Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 643

Bəhanəçiyə bəhanə əskik olmaz.

Atalar sözü ID - 644

Bəhs ilə Həcə gedən yorular yolda qalar.

Atalar sözü ID - 645

Bəxşiş var - xalvarla, hesab var - dinarla.

Atalar sözü ID - 646

Bəla bəla gətirər.

Atalar sözü ID - 647

Bəla gələndə "gəlirəm" deməz.

Atalar sözü ID - 648

Bəladan qaçan bəlaya tutular.

Atalar sözü ID - 649

Bəlkə sən bostanuvı pozmusan, mən yemişsiz qalmayacağam ki...

Atalar sözü ID - 650

Bəlkəni əkərsən bitməz.

Atalar sözü ID - 651

Bəndə bəndəyə neylər, Xuda gözdən salmasa?!

Atalar sözü ID - 652

Bənnasız hörük hörülməz.

Atalar sözü ID - 653

Bənzəyə-bənzəyə yaz olar, bənzəyə-bənzəyə qış.

Atalar sözü ID - 654

Bərəkət harda var? - Böyüklü yerdə.

Atalar sözü ID - 655

Bərəkət ondur, onu da düzlük.

Atalar sözü ID - 656

Bəslə qarğanı, oysun gözünü.

Atalar sözü ID - 657

Bəslə yetimi, yesin ətini.

Atalar sözü ID - 658

Bəy dediyin nədir, bəyənmədiyin nə?!

Atalar sözü ID - 659

Bəy don geydi, hamı dedi: mübarək olsun.

Atalar sözü ID - 661

Bəy ilə bəy savaşdı, ortada kasıbın başı yarıldı.

Atalar sözü ID - 662

Bəy mənim arxam, mən kimdən qorxam?!

Atalar sözü ID - 663

Bəy oğlu gördüm, tamaha düşdüm.

Atalar sözü ID - 664

Bəy verən atın dişinə baxmazlar.

Atalar sözü ID - 665

Bəylə bostan əkənin tağı çiynində bitər.

Atalar sözü ID - 666

Bəylə Haca gedən çöllərdə sərgərdan qalır.

Atalar sözü ID - 667

Bəyliyi başarmadın, canın çıxsın belə gəz.

Atalar sözü ID - 668

Bəyaz ipək hər rəngə boyanar.

Atalar sözü ID - 669

Bəzənmirəm ağadan qorxuram, bəzənirəm xanımdan.

Atalar sözü ID - 670

Bığdan kəsir, saqqala qoyur.

Atalar sözü ID - 671

Bildir gedən bildirçin, hanı sənin bir qılçın?!

Atalar sözü ID - 672

Bildir ölüb boz eşşək, bu il gəlin ağlayaq.

Atalar sözü ID - 673

Bildir yedim bir incir, indi də qarnım incir.

Atalar sözü ID - 674

Bildirçin camalabaddan hara gedər; dəni yanında, suyu yanında.

Atalar sözü ID - 675

Bildirçinin bəyliyi darı sovulanacandır.

Atalar sözü ID - 676

Bildiyindən danış, bilmədiyin səni güdaza verər.

Atalar sözü ID - 677

Bilən az deyər, bilməyən yüz.

Atalar sözü ID - 678

Bilənə bir, bilməyənə min oxu.

Atalar sözü ID - 679

Bilənin də başına dönüm, bilməyənin də, dad yarımçıq əlindən.

Atalar sözü ID - 680

Bilənlə bilməyən tay olmaz.

Atalar sözü ID - 681

Bilmədiyin bildiyindən çoxdu.

Atalar sözü ID - 682

Bilməmək ayıb deyil, soruşmamaq ayıbdı.

Atalar sözü ID - 683

Bilməsən, bir biləndən sor.

Atalar sözü ID - 684

Bilsəydim atın öldüyünü, qulağı dolusu darıya satardım.

Atalar sözü ID - 685

Bilsəydim, dərdim iki olmazdı.

Atalar sözü ID - 686

Biləyi güclü olan birin yıxar, biliyi güclü olan minin.

Atalar sözü ID - 687

Bir ac güləyən olar, bir də yalavac.

Atalar sözü ID - 688

Bir ac qudurğan olar, bir tox.

Atalar sözü ID - 689

Bir ağacda gül də bitər, tikan da.

Atalar sözü ID - 690

Bir ağıllı baş min başı saxlar.

Atalar sözü ID - 691

Bir almağın bir də verməyi var.

Atalar sözü ID - 692

Bir arxa ki su gəlib, güman var yenə gələ.

Atalar sözü ID - 693

Bir ata yeddi oğulu dolandırdı, yeddi oğul bir atanı dolandırmadı.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed