Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 694

Bir ayaq sən gəl, iki ayaq mən gəlim.

Atalar sözü ID - 695

Bir barmaq baldan ötrü tuluğun götün yırtmazlar.

Atalar sözü ID - 696

Bir biləndən qorx, bir də bilməzdən.

Atalar sözü ID - 697

Bir buğda əkməsən, min buğda biçməzsən.

Atalar sözü ID - 698

Bir çılpağı yüz cübbəli soya bilməz.

Atalar sözü ID - 699

Bir çıraq işığına yüz nəfər oturar.

Atalar sözü ID - 700

Bir çıraq ki haqdan yana, yağı neylər, yağı neylər?!

Atalar sözü ID - 701

Bir çörək özün ye, birin də Allah yolunda ver.

Atalar sözü ID - 702

Bir çulum var ataram, harda gəldi yataram.

Atalar sözü ID - 703

Bir çuval qızıl borcun olsun, bir çuval buğda borcun olmasın.

Atalar sözü ID - 704

Bir dadan peşman, bir dadmayan.

Atalar sözü ID - 705

Bir dadanandan qorx, bir qudurandan.

Atalar sözü ID - 706

Bir dağ yıxılmasa bir dərə dolmaz.

Atalar sözü ID - 707

Bir dana bir naxırı korlar.

Atalar sözü ID - 708

Bir daş altda, bir daş üstdə.

Atalar sözü ID - 709

Bir daş qopanda daha yerini tutmaz.

Atalar sözü ID - 710

Bir daşla divar olmaz.

Atalar sözü ID - 711

Bir daşla iki quş vurmaq olmaz.

Atalar sözü ID - 712

Bir də gəlin ollam, oturduğumu-durduğumu billəm.

Atalar sözü ID - 713

Bir də qatırçının qatırını hürkütmə.

Atalar sözü ID - 714

Bir dəfə aldanmışda qəbahət aldadanın, iki dəfə aldanmışda qəbahət aldananın.

Atalar sözü ID - 715

Bir dəfə yeməknən qarın doymaz.

Atalar sözü ID - 716

Bir dəli quyuya bir daş atdı, on ağıllı onu çıxara bilmədi.

Atalar sözü ID - 717

Bir dəlidən yeddi məhləyə zərər dəyər.

Atalar sözü ID - 718

Bir dərdlinin dərmanın o dərdə düşəndən al.

Atalar sözü ID - 719

Bir dirhəm min eybi örtər.

Atalar sözü ID - 720

Bir doğru ki yalana oxşadı, onu söyləmə.

Atalar sözü ID - 721

Bir əldə iki qarpız tutmaq olmaz.

Atalar sözü ID - 722

Bir ət ki girdi qazana, oldu yeməli.

Atalar sözü ID - 723

Bir gələn bir də gələr, səbr elə.

Atalar sözü ID - 724

Bir gördün namərdi, bir də görsən, namərdsən.

Atalar sözü ID - 725

Bir görən yoldaş, iki görən qardaş.

Atalar sözü ID - 726

Bir göz iki gözün gördüyün görə bilməz.

Atalar sözü ID - 727

Bir gül ilə bahar olmaz.

Atalar sözü ID - 728

Bir gün duz yediyin yerə qırx gün salam ver.

Atalar sözü ID - 729

Bir günün bəyliyi də bəylikdir.

Atalar sözü ID - 730

Bir halalı min haram saya bilməyibdilər.

Atalar sözü ID - 731

Bir həsirdi, bir Məmmədnəsir.

Atalar sözü ID - 732

Bir igid qırx ildə meydana gələr.

Atalar sözü ID - 733

Bir igid yoxsul ola, ona əl-ayaq gülər.

Atalar sözü ID - 734

Bir igidin payı iki igidi ac qoyar.

Atalar sözü ID - 735

Bir iş başlamayınca qurtarmaz.

Atalar sözü ID - 736

Bir işi bitirməyincə bir işə başlama.

Atalar sözü ID - 737

Bir it hürməklə karvan qayıtmaz.

Atalar sözü ID - 738

Bir kəndin ki, koxası mürdüş ola, heç olar ki, orda xeyir iş ola?!

Atalar sözü ID - 739

Bir kora bir dəyənək.

Atalar sözü ID - 740

Bir köçmək - yüz talanmaq.

Atalar sözü ID - 741

Bir küllükdə iki xoruz banlamaz.

Atalar sözü ID - 742

Bir qatı nazik, iki qatı yoğun, qat yarımı hardan tapım?!

Atalar sözü ID - 743

Bir qazanda iki kəllə qaynamaz.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed