Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 2128

İt nədir ki, yunu nə ola?

Atalar sözü ID - 2129

İt olsun, komasında hürsün.

Atalar sözü ID - 2130

İt özü nədir ki, südü nə ola?!

Atalar sözü ID - 2131

İt özüdür, qurdu mənə göstərir.

Atalar sözü ID - 2132

İt özündən təmizini bilməz.

Atalar sözü ID - 2133

İt sallaqxanadan sümük apardı, ayağın kəsdi.

Atalar sözü ID - 2134

İt sümsünər doyar, adam sümsünər doymaz.

Atalar sözü ID - 2135

İt sümüyü udanda sevinə-sevinə udar, tamaşadı çıxanda.

Atalar sözü ID - 2136

İt ulaya-ulaya yuvasına qurd gətirər.

Atalar sözü ID - 2137

İt yediyin qusar.

Atalar sözü ID - 2138

İtdən çox çarıq aparan yox, yenə ayaqları yalındır.

Atalar sözü ID - 2139

İtdən qurtardıq, qurda rast gəldik!

Atalar sözü ID - 2140

İtdən törəyən it olar.

Atalar sözü ID - 2141

İtdən utanmasan, sahibindən utan.

Atalar sözü ID - 2142

İtə bax, yediyi kütüyə bax.

Atalar sözü ID - 2143

İtə çörək atarlar yiyəsi xatirinə.

Atalar sözü ID - 2144

İtə çörək verməzsən, acından hürər.

Atalar sözü ID - 2145

İtə umudlu ol, ağacını yerə qoyma.

Atalar sözü ID - 2146

İtə umudlu olduq, hürmədi evimizi yıxdı.

Atalar sözü ID - 2147

İti dalıma almışam qurd qorxusundan.

Atalar sözü ID - 2148

İti itlə boğdurarlar.

Atalar sözü ID - 2149

İti ləj düşən evin bərəkəti kəsilər.

Atalar sözü ID - 2150

İti öldürənə sürütdürərlər.

Atalar sözü ID - 2151

İti yuduqcan mındar olar.

Atalar sözü ID - 2152

İtin axsağı ovdan qalmaz.

Atalar sözü ID - 2153

İtin ayağın basarsan, səni qapar.

Atalar sözü ID - 2154

İtin dirisi nədir ki, ölüsü nə ola?

Atalar sözü ID - 2155

İtin əbləhi qayğanaqdan pay umar.

Atalar sözü ID - 2156

İtin hürməyi dilənçini qaytarmaz.

Atalar sözü ID - 2157

İtin qabağından qalanı aslan yeməz.

Atalar sözü ID - 2158

İtin qudursun, çaqqal!

Atalar sözü ID - 2159

İtin qulağını küçükkən kəsərlər.

Atalar sözü ID - 2160

İtin ölümü gələndə çobanın dəyənəyinə sürtünər.

Atalar sözü ID - 2161

İtin yanınnan bəy kimi, bəyin yanınnan it kimi keç.

Atalar sözü ID - 2162

İtini haya öyrətmə, qonşunu paya.

Atalar sözü ID - 2163

İtlə yatan bitlə qalxar.

Atalar sözü ID - 2164

İtlə yoldaş oldun, daşı əldən buraxma.

Atalar sözü ID - 2165

İtən baltanın sapı qızıl olar.

Atalar sözü ID - 2166

İtiyi itən soraq elər.

Atalar sözü ID - 2167

İydə varsa, cəhrədə də var, onu əyirən qarıda da var.

Atalar sözü ID - 2168

İynə batırana çuvaldız batırarlar.

Atalar sözü ID - 2169

İynə işin çuvalduz görməz.

Atalar sözü ID - 2170

İynənin işini çuvalduz görməz.

Atalar sözü ID - 2171

İynənin kiçik ucunu özünə batır, böyük ucunu özgəyə.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed