Atalar sözü ID - 1508Əbəçi də yük boşaldar, dəvəçi də...
|
Atalar sözü ID - 1509Əbləh ilə yüyürən yolda qalar.
|
Atalar sözü ID - 1510Əbləh odur dünya üçün qəm yeyə.
|
Atalar sözü ID - 1511Əcəl gəldi, baş ağrısı bahana.
|
Atalar sözü ID - 1512Ədəbi kimdən öyrəndin? - Ədəbsizdən.
|
Atalar sözü ID - 1513Əfçi arvadı kefdə olar.
|
Atalar sözü ID - 1514Əfçi kişinin arvadı qatıq kimi üyüşər.
|
Atalar sözü ID - 1515Əgər varındı, aləm yarındı, əgər yoxundu - elnən aran toxundu.
|
Atalar sözü ID - 1516Əqrəb etməz əqrəbaya əqrəbanın etdiyin.
|
Atalar sözü ID - 1517Əkdiyin noxud, biçdiyin noxud, bazara çıxıb ləbləbi.
|
Atalar sözü ID - 1518Əkən biçər, əkməyən nə biçər?!
|
Atalar sözü ID - 1519Əkən biçər, qonan köçər.
|
Atalar sözü ID - 1520Əkəndə əkməyən xırmanda ağlar.
|
Atalar sözü ID - 1521Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.
|
Atalar sözü ID - 1522Əkiblər yemişik, əkirik yeyərlər!
|
Atalar sözü ID - 1523Əkinçi ol, biçinçi olma.
|
Atalar sözü ID - 1524Əkinçi yağış istər, yolçu quraqlıq.
|
Atalar sözü ID - 1525Əqli kəm canana bax, küsübdür mən dəlidən.
|
Atalar sözü ID - 1526Əl ağızdan çox görüb.
|
Atalar sözü ID - 1527Əl beş barmaqdı, hərəsi bir boyda.
|
Atalar sözü ID - 1528Əl əldən hökm elər.
|
Atalar sözü ID - 1529Əl əli yuyar, əl də üzü.
|
Atalar sözü ID - 1530Əl məndən, ətək səndən.
|
Atalar sözü ID - 1531Əl mərd olar, göz namərd.
|
Atalar sözü ID - 1532Əl uzadılan yerə ayaq uzadılmaz.
|
Atalar sözü ID - 1533Əl üstə çox əllər var.
|
Atalar sözü ID - 1534Əldən gedən ələ gəlməz.
|
Atalar sözü ID - 1535Əldən qalan əlli gün qalar.
|
Atalar sözü ID - 1536Əli boşa "ağa uyur" deyərlər, əli doluya "ağa buyur" deyərlər.
|
Atalar sözü ID - 1537Əli kösöylü sən, otu yanan mən!
|
Atalar sözü ID - 1538Əli yanan ağzına təpər.
|
Atalar sözü ID - 1539Əliaçığa Allah özü yetirər.
|
Atalar sözü ID - 1540Əliəyri hey düzlükdən danışar.
|
Atalar sözü ID - 1541Əlim çatmayan armud, babamın xeyratına.
|
Atalar sözü ID - 1542Əlimdən tutan olmaz, dalımdan itələyən var.
|
Atalar sözü ID - 1543Əlin çatmayan aş qarın ağrıdar, ya baş.
|
Atalar sözü ID - 1544Əlin yağlıdır? Çək öz başına.
|
Atalar sözü ID - 1545Əlindən iş gəlməyən uzun danışan olar.
|
Atalar sözü ID - 1546Əlini qatdın harama, kəşkülü doldur qalama.
|
Atalar sözü ID - 1547Əlini qısa eylə, dilin uzun olsun.
|
Atalar sözü ID - 1548Ələdin-ələdin, kəpəyinə nə qatdın?
|
Atalar sözü ID - 1549Ələkçinin qıl verəni yanında olar.
|
Atalar sözü ID - 1550Ələyi ələnib, xəlbiri göydə fırlanır.
|
Atalar sözü ID - 1551Ələşəni küləşənə vurur, küləşəni ələşənə.
|
Atalar sözü ID - 1552Əli aşından da olduq, Vəli aşından da.
|
Atalar sözü ID - 1553Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına.
|
Atalar sözü ID - 1554Əlisi dəli, Vəlisi dəli, qırğın qırmışın hamısı dəli.
|
Atalar sözü ID - 1555Əlli ildi yolçuluq eləyirəm, cümə axşamını mənə görsədir.
|
Atalar sözü ID - 1556Əlli ilin eşşəyinə dəyirmanın yolun öyrədir.
|
Atalar sözü ID - 1557Əlli yaşında dana, indi düşüb meydana.
|
Bu səhifə dəfə baxılıb