Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 2078

İstəyənin bir üzü qara, verməyənin iki üzü.

Atalar sözü ID - 2079

İstəyirsən bal-çörək, al əlinə bel-kürək.

Atalar sözü ID - 2080

İsti aşa soyuq su qatmazlar.

Atalar sözü ID - 2081

İş adamın cövhəridir.

Atalar sözü ID - 2082

İş əldən, söz dildən, oğul beldən gəlməsə nə faydası.

Atalar sözü ID - 2083

İş gedər sahibin tapar.

Atalar sözü ID - 2084

İşdən artmaz, dişdən artar.

Atalar sözü ID - 2085

İşdəsizin yuxusuna beş arşın bez girər.

Atalar sözü ID - 2086

İşə bax, ala qarğa şux tərlanı bəyənmir.

Atalar sözü ID - 2087

İş-gücümüz bucaqda, şəngülümüz qucaqda.

Atalar sözü ID - 2088

İşlək dəmir pas tutmaz.

Atalar sözü ID - 2089

İşləməyin dərdindən yeməyə həsrət canım.

Atalar sözü ID - 2090

İşləməyən dişləməz.

Atalar sözü ID - 2091

İşləyən inci taxar, işləməyən yandan baxar.

Atalar sözü ID - 2092

İşıq gələn yeri tıxamazlar.

Atalar sözü ID - 2093

İşıq olan yerdə yaraşıq olar.

Atalar sözü ID - 2094

İt acından oğurluq elər.

Atalar sözü ID - 2095

İt adına üyüdüb özü yeyir.

Atalar sözü ID - 2096

İt ağzı dəyməklə doqqaz murdar olmaz.

Atalar sözü ID - 2097

İt araba kölgəsində yatar, elə bilər öz kölgəsidi.

Atalar sözü ID - 2098

İt arıqlığını qurda bildirməz.

Atalar sözü ID - 2099

İt aya hürər, başına qal gətirər.

Atalar sözü ID - 2100

İt bilir xurcunda nə var, çoban da bilir itə nə verəcək.

Atalar sözü ID - 2101

İt bir olar, yoxsa bir sürü?!

Atalar sözü ID - 2102

İt bir yara ilə ölməz.

Atalar sözü ID - 2103

İt də getdi, ip də getdi.

Atalar sözü ID - 2104

İt də öz qapısında ağadır.

Atalar sözü ID - 2105

İt də yuxa yeyər, dürməyini bilsə.

Atalar sözü ID - 2106

İt dəmirçi dükanından nə aparar?!

Atalar sözü ID - 2107

İt dəvəyə hürər, dəvənin xəbəri olmaz.

Atalar sözü ID - 2108

İt motaldan əl çəkdi, motal itdən əl çəkmədi.

Atalar sözü ID - 2109

İt əti olsun, şişdə olsun.

Atalar sözü ID - 2110

İt getdi, qurd gəldi.

Atalar sözü ID - 2111

İt hardan aldı iki kütü, birin yesin, birin də başı altına qoysun.

Atalar sözü ID - 2112

İt hürər, karvan keçər.

Atalar sözü ID - 2113

İt it ilən savaşar, çaya gedəndə bir gedər.

Atalar sözü ID - 2114

İt itin ayağın basdamaz.

Atalar sözü ID - 2115

İt itin ətin yeməyib, hampa hampanın ətin yeyib.

Atalar sözü ID - 2116

İt itlə savaşanda bir ayağın dalda tutar.

Atalar sözü ID - 2117

İt itliyindən əl çəkər, sümsünməyindən əl çəkməz.

Atalar sözü ID - 2118

İt itnən boğuşdu, qurdun işi rast düşdü.

Atalar sözü ID - 2119

İt kəlləsini xonçaya qoyarsan, sürüşüb düşər.

Atalar sözü ID - 2120

İt qəssab dükanından ət apardı, ayağın kəsdi.

Atalar sözü ID - 2121

İt qışı çıxardar, amma dərisi nə çəkər.

Atalar sözü ID - 2122

İt qorxduğu yerə hürər.

Atalar sözü ID - 2123

İt qorxusundan oğurluğa getməz.

Atalar sözü ID - 2124

İt quduranda yiyəsini də qapar.

Atalar sözü ID - 2125

İt qulağı əppək eşitdi.

Atalar sözü ID - 2126

İt qulağını kəsəndən qorxar.

Atalar sözü ID - 2127

İt qursağı sarı yağ götürməz.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed