Atalar sözü ID - 744Bir qız bir oğlanındı.
|
Atalar sözü ID - 745Bir qoyundan iki dəri çıxmaz.
|
Atalar sözü ID - 746Bir qoz üçün daş atılmaz.
|
Atalar sözü ID - 747Bir qulğuna min qırğına səbəbdir.
|
Atalar sözü ID - 748Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli saxlar.
|
Atalar sözü ID - 749Bir müştəriyçün dükan açılmaz.
|
Atalar sözü ID - 750Bir naxırın adını bir ala dana batırar.
|
Atalar sözü ID - 751Bir napakdan qorun, bir də köpəkdən.
|
Atalar sözü ID - 752Bir pakın duası, bir napakın duası.
|
Atalar sözü ID - 753Bir olsun, pir olsun.
|
Atalar sözü ID - 754Bir sözün min bir budağı var.
|
Atalar sözü ID - 755Bir sözünü beş batman balla yemək olmur.
|
Atalar sözü ID - 756Bir su ki girdi qaba, oldu içməli.
|
Atalar sözü ID - 757Bir su ki məni axıdır, mənim üçün dəryadır.
|
Atalar sözü ID - 758Bir şəhərə getdin gördün hamı kor, sən də - kor.
|
Atalar sözü ID - 759Bir tabaq kütüm olsa, biri sənə yoxdu.
|
Atalar sözü ID - 760Bir talada iki axsaq ceyran olmaz.
|
Atalar sözü ID - 761Bir təpə yıxılar, bir dərə dolar.
|
Atalar sözü ID - 762Bir tikəni bilməyən min tikəni də bilməz.
|
Atalar sözü ID - 763Bir tikənin qırx il haqqı var.
|
Atalar sözü ID - 764Bir tikəylə dağ aşmaq olar.
|
Atalar sözü ID - 765Bir torba dəni var, beş dəyirmana üyütməyə gedir.
|
Atalar sözü ID - 766Bir ürəkdə iki sevgi olmaz.
|
Atalar sözü ID - 767Bir var Koroğlu, bir də var kor kişinin oğlu.
|
Atalar sözü ID - 768Bir vermə, bir də dilər, yatmağa yer də dilər.
|
Atalar sözü ID - 769Bir vuran min vur deyəndən yaxşıdır.
|
Atalar sözü ID - 770Bir vurmaqla ağac yıxılmaz.
|
Atalar sözü ID - 771Bir yaxşıdan ötrü - ha gəzməsən yüz il gəz!
|
Atalar sözü ID - 772Bir yandan bağlayan bir yandan açar.
|
Atalar sözü ID - 773Bir yerdə otur ki, durmayasan.
|
Atalar sözü ID - 774Birə də ho de, minə də ho de!
|
Atalar sözü ID - 775Birə dəyməz, mini bəyənməz.
|
Atalar sözü ID - 776Biri acından şalvarın satırdı, dedilər: nisyə verərsənmi?
|
Atalar sözü ID - 777Biri itməyincə biri bitməz.
|
Atalar sözü ID - 778Biri körpü tapmır keçə, biri su tapmır içə.
|
Atalar sözü ID - 779Biri mənim, biri bəndənin, birini də nazlı yara göndərim.
|
Atalar sözü ID - 780Biri minə bağlıdır, mini də birə.
|
Atalar sözü ID - 781Biri od olanda biri su olsun gərək.
|
Atalar sözü ID - 782Biri ölməsə, biri dirilməz.
|
Atalar sözü ID - 783Biri palçığa batıb, biri də yanında yatıb.
|
Atalar sözü ID - 784Biri vardı gecədən, biri də düşdü bacadan.
|
Atalar sözü ID - 785Biri yeyər, biri baxar - qiyamət onda qopar.
|
Atalar sözü ID - 786Birin gör - fikir elə, birin gör - şükür elə.
|
Atalar sözü ID - 787Birin yandırıb, birin qandırma.
|
Atalar sözü ID - 788Birindən soruşdular: qatır niyə səsin çıxartmır?
|
Atalar sözü ID - 790Birini evə qoyan yox idi, soruşdu: çuxamı hardan asım?
|
Atalar sözü ID - 791Birlik harada, dirilik orada.
|
Atalar sözü ID - 792Birlik olmayan yerdə dirilik olmaz.
|
Atalar sözü ID - 793Birənin qanın aldın - canın aldın.
|
Atalar sözü ID - 794Bismillah deməklə donuz bostandan çıxmaz.
|
Bu səhifə dəfə baxılıb