Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 202

Ax, mənim kisəm, minnətsiz yesəm.

Atalar sözü ID - 203

Axacaq qan damarda durmaz.

Atalar sözü ID - 204

Axar su gedər, qalmaz.

Atalar sözü ID - 205

Axar su murdarlıq götürməz.

Atalar sözü ID - 206

Axır - axır, çıxar paxır.

Atalar sözü ID - 207

Axırın gəlsin, bez köynək!

Atalar sözü ID - 208

Axmaq başın cəfasını ayaqlar çəkər.

Atalar sözü ID - 209

Axmaq it aya hürər.

Atalar sözü ID - 210

Axmaq özünə düşməndi, özgəyə necə dost olar?!

Atalar sözü ID - 211

Axsaq at yüyrək olar.

Atalar sözü ID - 212

Axsaq eşşəyin kor nalbəndi olar.

Atalar sözü ID - 213

Axsaq qoyuna nə dağ, nə aran?

Atalar sözü ID - 214

Axşam axıra, sabah naxıra.

Atalar sözü ID - 215

Axşamdan sonra gələn qonağın yeyəcəyi soğandır.

Atalar sözü ID - 216

Axşamın xeyrindənsə sabahın şəri.

Atalar sözü ID - 217

Axşamın sirrini dan bilər.

Atalar sözü ID - 218

Axtaxana böyüdü, dağda dana böyüdü, sən niyə böyümədin?!

Atalar sözü ID - 219

Axtaran tapar.

Atalar sözü ID - 220

Axtarmağınan deyil, rast gəlməyinəndir.

Atalar sözü ID - 221

Axund özü elər, özgəyə öyüd verər.

Atalar sözü ID - 222

Al almaya daş atan çox olar.

Atalar sözü ID - 223

Al qapıda, sat qapıda.

Atalar sözü ID - 224

Al ver deyiblər, al vermə deməyiblər.

Atalar sözü ID - 225

Alacağım olsun, alaqarğada olsun.

Atalar sözü ID - 226

Alan aldanmaz, satan aldanar.

Atalar sözü ID - 227

Alacağı bir piltədi, pambığın batmanın soruşur.

Atalar sözü ID - 228

Aldığı bir iynədi, dəmirin batmanın yoxlayır.

Atalar sözü ID - 229

Aldım qoz, satdım qoz, mənə qaldı çaqqaçuq.

Atalar sözü ID - 230

Alıcı quş dimdiyindən bilinər.

Atalar sözü ID - 231

Alma arvadın dulunu, dalınca gələr qulunu.

Atalar sözü ID - 232

Almaq aldanmaqdı, vermək hünərdi.

Atalar sözü ID - 233

Ala it çaqqalın dayısıdı.

Atalar sözü ID - 234

Ala it gedər, qara it gələr.

Atalar sözü ID - 235

Ala itin balası qara olar, yanılsa boynu ala olar, hürəndə anası kimi hürər.

Atalar sözü ID - 236

Ala qarğa olmağı bəs deyil, həkimlik də eləyir.

Atalar sözü ID - 237

Ala qarğa şux tərlanı bəyənməz.

Atalar sözü ID - 238

Ala qayada bostan ura olub, kəliyin dərən yoxdu.

Atalar sözü ID - 239

Alça mənim, gilas mənim, tut mənim, gavalıda da gözüm var.

Atalar sözü ID - 240

Alçaq ata hamı minər.

Atalar sözü ID - 241

Alçaq dağa qar yağmaz?!

Atalar sözü ID - 242

Alçaq yer igidi xor göstərər.

Atalar sözü ID - 243

Alçaq yerdə təpəcik özün dağ sanar.

Atalar sözü ID - 244

Alçaq uçan ucaya qonar, uca uçan alçaq qonar.

Atalar sözü ID - 245

Alçaqda yatma - sel aparar, ucada yatma - yel aparar.

Atalar sözü ID - 246

Aləm aləm ilədir, keçəl qız da xalamla.

Atalar sözü ID - 247

Aləmə it hürər, bizə Mazandaran çaqqalı.

Atalar sözü ID - 248

Aləmə oğruyam, sənə ki doğruyam.

Atalar sözü ID - 249

Allafm işi alaf satmaqdı, istər ata tök, istər eşşəgə.

Atalar sözü ID - 250

Allah bir, söz bir.

Atalar sözü ID - 251

Allah bir qapını bağlayanda bir qapını açar.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed