Atalar sözü ID - 1111Davaçın xan olsa Allah dadına yetsin.
|
Atalar sözü ID - 1112Davada ağac ortadakına dəyər.
|
Atalar sözü ID - 1113Davada halva paylamazlar.
|
Atalar sözü ID - 1114Davalı söz baş yarar, doğru söz daş.
|
Atalar sözü ID - 1115Davalı yerdə ot bitməz.
|
Atalar sözü ID - 1116Davanın çeşnisi cidaldı.
|
Atalar sözü ID - 1117Davasını bilməyənə şahid olma.
|
Atalar sözü ID - 1118Dayanan su tez iyiyər.
|
Atalar sözü ID - 1119Dayçanı bir vurarsan, iki sıçrar.
|
Atalar sözü ID - 1120Dayı görməyib, elə bilir Şahqulu da bir dayıdır.
|
Atalar sözü ID - 1121Dazın saznan yatdığı, sazın da təpik atdığı.
|
Atalar sözü ID - 1122Dedi xacəyəm, dedi neçə oğlun var.
|
Atalar sözü ID - 1123Dedik bir ağız ağla, demədik elləri başımıza yığ.
|
Atalar sözü ID - 1124Dedilər: Əzrayıl uşaq paylayır.
Dedi: - Özününkü özünün olsun, mənimkinə dəyməsin. |
Atalar sözü ID - 1125Dedilər: Molla, aş aparırlar. Dedi: - mənə nə.
Dedilər: - Sizə aparırlar. Dedi: - sənə nə! |
Atalar sözü ID - 1126Dedim bir ağız ağla, demədim elləri güldür bizə.
|
Atalar sözü ID - 1127Dediyindən dönsən, el dönər səndən, dediyini tutsan, el tutar səndən.
|
Atalar sözü ID - 1128Demədiyin sözün ağasısan, dediyin sözün qulu.
|
Atalar sözü ID - 1129Deməsən eşitməzsən.
|
Atalar sözü ID - 1130Deyəcəyini fikir elə, sonra söylə.
|
Atalar sözü ID - 1131Deyən Xalıx döyül, dedirən Xalıxdı.
|
Atalar sözü ID - 1132Deyirəm - eldən ayıb, demənəm - yandı canım.
|
Atalar sözü ID - 1133Deşikli muncuq yerdə qalmaz.
|
Atalar sözü ID - 1134Dəbbədən yağ çıxar.
|
Atalar sözü ID - 1135Dədələrin özü ölsə də, sözü ölməyib.
|
Atalar sözü ID - 1136Dədəm bicdi, kündəni sayır, ciyim bicdi, kündədən kəsir.
|
Atalar sözü ID - 1137Dədəm öldü ya vəlvələdən, ya zəlzələdən.
|
Atalar sözü ID - 1138Dədəsi öldü, dedi: vaxtı çatıbdı, dəvəsi öldü, dedi: belim sındı.
|
Atalar sözü ID - 1139Dədəsindən nə gül dərdim, balasından gülab çəkim?
|
Atalar sözü ID - 1140Dədəsini görməyən şahlıq iddia eylər.
|
Atalar sözü ID - 1141Dəli dəlidən xoşlanar, molla ölüdən.
|
Atalar sözü ID - 1142Dəli dəlini görəndə çomağın belinə qısar.
|
Atalar sözü ID - 1143Dəli dəliyə qoşular, dəyənək göydən yağar.
|
Atalar sözü ID - 1144Dəli dostun olunca ağıllı düşmənin olsun.
|
Atalar sözü ID - 1145Dəli dövran sürür, ağıllı vaxt gözlər.
|
Atalar sözü ID - 1146Dəli ilə dövlətli - ikisi də bildiyin elər.
|
Atalar sözü ID - 1147Dəli inək balasını çığnayar.
|
Atalar sözü ID - 1148Dəli qız bir naxış bilər.
|
Atalar sözü ID - 1149Dəli qız dayısından yaşınar.
|
Atalar sözü ID - 1150Dəli qız deyər: anasız olaydım, bədəsil gəlin deyər: qaynanasız.
|
Atalar sözü ID - 1151Dəli öküz gücün bilməz.
|
Atalar sözü ID - 1152Dəli utanmaz, yiyəsi utanar.
|
Atalar sözü ID - 1153Dəlicə qızdan dəlicə gəlin olar.
|
Atalar sözü ID - 1154Dəlidən doğru xəbər.
|
Atalar sözü ID - 1155Dəlilər dünyanı yedi, ağıllı indi cüt qoşur.
|
Atalar sözü ID - 1156Dəlini apardılar toya, dedi: bura bizim evdən yaxşıdı!
|
Atalar sözü ID - 1157Dəlinin başında qoz ağacı bitməz.
|
Atalar sözü ID - 1158Dəlinin nə toyu olsun, nə yası.
|
Atalar sözü ID - 1159Dəlinin yadına daş salma.
|
Atalar sözü ID - 1160Dəliyə daş atma, öz başın yarılar.
|
Bu səhifə dəfə baxılıb