Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 1558

Əmanətə xəyanət olmaz.

Atalar sözü ID - 1559

Əməl azmasa, qada yeriməz.

Atalar sözü ID - 1560

Ən böyük zalım məzlumun özüdü.

Atalar sözü ID - 1561

Əncir yemədin getdin, dərdin demədin getdin.

Atalar sözü ID - 1562

Əppək ələkdən keçər, insan ciləkdən.

Atalar sözü ID - 1563

Ər atanı el atar, ər tutanı el tutar.

Atalar sözü ID - 1564

Ər çörəyi ər boğazında qalmaz.

Atalar sözü ID - 1565

Ər çörəyi ər yanında borc olar.

Atalar sözü ID - 1566

Ər eldəndi, oğul beldən, qardaşa canım qurban.

Atalar sözü ID - 1567

Ər evi - ədəb evi.

Atalar sözü ID - 1568

Ər olan çörəyini daşdan çıxardar.

Atalar sözü ID - 1569

Ərə getmək gələndə böyük bacı olur, ev süpürmək gələndə kiçik bacı.

Atalar sözü ID - 1570

Əri döymüş arvadı it də tutdu bir yandan.

Atalar sözü ID - 1571

Ərim (atam, dədəm) üçün yer saldım, gəldi qalayçı yatdı.

Atalar sözü ID - 1572

Ərlə arvadın torpağı bir yerdən götürülüb.

Atalar sözü ID - 1573

Ərli də sızıldasın, ərsiz də?!

Atalar sözü ID - 1574

Ərsiz arvad - cilovsuz at.

Atalar sözü ID - 1575

Ər-arvadın savaşı, yaz gününün yağışı.

Atalar sözü ID - 1576

Ərəb iyirmi beşlik tapdı, dedi: nə olardı bir dava kağızı tapeydim.

Atalar sözü ID - 1577

Ərəb öldü, qan düşdü.

Atalar sözü ID - 1578

Ərənlər üçəcən deyiblər.

Atalar sözü ID - 1579

Ərik ağacından saz olmaz, gəl zurnadan xəbər al.

Atalar sözü ID - 1580

Ərik bağın yoxdu ki, biləsən sığırçın necə quşdu.

Atalar sözü ID - 1581

Əringəndən yenə axsaq yaxşıdır.

Atalar sözü ID - 1582

Əringənin qazancın it yeyər, yaxasın bit.

Atalar sözü ID - 1583

Əsil al, çirkin olsun, bədəsil gözəl alma.

Atalar sözü ID - 1584

Əsil deyər anlamadım, bədəsil deyər görmədim.

Atalar sözü ID - 1585

Əsil ilə evlən, həsirdə yat.

Atalar sözü ID - 1586

Əsil olan əsilliyin itirməz.

Atalar sözü ID - 1587

Əsilsiz söz sahibinə üz qarası gətirər.

Atalar sözü ID - 1588

Əsilsizdən kərəm gəlməz.

Atalar sözü ID - 1589

Əsilsizi dalına alsan da birdi, yerə qoysan da.

Atalar sözü ID - 1590

Əsli almaq çətindi, saxlamaq asan, Bədəsli almaq asandı, saxlamaq çətin.

Atalar sözü ID - 1591

Əsli bəd olana qamçı neyləsin?!

Atalar sözü ID - 1592

Əsli gic olanı yüz eyləyəsən düzəlməz.

Atalar sözü ID - 1593

Əski düşman dost olmaz, əski dost düşman olmaz.

Atalar sözü ID - 1594

Əski pambıq bez olmaz, əski düşman düz olmaz.

Atalar sözü ID - 1595

Əski süpürgəni dama atarlar.

Atalar sözü ID - 1596

Əskisi olmayan yengisi nə olacaq?!

Atalar sözü ID - 1597

Əsl bilən bilmədiyin biləndir.

Atalar sözü ID - 1598

Əsli olmasaydı, Kərəm dağlara düşməzdi.

Atalar sözü ID - 1599

Əslin danan (itirən) haramzadadır.

Atalar sözü ID - 1600

Əslində olan dırnağında bildirəcək.

Atalar sözü ID - 1601

Əslində olan nəslində olar.

Atalar sözü ID - 1602

Əsnək əsnək gətirər.

Atalar sözü ID - 1603

Ət əppək üstə gərək.

Atalar sözü ID - 1604

Ət ilə dırnaq arasına girən iyiyib çıxar.

Atalar sözü ID - 1605

Ət yeyən quş dimdiyindən bilinər.

Atalar sözü ID - 1606

Ət yeyəni qəssab tanıyır.

Atalar sözü ID - 1607

Ətə baxma, dona baxma, içindəki cana bax.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed