Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 402

Aşığınan mollanın heç olmaz şad arası.

Atalar sözü ID - 403

Aşığınkı haydandır, mollanınkı vaydan.

Atalar sözü ID - 404

Aşıq gördüyünü çağırar.

Atalar sözü ID - 405

Aşıq sözü haqq olar.

Atalar sözü ID - 406

Aşıq sözündən doymaz, ləlöyün gözündən.

Atalar sözü ID - 407

Aşıq toya yüyürər, molla vaya.

Atalar sözü ID - 408

Aşıq üz görən yerə.

Atalar sözü ID - 409

Aşiqə Bağdad uzaq deyil.

Atalar sözü ID - 410

At almağa cahıl göndər, qız almağa ahıl.

Atalar sözü ID - 411

At almamış noxta davası eləyir.

Atalar sözü ID - 412

At almamış töylə tikdir.

Atalar sözü ID - 413

At atınan əlləşər, arada eşşəyin qıçı sınar.

Atalar sözü ID - 414

At bəslənirkən, qız istənirkən.

Atalar sözü ID - 415

At elin, torba əmanət, bizim daha nəyimiz var?

Atalar sözü ID - 416

At ələ düşər, meydan ələ düşməz.

Atalar sözü ID - 417

At igidin yoldaşı.

Atalar sözü ID - 418

At ilə arvad igidin iqbalına.

Atalar sözü ID - 419

At ilə yola çıxan eşşəyin vay halına.

Atalar sözü ID - 420

At qatır doğub, nəsli pozulub.

Atalar sözü ID - 421

At meydanında eşşək anqırmaz.

Atalar sözü ID - 422

At mıxını qopardar, bir yerə dəyər, iki özünə.

Atalar sözü ID - 423

At minənin tanıyar.

Atalar sözü ID - 424

At minənindir, qılınc qurşananın.

Atalar sözü ID - 425

At miniş öyrədər, don - yeriş.

Atalar sözü ID - 426

At oğurlanandan sonra axur nəyə gərək?

Atalar sözü ID - 427

At olanda ot olmur, ot olanda at.

Atalar sözü ID - 428

At olmayan yerdə eşşək də atdır.

Atalar sözü ID - 429

At öldü, itlərin oldu bayramı.

Atalar sözü ID - 430

At ölər - meydan qalar, igid ölər - şan qalar.

Atalar sözü ID - 431

At saxlayan atdan yüyrək ola gərək.

Atalar sözü ID - 432

At tapıldı, yəhər tapılmadı?

Atalar sözü ID - 433

At təpiyinə at dözər.

Atalar sözü ID - 434

At yeməyən acı otlar bitməsə yaxşıdır.

Atalar sözü ID - 435

At yeriməklə yol alar, insan bilməklə.

Atalar sözü ID - 436

At yerinə eşşək bağlama.

Atalar sözü ID - 437

Ata baxarlar, başına torba taxarlar.

Atalar sözü ID - 438

Ata dost kimi bax, düşmən kimi min.

Atalar sözü ID - 439

Ata minəndə özünü, atdan düşəndə atı unutma.

Atalar sözü ID - 440

Ata nal çalındığın görəndə qurbağa ayaqlarını uzatdı.

Atalar sözü ID - 441

Atdan düşüb eşşəyə minməzlər.

Atalar sözü ID - 442

Atdan qalanı öküzə verərlər.

Atalar sözü ID - 443

Atdan yıxılana yorğan-döşək, eşşəkdən yıxılana qazma, kürək.

Atalar sözü ID - 444

Atdan yıxılmayan atlı olmaz.

Atalar sözü ID - 445

Atı atası ilə tanıdarlar, qatırı anası ilə.

Atalar sözü ID - 446

Atı atın yanına bağlarsan, həmrəng olmaz, həmxasiyyət olar.

Atalar sözü ID - 447

Atı cahıl gözünnən, qızı ahıl gözünnən.

Atalar sözü ID - 448

Atı olana nisyə qamçı da verərlər.

Atalar sözü ID - 449

Atı satıb eşşək alıb, dumbula-dum, dumbula-dum!

Atalar sözü ID - 450

Atın axmağı yorğa olar, itin axmağı tula.

Atalar sözü ID - 451

Atın izi itin izinə qarışmaz.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed