Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 3497

Təzək yığan əllər, ipək gördü dolaşdı.

Atalar sözü ID - 3498

Tikan əkən gül götürməz.

Atalar sözü ID - 3499

Tikan olub ayağa batınca gül ol yaxaya sancıl.

Atalar sözü ID - 3500

Tikə üstündə dost olan il uzunu küsülü olar.

Atalar sözü ID - 3501

Tikə dostu dost olmaz.

Atalar sözü ID - 3502

Tikə qarın doyurmaz, məhəbbət artırar.

Atalar sözü ID - 3503

Tox elə bilər heç acmaz, ac elə bilər heç doymaz.

Atalar sözü ID - 3504

Tox ikən yemək yeyən məzarın dişiynən qazar.

Atalar sözü ID - 3505

Tox it ac bəydən yaxşıdır.

Atalar sözü ID - 3506

Toxun acdan nə xəbəri?!

Atalar sözü ID - 3507

Toxum torbada göyərməz.

Atalar sözü ID - 3508

Toxumluğa haram qatsan bitməz.

Atalar sözü ID - 3509

Toxumu gətir, yer axtar.

Atalar sözü ID - 3510

Topal eşşəklə karvana qoşulma.

Atalar sözü ID - 3511

Topalla gəzən axsamaq öyrənər.

Atalar sözü ID - 3512

Tora düşən səbr eləməsə, özün ölümə verər.

Atalar sözü ID - 3513

Torpaq deyər: - öldür məni, dirildim səni!

Atalar sözü ID - 3514

Torpaq deyər: - Sən mənə tər ver, mən sənə zər verim!

Atalar sözü ID - 3515

Tovuz quşunu tükünə görə kəsərlər.

Atalar sözü ID - 3516

Toy da olsa toyuğun vayıdı, vay da olsa.

Atalar sözü ID - 3517

Toy günün qoyub, vay günün oynayır.

Atalar sözü ID - 3518

Toya getmə, yasa get.

Atalar sözü ID - 3519

Toydan sonra nağara, xoş gəldin, Bayram ağa.

Atalar sözü ID - 3520

Toysuz ev tapılar, vaysız ev tapılmaz.

Atalar sözü ID - 3521

Toyuğun başı kəsiləndə də gözü eşənəkdə qalar.

Atalar sözü ID - 3522

Toyuğun cəriməsi yumurtasıdı.

Atalar sözü ID - 3523

Toyuğun gözü küllükdədi.

Atalar sözü ID - 3524

Toyuğun qıçı birdi ki, bir.

Atalar sözü ID - 3525

Toyuğun uçuşu zibilliyə qədər olar.

Atalar sözü ID - 3526

Toyuq anasından süd görməyib.

Atalar sözü ID - 3527

Toyuq bir su içər, bir Allaha baxar.

Atalar sözü ID - 3528

Toyuq bir yumurta yumurtlasa, yüz öylü qonşuya xəbər elər, gomuş doğsa heç səsi çıxmaz.

Atalar sözü ID - 3529

Toyuq istər qaz yerişi yeriyə, vurar çəçənəyi çatlar.

Atalar sözü ID - 3530

Toyuq yumurtasına görə qaqqıldar.

Atalar sözü ID - 3531

Tökülən çanaq daha dolmaz.

Atalar sözü ID - 3532

Tövbə toxluqdan çıxar, dua yoxluqdan.

Atalar sözü ID - 3533

Tövbəsini sındıran məlundu.

Atalar sözü ID - 3534

Tövlə dibindən yoxdur, deyir at yəhərlə.

Atalar sözü ID - 3535

Tula itdən də murdar.

Atalar sözü ID - 3536

Tumançağın yuxusuna beş arşın bez girər.

Atalar sözü ID - 3537

Tumanım, köynəyim özümnən, becə yerə düşdüm xalxın gözünnən.

Atalar sözü ID - 3538

Turac əti yemisən? - uçducağın görmüşəm.

Atalar sözü ID - 3539

Tutamalı arvad, etibarlı at kişiyə addır.

Atalar sözü ID - 3540

Tutu, çiyələyi birdən dəydi.

Atalar sözü ID - 3541

Tutulmamış oğru - xandan-bəydən doğru.

Atalar sözü ID - 3542

Tülək tərlan yerinə sar bağlamaq olmaz.

Atalar sözü ID - 3543

Tülkü çox bildiyindən tələyə düşər.

Atalar sözü ID - 3544

Tülkü dəliyə girə bilmir, quyruğuna süpürgə bağlayır.

Atalar sözü ID - 3545

Tülkü suvaxlı bağa girməz.

Atalar sözü ID - 3546

Tülkü tülkülüyünü bildirincə dərisin boğazından çıxardarlar.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed