Atalar sözü ID - 593Barmağın hansın kəssən, ağrısı birdir.
|
Atalar sözü ID - 594Barmağının beşini də bal eləyib ağzına salsan, deyər zəhərləndim.
|
Atalar sözü ID - 595Barmaq-barmaq oğurlayan qarış-qarış oğurladar.
|
Atalar sözü ID - 596Basdırdığı ölü özündən qabaq gəldi.
|
Atalar sözü ID - 597Baş namərd əlindədir; nə kəsər, nə bağışlar.
|
Atalar sözü ID - 598Baş onun, daş bunun, mənimki görməməkdi.
|
Atalar sözü ID - 599Baş sağ olsun, papaq tapılar.
|
Atalar sözü ID - 600Başa dil gətirəni, el gətirə bilməz.
|
Atalar sözü ID - 601Başa düş, başımı yar.
|
Atalar sözü ID - 602Başa gələn dildən gəlir.
|
Atalar sözü ID - 603Başaçığın qaçacağı yer - papaqçı dükanı.
|
Atalar sözü ID - 604Baş-başa verməyincə, daş yerindən qopmaz.
|
Atalar sözü ID - 605Başbilənsiz iş olmaz.
|
Atalar sözü ID - 606Başda oturan bəy olmaz.
|
Atalar sözü ID - 607Başımı sındır, məzənnəni sındırma.
|
Atalar sözü ID - 608Başımı yarırsan, ətəyimə qoz tökürsən, baxan desin qoz yarıb.
|
Atalar sözü ID - 609Başımı yarmağına görə barı daş olaydı.
|
Atalar sözü ID - 610Başın keçəl, gözün kor, bəs sənin haran yaxşı?
|
Atalar sözü ID - 611Başını itirən tel üçün ağlamaz.
|
Atalar sözü ID - 612Başını keçəl eləmə; hər keçəlin taleyi bir olmaz.
|
Atalar sözü ID - 613Başuva daş da salsan uca yerdən sal.
|
Atalar sözü ID - 614Başladığın işi yarımçıq qoyma.
|
Atalar sözü ID - 615Başlı başın saxlasın, mən başımdan bezaram.
|
Atalar sözü ID - 616Başmağımı geyə bilərsən, yerişimi yeriyə bilməzsən.
|
Atalar sözü ID - 617Başmaq cütlənəndə bilinər.
|
Atalar sözü ID - 618Başmaq palçıqsız olmaz.
|
Atalar sözü ID - 619Başmaqçının başmağı olmaz, börkçünün börkü.
|
Atalar sözü ID - 620Başmaqçının başmağı yırtıq olar.
|
Atalar sözü ID - 621Bayırda mini ölsün, evimdə biri ölməsin.
|
Atalar sözü ID - 622Bayırı kaşı-çini, içərisi toyuq hini.
|
Atalar sözü ID - 623Bayquş xarabalıq sevər.
|
Atalar sözü ID - 624Bayquş xarabalığı gülüstana dəyişməz.
|
Atalar sözü ID - 625Bayram sümüyü ilə köpək kökəlməz.
|
Atalar sözü ID - 626Bayraməlisiz toy olmaz, Qəmbərsiz düyün.
|
Atalar sözü ID - 627Bazar içində it qulağı kəsməzlər.
|
Atalar sözü ID - 628Bazar quruldu, hesab duruldu.
|
Atalar sözü ID - 629Bazarın bazar, qadam sənə, mərdimazar.
|
Atalar sözü ID - 630Bekarlıqdansa - culfalıq.
|
Atalar sözü ID - 631Belə matahın var, Cəfərabad (Mazandaran) bazarına apar.
|
Atalar sözü ID - 632Belə otyeyən idin, nə üçün arıq düşdün?!
|
Atalar sözü ID - 633Belə şıllaq atan madyan qulun saxlamaz.
|
Atalar sözü ID - 634Belə yatan öküz yük götürməz.
|
Atalar sözü ID - 635Beş barmağın beşi də tən deyil.
|
Atalar sözü ID - 636Bez geyərəm, düz gəzərəm.
|
Atalar sözü ID - 637Bədcinslik maya istəməz.
|
Atalar sözü ID - 638Bədəsil əvvəl vəfa göstərər, sonra cəfa.
|
Atalar sözü ID - 639Bədəsildən əsil olmaz, boyunca qızıl qala.
|
Atalar sözü ID - 640Bədəsili başa çəkərsən, sürüşər ayağa düşər.
|
Atalar sözü ID - 641Bədəsilin başmağını cütlərsən, deyər geridə dur.
|
Atalar sözü ID - 642Bədrəng də bir rəngdir.
|
Bu səhifə dəfə baxılıb