Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 3875

Yoldan qal, yoldaşdan qalma.

Atalar sözü ID - 3876

Yoldaş yolda sınanar.

Atalar sözü ID - 3877

Yoldaşıma ağac dəydi, elə bildim saman çuvalına dəyir.

Atalar sözü ID - 3878

Yoldaşının sözünə inan, özünkündə dayan.

Atalar sözü ID - 3879

Yoldaşını bab elə, görən desin ha belə.

Atalar sözü ID - 3880

Yoldaşını göstər mənə, sənin kim olduğunu deyim.

Atalar sözü ID - 3881

Yolsuz gedən tez yorular.

Atalar sözü ID - 3882

Yolsuzu yola tapşır.

Atalar sözü ID - 3883

Yolunan gedən yorulmaz.

Atalar sözü ID - 3884

Yönlü cücə yumurtasında cikkildər.

Atalar sözü ID - 3885

Yorğun eşşək hoşu Allahdan istər.

Atalar sözü ID - 3886

Yoruldun sarvana, acıdın çobana.

Atalar sözü ID - 3887

Yuxarı baxıb fikir eləyincə, aşağı baxıb şükür elə.

Atalar sözü ID - 3888

Yuxarı evə baxıb aşağı evi yıxma.

Atalar sözü ID - 3889

Yuxarı qoymurlar, aşağıda mən oturmuram.

Atalar sözü ID - 3890

Yuxarı tüpürürəm bığdı, aşağı tüpürürəm saqqaldı.

Atalar sözü ID - 3891

Yumru daş yosun tutmaz.

Atalar sözü ID - 3892

Yumurtanın sarısından pay uman cəhənnəmlikdir.

Atalar sözü ID - 3893

Yumurtlamadı, yumurtlamadı, falını da yedi?!

Atalar sözü ID - 3894

Yurd yiyəsiz qalanda donuz təpəyə çıxar.

Atalar sözü ID - 3895

Yusif bazarıdı; hər kəsin matahı varsa gətirsin.

Atalar sözü ID - 3896

Yuvanı erkək quş tikər.

Atalar sözü ID - 3897

Yük ağır olanda öküz öküzdən görər.

Atalar sözü ID - 3898

Yük əyməsə daş qəribliyə düşməz.

Atalar sözü ID - 3899

Yüknən gələn taynan gedər, taynan gələn - vaynan gedər.

Atalar sözü ID - 3900

Yüksəkdən baxan alçağa tez enər.

Atalar sözü ID - 3901

Yükün yığdı təpəyə, elə arxa çevirdi.

Atalar sözü ID - 3902

Yürüş var ki, duruşdan betərdir.

Atalar sözü ID - 3903

Yüyürən at arpasını artırar.

Atalar sözü ID - 3904

Yüz ağac sağrıya, sağrı bir yol ağrıya.

Atalar sözü ID - 3905

Yüz bilici olsan, yenə bir bilməznən danış.

Atalar sözü ID - 3906

Yüz birə qoşulmaz, bir yüzə qoşular.

Atalar sözü ID - 3907

Yüz dost azdır, bir düşmən çoxdur.

Atalar sözü ID - 3908

Yüz gün yaraq, bir gün gərək.

Atalar sözü ID - 3909

Yüz gün sel oyanı bir gün dərd oyar.

Atalar sözü ID - 3910

Yüz iynə yığsan bir çuvalduz olmaz.

Atalar sözü ID - 3911

Yüz qayğı bir borcu ödəməz.

Atalar sözü ID - 3912

Yüz qoyuna da tırıho, bir qoyuna da tırıho.

Atalar sözü ID - 3913

Yüz mamaça yığıla, güc doğana düşər.

Atalar sözü ID - 3914

Yüz namərdin çörəyin doğrasan, kasa dolmaz.

Atalar sözü ID - 3915

Yüz ölç, bir biç.

Atalar sözü ID - 3916

Yüzbaşının şahidi çovuş olar.

Bu səhifə dəfə baxılıb

......