Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 1161

Dəliyə gündə bayramdır.

Atalar sözü ID - 1162

Dəliyə yel ver, əlinə bel ver.

Atalar sözü ID - 1163

Dəliyə yüz öyrət, bildiyin elər.

Atalar sözü ID - 1164

Dəlləkliyi bizim başımızda öyrənir.

Atalar sözü ID - 1165

Dəm eniş olar, dəm yoxuş.

Atalar sözü ID - 1166

Dəm söhbət - dəm ixtilat.

Atalar sözü ID - 1167

Dəmir döyülə-döyülə polad olur.

Atalar sözü ID - 1168

Dəmir qapının taxta qapıya işi düşər.

Atalar sözü ID - 1169

Dəmiri isti-isti döyərlər.

Atalar sözü ID - 1170

Dəmiri kürədən dəmir çıxardar.

Atalar sözü ID - 1171

Dəmiri nəm çürüdər, igidi qəm.

Atalar sözü ID - 1172

Dəmirsiniz, missiniz, hamınız bir cinssiniz.

Atalar sözü ID - 1173

Dəmli hara gedər? - Dəm ardınca.
- Qəmli hara gedər? Qəm ardınca.

Atalar sözü ID - 1174

Dəmyənin bir Allahı var, sulunun iki.

Atalar sözü ID - 1175

Dəni ellərdən, suyu göllərdən.

Atalar sözü ID - 1176

Dəni məndən yeyir, başqa yerdə yumurtlayır.

Atalar sözü ID - 1177

Dərd adama selnən girər, misqalnan çıxar.

Atalar sözü ID - 1178

Dərd adamı dingildədər.

Atalar sözü ID - 1179

Dərd ağladar, eşq söylədər.

Atalar sözü ID - 1180

Dərd bir olsa ağlamağa nə var.

Atalar sözü ID - 1181

Dərd çəkənə görədir.

Atalar sözü ID - 1182

Dərd dərd üstündən gələr.

Atalar sözü ID - 1183

Dərd dərdə bənzəməz.

Atalar sözü ID - 1184

Dərd gedər, yeri boş qalmaz.

Atalar sözü ID - 1185

Dərd getməz, dəyişər.

Atalar sözü ID - 1186

Dərd var - gələr keçər, dərd var - dələr keçər.

Atalar sözü ID - 1187

Dərd verən dərmanın da verər.

Atalar sözü ID - 1188

Dərdi çəkən bilər.

Atalar sözü ID - 1189

Dərdi dağa verdilər, götürmədi, ancaq insan götürdü.

Atalar sözü ID - 1190

Dərdin qoy dərdim üstə, onu da mən çəkərəm.

Atalar sözü ID - 1191

Dərdini dərd bilənə söylə.

Atalar sözü ID - 1192

Dərdini gizlədən dərmanın tapmaz.

Atalar sözü ID - 1193

Dərdli deyingən olar.

Atalar sözü ID - 1194

Dərdli söylədiyin dəli söyləməz.

Atalar sözü ID - 1195

Dərdlini dindirmə, özü dillənər.

Atalar sözü ID - 1196

Dərə yiyəsiz olanda tülkü bəylik elər.

Atalar sözü ID - 1197

Dərgahın qapısı açıq olanda köpəyin yuxusu gələr.

Atalar sözü ID - 1198

Dərin çay səssiz axar.

Atalar sözü ID - 1199

Dərin su bulanmaz.

Atalar sözü ID - 1200

Dərmana inanma, dərmansız da qalma.

Atalar sözü ID - 1201

Dərviş yabısı hər evin yolunu tanıyar.

Atalar sözü ID - 1202

Dərvişin fikri nə isə, zikri də odur.

Atalar sözü ID - 1203

Dərvişlikdən xəbəri yox, gecə-gündüz təkyə axtarır.

Atalar sözü ID - 1204

Dəryaya bir daş at, ya bir qaya sal.

Atalar sözü ID - 1205

Dərzin az oldu, xırmanı böyük aç.

Atalar sözü ID - 1206

Dərzi öz yırtığını yamamaz.

Atalar sözü ID - 1207

Dərzi yaxası cırıq olar, başmaqçı ayağı yalın.

Atalar sözü ID - 1208

Dərziyə köç dedilər, iynəsini sancdı yaxasına.

Atalar sözü ID - 1209

Dəvə ağır gedər, çox gedər.

Atalar sözü ID - 1210

Dəvə bir xəyal elər, sarvan iki.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed