Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 1211

Dəvə böyük - ot yeyər, şahin kiçik - ət yeyər.

Atalar sözü ID - 1212

Dəvə bu boynan həlbət uşaq imiş?

Atalar sözü ID - 1213

Dəvə buynuz axtarırdı, qulaqdan da oldu.

Atalar sözü ID - 1214

Dəvə dedi: "Hamamdan qalıram".
Dedilər: "Görünür qıçından-paçandan".

Atalar sözü ID - 1215

Dəvə durdu, dam uçuldu.

Atalar sözü ID - 1216

Dəvə gördünmü? Qığını da görmədim.

Atalar sözü ID - 1217

Dəvə gözün yumar girər pambığa, Deyər: məni heç kim görmür.

Atalar sözü ID - 1218

Dəvə Məkkəyə getməklə hacı olmaz.

Atalar sözü ID - 1219

Dəvə nə qədər ölü ola, dərisi bir eşşəyə yükdür.

Atalar sözü ID - 1220

Dəvə nə qədər uzağa getsə, qatarını gözlər.

Atalar sözü ID - 1221

Dəvə oynayan günü qar yağar.

Atalar sözü ID - 1222

Dəvə öldü, eşşəyə zülüm oldu.

Atalar sözü ID - 1223

Dəvə ölsə, dərisi bir yükdür, toyuq ölsə, dərisi bir çəngə tükdür.

Atalar sözü ID - 1224

Dəvə öz əyrisin bilməz.

Atalar sözü ID - 1225

Dəvə tanımasa, ovsarı tanıyar.

Atalar sözü ID - 1226

Dəvə yaxını otlayıb uzağı gözlər.

Atalar sözü ID - 1227

Dəvəcə boyun olunca düyməcə ağlın olsun.

Atalar sözü ID - 1228

Dəvəçiylə dost olanın darvazası gen gərək.

Atalar sözü ID - 1229

Dəvədən bir tük qoparsan, yenə qənimətdi.

Atalar sözü ID - 1230

Dəvədən böyük fil də var.

Atalar sözü ID - 1231

Dəvədən soruşdular: boynun niyə əyridi, dedi: haram düzdü?

Atalar sözü ID - 1232

Dəvəni andılar - ya suya, ya oduna!

Atalar sözü ID - 1233

Dəvəni dağdan uçurdan bir çəngə otdur.

Atalar sözü ID - 1234

Dəvəni eşşəyin quyruğuna bağlama.

Atalar sözü ID - 1235

Dəvənin dizini bağla, sonra Allaha tapşır.

Atalar sözü ID - 1236

Dəvənin nəyi düzdü ki, boynu da düz olsun.

Atalar sözü ID - 1237

Dəvənin yemədiyi ot ya başını ağrıdar, ya qılçını.

Atalar sözü ID - 1238

Dəvəyə dedilər: enişi sevirsən, yoxuşu?
Dedi: lənət hər üçünə.

Atalar sözü ID - 1239

Dəvəyə qanqal lazım olsa, boynunu yüz yerdən uzadar.

Atalar sözü ID - 1240

Dəvəyə şüşəki nə eyləsin?!

Atalar sözü ID - 1241

Dəvəquşuna dedilər: qaç, dedi: quşam, dedilər: uç, dedi: dəvəyəm.

Atalar sözü ID - 1242

Dəvətsiz gələn döşəksiz oturar.

Atalar sözü ID - 1243

Dəyənək dəlinin, süpürgə gəlinin.

Atalar sözü ID - 1244

Dəyirman öz işin işdər, çax-çax baş ağrıdar.

Atalar sözü ID - 1245

Dəyirmana gedəndən sonra ulaq verən çox olar.

Atalar sözü ID - 1246

Dəyirmana su hardan axdığın öyrən.

Atalar sözü ID - 1247

Dəyirmançı qızını ərə verdi, arvadını da üstəlik.

Atalar sözü ID - 1248

Dəyirmançıdan acıq eləyən çuvalın boş aparar.

Atalar sözü ID - 1249

Dəyirmançının şahidi kömbəçi olar.

Atalar sözü ID - 1250

Dəyirmanda dənin yox, şahad üstə başını niyə yarırsan!

Atalar sözü ID - 1251

Dəyirmanın yaraşığı torba-çuvaldı.

Atalar sözü ID - 1252

Dəymə mənə, dəyməyim sənə.

Atalar sözü ID - 1253

Dığ-dığ qardaşı qardaşdan ayırar.

Atalar sözü ID - 1254

Dımbılı ələk, dımbılı sac, əlim xəmir, qarnım ac!

Atalar sözü ID - 1255

Dil adamı bəyan elər.

Atalar sözü ID - 1256

Dil həmişə ağrıyan dişin üstə gələr.

Atalar sözü ID - 1257

Dil ki var, ətdəndi; hara döndərsən dönər.

Atalar sözü ID - 1258

Dil sümüksüzdü, amma sümüyü sındırar.

Atalar sözü ID - 1259

Dil var bal - gətirər, dil var - bəla gətirər.

Atalar sözü ID - 1260

Dil yanılar, doğrusun deyər.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed