Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 3447

Ta yeməsən bilməzsən.

Atalar sözü ID - 3448

Taxça mənə qaldı, Şeydalı, boxça mənə qaldı, Şeydalı.

Atalar sözü ID - 3449

Taxçadakı qarnında, boxçadakı əynində.

Atalar sözü ID - 3450

Taxt mənimdi, üstündə yatmıram, altında yatıram.

Atalar sözü ID - 3451

Tamahkarı yalançı aldadar.

Atalar sözü ID - 3452

Tamarzıdan al, öyrənmişə ver.

Atalar sözü ID - 3453

Tanrı dəvəyə qanad versəydi, yıxmadığı dam qalmazdı.

Atalar sözü ID - 3454

Tanrı verən dövləti bəndə ala bilməz.

Atalar sözü ID - 3455

Tanrıdan gəlməsə, bəndədən nə gələr?!

Atalar sözü ID - 3456

Tapan tapanın olsa, çöldə çoban bəy olardı.

Atalar sözü ID - 3457

Tarı ac istəyəni bəndə doydura bilməz.

Atalar sözü ID - 3458

Tarı bilir kim qazana, kim yeyə?!

Atalar sözü ID - 3459

Tarı bir yandan bağlasa, bir yandan açar.

Atalar sözü ID - 3460

Tarı eşşəyi tanıyırdı buynuz vermədi.

Atalar sözü ID - 3461

Tarı qarğıyanı peyğəmbər əsası ilə döyər.

Atalar sözü ID - 3462

Tarı mənəm, yağmanam.

Atalar sözü ID - 3463

Tarının günü bir çuval darıdan da çox.

Atalar sözü ID - 3464

Tarısın tanımayandan sən nə umursan?!

Atalar sözü ID - 3465

Tarlada izi olmayanın süfrədə üzü olmaz.

Atalar sözü ID - 3466

Tat ata mindi, Tanrısın tanımadı.

Atalar sözü ID - 3467

Tava dəlik, tas dəlik, boş da gəldi üstəlik.

Atalar sözü ID - 3468

Taylı tayın tapmasa, ah-vayla keçər günü.

Atalar sözü ID - 3469

Tazı heyiz olanda dovşan kənd qırağında gəzər.

Atalar sözü ID - 3470

Tazının heyizliyindən dovşan samanlıqda doğar.

Atalar sözü ID - 3471

Tazının topal olduğu dovşanın qulağına yetişib.

Atalar sözü ID - 3472

Tazının yiyəsi varsa, dovşanın da Allahı var.

Atalar sözü ID - 3473

Tək daşdan divar olmaz.

Atalar sözü ID - 3474

Tək əlin səsi çıxmaz.

Atalar sözü ID - 3475

Tək gəzən dananı qurd yeyər.

Atalar sözü ID - 3476

Tək qoyundan sürü olmaz.

Atalar sözü ID - 3477

Təklik Allaha yaraşır.

Atalar sözü ID - 3478

Təkə sürüyə böyük olmazdı, qoyunlar qoyun olsaydı.

Atalar sözü ID - 3479

Təkədə qoç hünəri olmaz.

Atalar sözü ID - 3480

Təqdir ilə yazılan tədbir ilə pozulmaz.

Atalar sözü ID - 3481

Tələsənin kündəsi küt gedər.

Atalar sözü ID - 3482

Tələsik işə şeytan qarışar.

Atalar sözü ID - 3483

Tələsirsən, yavaş yeri.

Atalar sözü ID - 3484

Tənbəl dağda qar gördü, yorğanına büründü.

Atalar sözü ID - 3485

Tənbəl eşşək hoşu Allahdan istər.

Atalar sözü ID - 3486

Tənbəl günortayacan neyləyib ki, günortadan sonra neyləsin?!

Atalar sözü ID - 3487

Tənbələ dedilər: qapını ört, dedi: yel əsir örtər.

Atalar sözü ID - 3488

Tənbələ həftənin hər günü cümədir.

Atalar sözü ID - 3489

Tənbələ iş buyur, sənə ağıl öyrətsin.

Atalar sözü ID - 3490

Tərə yeyən də yaza çıxar, kərə yeyən də.

Atalar sözü ID - 3491

Tərəkəmə öz obasını Bağdaddan böyük bilər.

Atalar sözü ID - 3492

Tərəkəmə pendirində qurd görməz.

Atalar sözü ID - 3493

Tərlan yerin çalağan tutmaz.

Atalar sözü ID - 3494

Təzə ay doğanda köhnə ayı doğrayıb ulduz elərlər.

Atalar sözü ID - 3495

Təzə gəldi bazardan, köhnə düşdü nəzərdən.

Atalar sözü ID - 3496

Təzə kuzə suyu sərin saxlar.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed