Atalar sözü ID - 845Böyük başın böyük də dərdi olur.
|
Atalar sözü ID - 846Böyük böyüklüyün bilməsə, kiçik də kiçikliyin bilməz.
|
Atalar sözü ID - 847Böyük danışanı kiçik götürər.
|
Atalar sözü ID - 848Böyük loxma çeynə, böyük söz danışma.
|
Atalar sözü ID - 849Böyük olanın qursağı gen gərək.
|
Atalar sözü ID - 850Böyük tikə boğaz yırtar.
|
Atalar sözü ID - 851Böyük tökəni kiçik yığar.
|
Atalar sözü ID - 852Böyüklərdə zor olar, yalan olmaz.
|
Atalar sözü ID - 853Böyüksüz evdə xeyir-bərəkət olmaz.
|
Atalar sözü ID - 854Böyüyün tanımayan qibləsin də tanımaz.
|
Atalar sözü ID - 855Böyüyün üzünə ağ olanı torpaq götürməz.
|
Atalar sözü ID - 856Bu ağıl məndə, o dua səndə - səhərəcən yatarıq.
|
Atalar sözü ID - 857Bu arşına bez verməzlər.
|
Atalar sözü ID - 858Bu cırım, bu cındırım, mən durum necə sındırım?!
|
Atalar sözü ID - 859Bu darı o aclığa çatmaz.
|
Atalar sözü ID - 860Bu daş, bu tərəzi.
|
Atalar sözü ID - 861Bu dünya dəyirmandı, üyüdər bir gün bizi.
|
Atalar sözü ID - 862Bu elti elə bilər o elti dünyanı yedi.
|
Atalar sözü ID - 863Bu evin işığı o evə düşməz.
|
Atalar sözü ID - 864Bu əlin rənci bu ələ haramdı.
|
Atalar sözü ID - 865Bu gün mənə isə sabah da sənədir.
|
Atalar sözü ID - 866Bu gün sən deyirsən, sabah sənə deyərlər.
|
Atalar sözü ID - 867Bu günün işini sabaha qoyma.
|
Atalar sözü ID - 868Bu günün sabahı var.
|
Atalar sözü ID - 869Bu gününən çörək qazan, onu da Nurcahan yesin, dindirəndə yalan desin.
|
Atalar sözü ID - 870Bu - hələ kamilləri, gör nədir cahilləri.
|
Atalar sözü ID - 871Bu qırğına xan dözməz.
|
Atalar sözü ID - 872Bu məscidə bu namaz da çoxdur.
|
Atalar sözü ID - 873Bu necə bostançıdır? Dəymişi qoyar, kalın dərər?!
|
Atalar sözü ID - 874Bu ölü bu şivənə dəyməz.
|
Atalar sözü ID - 875Bu şər, bu meydan.
|
Atalar sözü ID - 876Bugünkü bağır-övkə sabahın yağlı tikəsindən irəlidir.
|
Atalar sözü ID - 877Bugünkü söz sabahkı sözün körpüsüdür.
|
Atalar sözü ID - 878Builki sərçə bildirki sərçəyə civ-civ öyrədir.
|
Atalar sözü ID - 879Bud əti yemir ki, g...ə yaxındı.
|
Atalar sözü ID - 880Buğda çörəyin yoxsa, şirin dilin olsun.
|
Atalar sözü ID - 881Buğda olmayan yerdə darını gözə təpərlər.
|
Atalar sözü ID - 882Buğdadan, arpadan əlim üzüldü, umudum sənə qaldı, ay darı xırmanı!
|
Atalar sözü ID - 883Buğdasını sütül yeyən xırmanda ac qalar.
|
Atalar sözü ID - 884Buxarı əyri oldu neylər, tüstüsü düz çıxsın.
|
Atalar sözü ID - 885Bulaq başından bulanar.
|
Atalar sözü ID - 886Bulaq gərək yerindən bulaq ola.
|
Atalar sözü ID - 887Bulaq öz gözünü kor istəməz.
|
Atalar sözü ID - 888Bulamac dəliyə qaldı.
|
Atalar sözü ID - 889Bulaşıqlı səhəngdən bulanıq su tökülər.
|
Atalar sözü ID - 890Burda dilənir, orda zəkat verir.
|
Atalar sözü ID - 891Burda oturma, his olarsan, orda oturma, pis olarsan.
|
Atalar sözü ID - 892Burnu fırtıqlı quzu buynuzu burma qoç olar.
|
Atalar sözü ID - 893Burun-qulaq başın sadağasıdır.
|
Atalar sözü ID - 894Buz nazik yerindən sınar.
|
Bu səhifə dəfə baxılıb