sözü ID - 3356

Sözünü bilməyənə aşağı başda da yer yoxdu.

Atalar sözü ID - 3357

Su axar, çuxuru tapar.

Atalar sözü ID - 3358

Su axdığı yerdən bir də axar.

Atalar sözü ID - 3359

Su başdan aşanda ya bir qarış, ya yüz qarış.

Atalar sözü ID - 3360

Su başdan bulanıqdır.

Atalar sözü ID - 3361

Su bulandırmaqla balıq tutulmaz.

Atalar sözü ID - 3362

Su bulanmayınca durulmaz.

Atalar sözü ID - 3363

Su çəkən də mən olum, bərə gəzdirən də?

Atalar sözü ID - 3364

Su çıxmaz arxa cuvar qoydular, adımı da qoydular yarıtmaz.

Atalar sözü ID - 3365

Su da bir yerdə qalanda iyiyər.

Atalar sözü ID - 3366

Su gəldiyi arxa bir də gələr.

Atalar sözü ID - 3367

Su girdi qaba - oldu içməli.

Atalar sözü ID - 3368

Su hər şeyi təmizlər, üz qarasın təmizləməz.

Atalar sözü ID - 3369

Su ilə odun nə oyunu var?!

Atalar sözü ID - 3370

Su kiçiyindir, yol böyüyün.

Atalar sözü ID - 3371

Su meymunun boğazına çıxanda balasını ayağı altına alar.

Atalar sözü ID - 3372

Su murdarlıq götürməz.

Atalar sözü ID - 3373

Su özünə yol elər.

Atalar sözü ID - 3374

Su sənəyi suda sınar.

Atalar sözü ID - 3375

Su yatar, düşman yatmaz.

Atalar sözü ID - 3376

Suda boğulan ilana sarılar.

Atalar sözü ID - 3377

Sudan ayrılan balığın oddan nə qorxusu?!

Atalar sözü ID - 3378

Susuz it kəhrizə baxar.

Atalar sözü ID - 3379

Suyu ağaşlı yerdən, qızı qardaşlı yerdən.

Atalar sözü ID - 3380

Suyun əvvəli bulantı gələr.

Atalar sözü ID - 3381

Suyun lal axanından, adamın yerə baxanından.

Atalar sözü ID - 3382

Suyun yavaşından qorx.

Atalar sözü ID - 3383

Susmaq da bir cavabdır.

Atalar sözü ID - 3384

Sübhün açılmasını xoruz anlar.

Atalar sözü ID - 3385

Süd ilə girən sümüklə çıxar.

Atalar sözü ID - 3386

Süddən ağzı yanan qatığı üfləyə-üfləyə içər.

Atalar sözü ID - 3387

Südə gəldiyi yetməz, sərnici də dalında tutur.

Atalar sözü ID - 3388

Südlü inək ol, vur dolu sərnici dağıt.

Atalar sözü ID - 3389

Südlü qoyun sürüsündən çıxmaz.

Atalar sözü ID - 3390

Südün qədrini qısır əmən dana bilər.

Atalar sözü ID - 3391

Südünə kəm baxanın gözlərinə ağ damar.

Atalar sözü ID - 3392

Süfrədə əlini saxla, məclisdə dilini.

Atalar sözü ID - 3393

Süfrənin başı-ayağı olmaz.

Atalar sözü ID - 3394

Sürməni Allah aparıb paxlanın gözünə çəkib.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed