Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 102

Ağ gün adamı ağardar, qara gün qaraldar.

Atalar sözü ID - 103

Ağ itin həllaca zərəri var.

Atalar sözü ID - 104

Ağ köpək, qara köpək, ikisi də köpəkdi.

Atalar sözü ID - 105

Ağ qoyun, qara qoyun keçid başında bəlli olar.

Atalar sözü ID - 106

Ağ qoyunu görənlər içi dolu yağ sanar.

Atalar sözü ID - 107

Ağ qoyunun qara quzusu da olur.

Atalar sözü ID - 108

Ağ parçaya ləkə tez düşər.

Atalar sözü ID - 109

Ağa ağ deyiblər, qaraya qara.

Atalar sözü ID - 110

Ağı gördün, qaranı unutdun?!

Atalar sözü ID - 111

Ağın adı, qaranın dadı.

Atalar sözü ID - 112

Ağa deyir: - sür dərəyə! - sür dərəyə.

Atalar sözü ID - 113

Ağa gətirər navala, xanım tökər çuvala.

Atalar sözü ID - 114

Ağa ilə xanım savaşdı, arada nökərin canı çıxdı.

Atalar sözü ID - 115

Ağalıq verimlədir, igidlik vurumla!

Atalar sözü ID - 116

Ağanın malı çıxar, muzdurun canı.

Atalar sözü ID - 117

Ağası güclü olan qul ası olar.

Atalar sözü ID - 118

Ağaya ağa desən gülməyi gələr, nökərə nökər desən ağlamağı.

Atalar sözü ID - 119

Ağac acı, can şirin.

Atalar sözü ID - 120

Ağac bar verdikcə başın aşağı əyər.

Atalar sözü ID - 121

Ağac başında qora, bilmədim düşdüm tora.

Atalar sözü ID - 122

Ağac böyüdükcə suyu çox aparar.

Atalar sözü ID - 123

Ağac dibindən su içər.

Atalar sözü ID - 124

Ağac əkənə rəhmət oxunar.

Atalar sözü ID - 125

Ağac əyildi - sındı, igid əyildi - öldü.

Atalar sözü ID - 126

Ağac gəlməmişkən, vay qabırğalarım.

Atalar sözü ID - 127

Ağac kökündən su içər.

Atalar sözü ID - 128

Ağac meyvəni dəyənə qədər böyüdər.

Atalar sözü ID - 129

Ağac nazikliyindən sınsa, adam yoğunluğundan sınar.

Atalar sözü ID - 130

Ağac sınanda budaq nəyə gərəkdi?!

Atalar sözü ID - 131

Ağac yaş ikən əyilməsə, əyilməz.

Atalar sözü ID - 132

Ağac yeyən sıpa bir də xırmana girməz.

Atalar sözü ID - 133

Ağac yıxılan günü çatdıyar.

Atalar sözü ID - 134

Ağac yıxılanda baltalı da gələr, baltasız da.

Atalar sözü ID - 135

Ağacı baltalayanda "sapı məndəndir" demiş.

Atalar sözü ID - 136

Ağacı kəsərlər, öz səmtinə yıxılar.

Atalar sözü ID - 137

Ağacı qurd öz içindən yeyər.

Atalar sözü ID - 138

Ağacın qurdu özündən olmasaydı, min yaşardı.

Atalar sözü ID - 139

Ağacın yemişin ye, sonra qabığın soyma.

Atalar sözü ID - 140

Ağacın yumşağını qurd yeyər.

Atalar sözü ID - 141

Ağaclar başın tərpədəndə söyüd deyər: - mən də, mən də.

Atalar sözü ID - 142

Ağçalı adamdan dağlar da qorxar.

Atalar sözü ID - 143

Ağıl ağıldan ötgündü.

Atalar sözü ID - 144

Ağıl başda ikən, evin avadan.

Atalar sözü ID - 145

Ağıl yaşda olmaz, başda olur.

Atalar sözü ID - 146

Ağıla gələn başa gələr.

Atalar sözü ID - 147

Ağılları bazara çıxardıblar, hər kəs yenə öz ağlın alıb.

Atalar sözü ID - 148

Ağıllı ağıl eləyincə dəli vurdu keçdi.

Atalar sözü ID - 149

Ağıllı arvad ara, ağılsız arvad vara qaçar.

Atalar sözü ID - 150

Ağıllı arvad kamala, ağılsız arvad camala güvənər.

Atalar sözü ID - 151

Ağıllı bildiyin söyləməz, dəli söylədiyin bilməz.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed