Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 3774

Yas yiyəsi ovunub, yasa gələn ovunmayıb.

Atalar sözü ID - 3775

Yaş ağac tez əyilər.

Atalar sözü ID - 3776

Yaş ağaca balta vuran əl enməz.

Atalar sözü ID - 3777

Yaş odun satmayıbsan, niyə qorxursan?

Atalar sözü ID - 3778

Yaşına-yaşına, çıxdın ocaq başına.

Atalar sözü ID - 3779

Yatağan aslandan gəzəyən tülkü yaxşıdır.

Atalar sözü ID - 3780

Yatan aslan olursa fürsət hə oyağındı.

Atalar sözü ID - 3781

Yatan ilanın quyruğunu basdama.

Atalar sözü ID - 3782

Yatan iti oyatma.

Atalar sözü ID - 3783

Yatan öküzün başına duran öküz batırar.

Atalar sözü ID - 3784

Yatan ölməz, yetən ölər.

Atalar sözü ID - 3785

Yatmağına baxanda gördüyü yuxuya min şükür.

Atalar sözü ID - 3786

Yava it nə özü yeyər, nə başqasına yedirər.

Atalar sözü ID - 3787

Yava itin yava küçüyü olar.

Atalar sözü ID - 3788

Yay fağırın yorğan-döşəyidi.

Atalar sözü ID - 3789

Yayda başı bişənin qışda aşı bişər.

Atalar sözü ID - 3790

Yayda yatanı ilan vursun, qışda işə gedəni borana düşsün.

Atalar sözü ID - 3791

Yayı işlə, qışı ye.

Atalar sözü ID - 3792

Yayı kölgədə oturan qışı ocaq axtarar.

Atalar sözü ID - 3793

Yaylaq yolunun yoxuşu varsa, enişi də var.

Atalar sözü ID - 3794

Yaz əkinçi - qış dilənçi.

Atalar sözü ID - 3795

Yaz qışından bəlli elər, qız qardaşından!

Atalar sözü ID - 3796

Yaz gününün yağışı, ər arvadın savaşı.

Atalar sözü ID - 3797

Yaza çıxartdıq dananı, bəyənməz oldu ananı.

Atalar sözü ID - 3798

Yaza, qışa bir ağıl neyləsin.

Atalar sözü ID - 3799

Yazın hərəkəti - payızın bərəkəti.

Atalar sözü ID - 3800

Yazan sən, pozan sən, kim deyər yalansan.

Atalar sözü ID - 3801

Yazılan yazı başa gəlir.

Atalar sözü ID - 3802

Yazılana pozu yoxdur.

Atalar sözü ID - 3803

Yazılandan qaçmaq olmaz.

Atalar sözü ID - 3804

Yekə baş yiyəsinə donquz güddürər.

Atalar sözü ID - 3805

Yel ilə gələn, sel ilə gedər.

Atalar sözü ID - 3806

Yel qayadan nə aparar?!

Atalar sözü ID - 3807

Yelinən gələn yelinən gedər.

Atalar sözü ID - 3808

Yelpənək puluna alınan eşşəyin ölümü sudan olar.

Atalar sözü ID - 3809

Yemə namərd çörəyini, axır başına vurar.

Atalar sözü ID - 3810

Yeməkdənsə ümidli olmaq yaxşıdır.

Atalar sözü ID - 3811

Yeməklə dost olan hər gün küsülü gəzər.

Atalar sözü ID - 3812

Yeməknən doymayan yalamaqnan heç doymaz.

Atalar sözü ID - 3813

Yeməyin yalqız yeyən yükün yalqız qaldırar.

Atalar sözü ID - 3814

Yeməyən qurd barama sarımaz.

Atalar sözü ID - 3815

Yeyən bilməz, doğrayan bilər.

Atalar sözü ID - 3816

Yeyər ağız, utanar üz.

Atalar sözü ID - 3817

Yeyici üçün Allah yetirər.

Atalar sözü ID - 3818

Yeyilənim yeyilir, qonağım küsülü gedir!

Atalar sözü ID - 3819

Yemiş vaxtı xırçının qulaqları kar olar.

Atalar sözü ID - 3820

Yengəmiz Yetər oldu, günümüz betər oldu.

Atalar sözü ID - 3821

Yer bərk olanda öküz öküzdən görər.

Atalar sözü ID - 3822

Yer bəyin, yurd xanın, işlə ha, çıxsın canın.

Atalar sözü ID - 3823

Yer qatı, göy iraq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed