Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 352

Armudun yaxşısını meşədə ayı yeyər.

Atalar sözü ID - 353

Arpa əkən buğda biçməz.

Atalar sözü ID - 354

Arpa unun yoxdusa, dadlı dilin də yoxdur?!

Atalar sözü ID - 355

Arpa verilməyən at qamçı gücü ilə yeriməz.

Atalar sözü ID - 356

Arpa yemiş at mənzil kəsər.

Atalar sözü ID - 357

Arpadan, buğdadan əlim üzüldü, ümidim sənə qaldı, darı xirməni.

Atalar sözü ID - 358

Arpaya qatsan at yeməz, sümüyə qatsan it yeməz.

Atalar sözü ID - 359

Arsız kişidən ərsiz arvad yaxşıdır.

Atalar sözü ID - 360

Arsız nədən arlanar?!

Atalar sözü ID - 361

Arsızın üzünə tüpürüblər, "yağış yağır" demiş.

Atalar sözü ID - 362

Arşın olmayan yerdə çərək də ölçüdür.

Atalar sözü ID - 363

Artıq aş - ya qarın ağrıdar, ya baş.

Atalar sözü ID - 364

Artıq mal gözmü çıxarır?!

Atalar sözü ID - 365

Artıq tamah daş yarar, daş qayıdar baş yarar.

Atalar sözü ID - 366

Artıq tikə baş yarar.

Atalar sözü ID - 367

Arvad evinə girənin qapısı alçaq olar.

Atalar sözü ID - 368

Arvad iki olanda ev süpürülməmiş qalar.

Atalar sözü ID - 369

Arvad ilə at igidin baxtına.

Atalar sözü ID - 370

Arvad malı başa toxmaq kimi dəyər.

Atalar sözü ID - 371

Arvad tutan yolun axırı yoxuşa qalxar.

Atalar sözü ID - 372

Arvad üzlü kişidən, kişi üzlü arvaddan əlhəzər.

Atalar sözü ID - 373

Arvad var ev yığar, arvad var ev yıxar.

Atalar sözü ID - 374

Arvadı ahıl gözüylə, atı - cahıl gözüylə.

Atalar sözü ID - 375

Arvadı bəd olanın saqqalı tez ağarar.

Atalar sözü ID - 376

Arvadın deyingəni kişini tez qocaldar.

Atalar sözü ID - 377

Asılsan da, uca budaqdan asıl.

Atalar sözü ID - 378

Aslan ağzından şikar alınmaz.

Atalar sözü ID - 379

Aslan qocalanda başına çaqqal-çuqqal toplaşar.

Atalar sözü ID - 380

Aslan yatışından da bəllidir.

Atalar sözü ID - 381

Aslanı da heç yalqız qalmasın.

Atalar sözü ID - 382

Aslanın balası aslan olar.

Atalar sözü ID - 383

Aslanın böyüyü-kiçiyi olmaz.

Atalar sözü ID - 384

Aslanın qorxusu qarıncadan olar.

Atalar sözü ID - 385

Aslanın nə erkəyi, nə dişisi?!

Atalar sözü ID - 386

Asta çal - usta çal.

Atalar sözü ID - 387

Asta qaçan namərddi.

Atalar sözü ID - 388

Asta vur - rasta vur.

Atalar sözü ID - 389

Astanın işi qalmaz, xəstənin işi qalar.

Atalar sözü ID - 390

Astarı üzündən bahadı.

Atalar sözü ID - 391

Aş başında qırqovuldu.

Atalar sözü ID - 392

Aşdır - bişər, işdir - düşər.

Atalar sözü ID - 393

Aşından yemədim, tüstüsündən kor oldum.

Atalar sözü ID - 394

Aşpazdan küsən evinə ac gedər.

Atalar sözü ID - 395

Aşpazxanada yeyir, dulusxanada hürür.

Atalar sözü ID - 396

Aşağa, aşağa, kor Mahmuddan da aşağa?!

Atalar sözü ID - 397

Aşağı, aşağı, qatıqlı aşdan da aşağı?!

Atalar sözü ID - 398

Aşığı uduzub, curuna güvənir.

Atalar sözü ID - 399

Aşığı yığarlar oynamaq üçün.

Atalar sözü ID - 400

Aşığı ağladan gülməz.

Atalar sözü ID - 401

Aşığın sözü qurtaranda "yarım, yarım" çağırar.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed