Atalar sözü ID - 502Ay gedən it, gəl məni tut.
|
Atalar sözü ID - 503Ay qaynana, heç gəlin olmamısan?!
|
Atalar sözü ID - 504Ay özünü bəyənmiş, qoy səni el bəyənsin.
|
Atalar sözü ID - 505Ayağa düşməyən başa çıxmaz.
|
Atalar sözü ID - 506Ayağı ilə gələnə ölüm olmaz.
|
Atalar sözü ID - 507Ayağından yıxılan qalxar, dilindən yıxılan yox.
|
Atalar sözü ID - 508Ayağını yorğanına görə uzat.
|
Atalar sözü ID - 509Ayaqla gələn qonağı atla yola salarlar.
|
Atalar sözü ID - 510Ayaq-ayaq nərdivana çıxarlar.
|
Atalar sözü ID - 511Ayaz oldu, bulud oldu, keçən günlər unuduldu.
|
Atalar sözü ID - 512Ayazda yatmayan eşşək töylənin qədrin bilməz.
|
Atalar sözü ID - 513Ayı balasına "ağappağım" deyər, kirpi balasına - "yumşağım".
|
Atalar sözü ID - 514Ayı meşədən küsüb, meşənin xəbəri yox.
|
Atalar sözü ID - 515Ayı nədi, oynamaq nədi?!
|
Atalar sözü ID - 516Ayının min bir oyunu var - hamısı bir armud üstədir.
|
Atalar sözü ID - 517Ayıya dayı deyərlər körpünü keçincən.
|
Atalar sözü ID - 518Ayıb söyləyənin ayıbını söylərlər.
|
Atalar sözü ID - 519Ayıblı ayıbın bilsə, başına palaz örtər.
|
Atalar sözü ID - 520Aynanın çatdağı calaq qəbul eləməz.
|
Atalar sözü ID - 521Aynaya necə baxsan, özünü elə görərsən.
|
Atalar sözü ID - 522Ayrana getməyə utanmır, sərnici dalında gizlədir.
|
Atalar sözü ID - 523Ayrana gələn çanağı böyrünə sıxar.
|
Atalar sözü ID - 524Az idi arıq-uruq, biri də gəldi dabanı cırıq.
|
Atalar sözü ID - 525Az ilən çoxun oyunu olmaz.
|
Atalar sözü ID - 526Az olur küsür, çox olur qusur.
|
Atalar sözü ID - 527Az tamah çox bəla gətirər.
|
Atalar sözü ID - 528Az vardı ac adam, biri də düşdü bacadan.
|
Atalar sözü ID - 529Az yeyənin azarı da az olar.
|
Atalar sözü ID - 530Aza qane olmayan çoxu tapammaz.
|
Atalar sözü ID - 531Azacıq aşım, ağrımaz başım.
|
Atalar sözü ID - 532Azca, hara gedirsən? Çoxca yanına.
|
Atalar sözü ID - 533Azdan az deyiblər, çoxdan çox.
|
Atalar sözü ID - 534Azı bilməyən çoxu heç bilməz.
|
Atalar sözü ID - 535Azan quşun ömrü az olar.
|
Atalar sözü ID - 536Azğın adam quzğun olar.
|
Atalar sözü ID - 537Azar batmannan girər, misqalnan çıxar.
|
Atalar sözü ID - 538Azarla mənimçün, ölüm səninçün.
|
Atalar sözü ID - 539Azarladım ölmədim, üzüldüm öldüm.
|
Atalar sözü ID - 540Azarlı tələsər, armud vaxtında yetişər.
|
Atalar sözü ID - 541Azarlıq olsun, bezarlıq olmasın.
|
Atalar sözü ID - 3240Aralığa çıxdı sərçə balası.
|
Atalar sözü ID - 3827Atım atına barabar, tulam da səndən artıq.
|
Bu səhifə dəfə baxılıb