Atalar sözü ID - 789Dedi: atasın yadına salmaq istəmir!
|
Atalar sözü ID - 1062Dabbaq sevdiyi dərini yerdən yerə vurar.
|
Atalar sözü ID - 1063Dadanan dayanmaz.
|
Atalar sözü ID - 1064Dadanandansan, qudurandan?
|
Atalar sözü ID - 1065Dadananla quduranı saxlamaq olmaz.
|
Atalar sözü ID - 1066Dadanıbsan dolmaya, o da ola, olmaya.
|
Atalar sözü ID - 1067Dadımlıqdır, doyumluq deyil.
|
Atalar sözü ID - 1068Dadlı söz - can arzusu, dadsız söz - baş ağrısı.
|
Atalar sözü ID - 1069Dadmamısan qaz ətini, nə bilirsən ləzzətini?
|
Atalar sözü ID - 1070Dadsız aşa duz neyləsin, ağılsız başa söz neyləsin.
|
Atalar sözü ID - 1071Dağ ağrı çəkdi, nə doğdu? - siçan.
|
Atalar sözü ID - 1072Dağ başına qış gələr, iyid başına iş.
|
Atalar sözü ID - 1073Dağ başında xırman qurma, sovurarsan, yel aparar.
|
Atalar sözü ID - 1074Dağ başından duman əskik olmaz.
|
Atalar sözü ID - 1075Dağ dağa qovuşmaz, adam adama qovuşar.
|
Atalar sözü ID - 1076Dağ iti gəldi, bağ itin qovaladı.
|
Atalar sözü ID - 1077Dağ quşu dağa yaraşar, bağ quşu - bağa!
|
Atalar sözü ID - 1078Dağ ola, duman ola, qırmızı tuman ola, mən olmayım, sən olasan.
|
Atalar sözü ID - 1079Dağa desən oğrudur, başını əyər.
|
Atalar sözü ID - 1080Dağına baxar qar verər, bağına baxar bar verər.
|
Atalar sözü ID - 1081Dağlar qarıynan, torpaq varıynan.
|
Atalar sözü ID - 1082Dağlar nə qədər uca ola, üstündən yollar aşar.
|
Atalar sözü ID - 1083Dağarcıq çörəyinən dolanan dövlət başına ip salmaz.
|
Atalar sözü ID - 1084Dağarcıq çuvaldan böyük oldu?!
|
Atalar sözü ID - 1085Daldan atan topuqdan vurar.
|
Atalar sözü ID - 1086Dama-dama göl olar, dada-dada heç.
|
Atalar sözü ID - 1087Damar-damar, daşı dələr.
|
Atalar sözü ID - 1088Damcı inadıyla daş dələr.
|
Atalar sözü ID - 1089Damara baxarlar, qan alarlar.
|
Atalar sözü ID - 1090Damazlığını yeyən tamarzı qalar.
|
Atalar sözü ID - 1091Dan yerindən çıxan gün dəysin oynaşıma, bulud altından çıxan gün dəysin ərimə.
|
Atalar sözü ID - 1092Dana böyüyər, amma çulu böyüməz.
|
Atalar sözü ID - 1093Dana oynar, mıxını bərkidər.
|
Atalar sözü ID - 1094Danışana dil vermir, yeriyənə yol.
|
Atalar sözü ID - 1095Danışıqlı söz dağlar aşar.
|
Atalar sözü ID - 1096Danışmaq dananı qurda verər.
|
Atalar sözü ID - 1097Danışmaq qızıl olsa, danışmamaq gümüşdür.
|
Atalar sözü ID - 1098Darayı, səni geyər hər ayı!
|
Atalar sözü ID - 1099Darğa əmim, daha nə qəmim!
|
Atalar sözü ID - 1100Darıya girən donuz payanı özünə qəbul eylər.
|
Atalar sözü ID - 1101Daş atan bəlli, baş tutan bəlli.
|
Atalar sözü ID - 1102Daş daşa, dırnaq daşa, siz savaşa, biz tamaşa.
|
Atalar sözü ID - 1103Daş daşa söykənər - divar olar.
|
Atalar sözü ID - 1104Daş düşdüyü yerdə ağır olar.
|
Atalar sözü ID - 1105Daş qayaya rast gəlib.
|
Atalar sözü ID - 1106Daşa mıxı çaxanda biri mıxa, üçü özünə dəyər.
|
Atalar sözü ID - 1107Daşın böyüyü dostdan (yaxından) gəlir.
|
Atalar sözü ID - 1108Daşürəkli düşmənin bağrın yarar yumşaqlıq.
|
Atalar sözü ID - 1109Dava darlıqdan çıxar.
|
Atalar sözü ID - 1110Dava ilə yas qarımaz.
|
Bu səhifə dəfə baxılıb