Atalar sözü ID - 2028İlan öz əyrisin bilməz, deyər: dəvənin boynu əyridi.
|
Atalar sözü ID - 2029İlan ulduz görməsə ölməz.
|
Atalar sözü ID - 2030İlan vuran ala çatıdan qorxar.
|
Atalar sözü ID - 2031İlana ağu verən kərtənkələdi.
|
Atalar sözü ID - 2032İlana balası qənim olar.
|
Atalar sözü ID - 2033İlanı özgə əliylə tutmaq gərək.
|
Atalar sözü ID - 2034İlanı Seyid Əhməd əliylə tutur.
|
Atalar sözü ID - 2035İlanı sən tut, mən gözünə darı salım.
|
Atalar sözü ID - 2036İlanı yaralı buraxmazlar.
|
Atalar sözü ID - 2037İlanı yuvasında öldür.
|
Atalar sözü ID - 2038İlanın ağına da nəhlət, qarasına da.
|
Atalar sözü ID - 2039İlanın başı ağrıyanda yolun ortasında yatar.
|
Atalar sözü ID - 2040İlanın başın düşmənin əliynən əz.
|
Atalar sözü ID - 2041İlanın quyruğun basmasan, səni sancmaz.
|
Atalar sözü ID - 2042İlanın zəhləsi yarpızdan gedər, o da bitər burnunun dibində.
|
Atalar sözü ID - 2043İlxıçının qazancı havayı minməkdi.
|
Atalar sözü ID - 2044İlikli sümük ağır olar.
|
Atalar sözü ID - 2045İlqar - iman.
|
Atalar sözü ID - 2046İlqarı olmayanın imanı da olmaz.
|
Atalar sözü ID - 2047İmam tək-tək tapılar, tin başı şümürdür.
|
Atalar sözü ID - 2048İman əzizdi.
|
Atalar sözü ID - 2049İmandan qonşu payı olmaz.
|
Atalar sözü ID - 2050İmtahan yerdədi, göydə deyil.
|
Atalar sözü ID - 2051İncələn yerdən üzülər.
|
Atalar sözü ID - 2052İnək buzovun ayağını basmaz.
|
Atalar sözü ID - 2053İnək göz eləməsə, kələ sıçramaz.
|
Atalar sözü ID - 2054İnək sağa bilməyənə həyət əyridir.
|
Atalar sözü ID - 2055İnək su içər - süd olar, ilan su içər - zəhər.
|
Atalar sözü ID - 2056İnək südünə görə mələr.
|
Atalar sözü ID - 2057İnsaf dinin yarısıdır.
|
Atalar sözü ID - 2058İnsan çiy süd əmibdi.
|
Atalar sözü ID - 2059İnsan xain olmasa, heyvan damğanı neylər?
|
Atalar sözü ID - 2060İnsan söyləşə-söyləşə, heyvan iyləşə-iyləşə.
|
Atalar sözü ID - 2061İnsanın bir əvvəli, bir axırı.
|
Atalar sözü ID - 2062İnsanın əti yeyilməz, dərisi geyilməz, ancaq şirin dili gərək!
|
Atalar sözü ID - 2063İnsanınkı gətirməyəndə, xaşıl yeyəndə də dişi sınar.
|
Atalar sözü ID - 2064İpək köhnələndə eşşəyə palan olar.
|
Atalar sözü ID - 2065İpək necə xar olub, eşşəyə çidar olub!
|
Atalar sözü ID - 2066İpək yumşaq olduğundan, qılınc kəsməz.
|
Atalar sözü ID - 2067İpində varsa, cəhrəsində də var, onu əyirən çəpəldə də var.
|
Atalar sözü ID - 2068İsinmədik istisinə, kor olduq tüstüsünə.
|
Atalar sözü ID - 2069İslanmışın yağışdan nə qorxusu?!
|
Atalar sözü ID - 2070İsmarıcnan hac qəbul olmaz.
|
Atalar sözü ID - 2071İstədi qaş düzəldə, vurdu gözün çıxartdı.
|
Atalar sözü ID - 2072İstədiyim yar idi, yetirdi pərvərdigar.
|
Atalar sözü ID - 2073İstədiyin söyləyən istəmədiyin eşidər.
|
Atalar sözü ID - 2074İstədiyini unut, gördüyünü demə.
|
Atalar sözü ID - 2075İstək gözdə olar.
|
Atalar sözü ID - 2076İstəmək bir ayıb, verməmək iki ayıb.
|
Atalar sözü ID - 2077İstərəm dosta varam, əlim boş, üzüm qara.
|
Bu səhifə dəfə baxılıb