Atalar sözü ID - 1261Dil yarası - il yarası.
|
Atalar sözü ID - 1262Dildən gələn əldən gəlsə, hər fuğara padşah olar.
|
Atalar sözü ID - 1263Dildir - nə qoruğu var, nə qaytanı.
|
Atalar sözü ID - 1264Dili bal, işi bəla.
|
Atalar sözü ID - 1265Dili dost, qəlbi qara, mən belə dostu neylim?
|
Atalar sözü ID - 1266Dilim-dilim olasan, dilim.
|
Atalar sözü ID - 1267Dilin zəkatı xeyir söyləməkdi.
|
Atalar sözü ID - 1268Dilini saxlayan başını saxlar.
|
Atalar sözü ID - 1269Dilənçi bir olsa, balnan bəslərlər.
|
Atalar sözü ID - 1270Dilənçi bir olsa, dirilməyə nə var.
|
Atalar sözü ID - 1271Dilənçi salam almaz.
|
Atalar sözü ID - 1272Dilənçinin torbası dolmaz.
|
Atalar sözü ID - 1273Dilənçinin üzü qara olur, torbası dolu.
|
Atalar sözü ID - 1274Dini dinara satan molla dindən də olar, dinardan da.
|
Atalar sözü ID - 1275Dinsizin ağzını imansız yumar.
|
Atalar sözü ID - 1276Dinmə, səni udaram.
|
Atalar sözü ID - 1277Dirini öldürmək olar, ölünü diriltmək olmaz.
|
Atalar sözü ID - 1278Diş qurdalamaqla qarın doymaz.
|
Atalar sözü ID - 1279Diş nə qədər şirin ola, ağrıyanda çıxardıb tullayırlar.
|
Atalar sözü ID - 1280Diş verən dişlik də verər.
|
Atalar sözü ID - 1281Diş yox ikən dodaq vardı.
|
Atalar sözü ID - 1282Dişdən artmaz, işdən artar.
|
Atalar sözü ID - 1283Dişi düşmüş boz öküz qoşulub cöngələrə.
|
Atalar sözü ID - 1284Dişnən, dırnaqnan yığıb ağıznan yemək gərəkdi.
|
Atalar sözü ID - 1285Dişsiz ağız - daşsız dəyirman.
|
Atalar sözü ID - 1286Divanxana qapısı girəndə darvaza olar, çıxanda iynə gözü.
|
Atalar sözü ID - 1287Divarı nəm yıxar, insanı qəm.
|
Atalar sözü ID - 1288Divarın dalısı da qürbətdir.
|
Atalar sözü ID - 1289Divarın əyrisi özülündən başlar.
|
Atalar sözü ID - 1290Diz ağrısın can çəkər.
|
Atalar sözü ID - 1291Doğru büdrər, amma yıxılmaz.
|
Atalar sözü ID - 1292Doğru deyənin başı keçəl olar.
|
Atalar sözü ID - 1293Doğru elə bilər hamı doğrudur, oğru elə bilər hamı oğrudur.
|
Atalar sözü ID - 1294Doğru ol, asan yol ilə get.
|
Atalar sözü ID - 1295Doğru söz acı olar.
|
Atalar sözü ID - 1296Doğru söz kin duruldar.
|
Atalar sözü ID - 1297Doğru sözə nə and?
|
Atalar sözü ID - 1298Doğru yolda yıxılan tez qalxar.
|
Atalar sözü ID - 1299Doğru yolla gedən yorulmaz.
|
Atalar sözü ID - 1300Doğruluqla dost qapısın dolan gəl, öz evindir.
|
Atalar sözü ID - 1301Doğruya zaval yoxdur, çəkəsən hər divana.
|
Atalar sözü ID - 1302Doqquz döşəkli baba axırı quru yerdə can verər.
|
Atalar sözü ID - 1303Doqquzunda nə isə doxsanında da odur.
|
Atalar sözü ID - 1304Dolaşan (gəzən) qurd ac qalmaz.
|
Atalar sözü ID - 1305Dolunu yeyib boşa təpik atmazlar.
|
Atalar sözü ID - 1306Don kimindi - geyənin, at kimindi - minənin.
|
Atalar sözü ID - 1307Donuz xort-xortunu böyüyündən öyrənər.
|
Atalar sözü ID - 1308Dost başa baxar, düşmən ayağa.
|
Atalar sözü ID - 1309Dost daşı bərk incidər.
|
Atalar sözü ID - 1310Dost dosta tən gərək, tən olmasa gen gərək.
|
Bu səhifə dəfə baxılıb