Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 302

Ana kimi yar olmaz - vətən kimi dövlət-var.

Atalar sözü ID - 303

Ana uşağa aş gətirər, analıq yaş.

Atalar sözü ID - 304

Anadan əziz yenə anadır.

Atalar sözü ID - 305

Analı qızın özü böyüyər, anasız qızın sözü.

Atalar sözü ID - 306

Analı quzu - xınalı quzu.

Atalar sözü ID - 307

Anam doğub, bacıma güc düşüb.

Atalar sözü ID - 308

Anam elə çox bilir, kündəni xırda tökür, Atam elə az bilir, ikisini birdən bükür.

Atalar sözü ID - 309

Ananın ərköyün oğlu hambal olar.

Atalar sözü ID - 310

Ananın səbri tükənməz olur.

Atalar sözü ID - 311

Anası çıxan ağacı qızı budaq-budaq gəzər.

Atalar sözü ID - 312

Anasına bax qızını al, qırağına bax bezini al.

Atalar sözü ID - 313

Anasından ayrı düşən quzunu qurd yeyər.

Atalar sözü ID - 314

Anasından qabaq düşən qulunu qurd yeyər.

Atalar sözü ID - 315

Anasızın gördüyü iş danlaqsız bitməz.

Atalar sözü ID - 316

Andın iki başı olur.

Atalar sözü ID - 317

Andına inanıram, xoruzun da quyruğu görünür.

Atalar sözü ID - 318

Anladıq - yel dəyirmanı, bəs bunun suyu hanı?

Atalar sözü ID - 319

Anlamaza hörmət elərsən, deyər: məndən qorxdu.

Atalar sözü ID - 320

Anlayan özü qanar, anlamayana yüz qandır.

Atalar sözü ID - 321

Anlayana da can qurban, anlamayana da, dad yarımçıq əlindən.

Atalar sözü ID - 322

Anlayana qul ol, anlamayana ağa da olma.

Atalar sözü ID - 323

Anlayana milçək sazdır, anlamayana zurna da azdır.

Atalar sözü ID - 324

Ara sözü ev yıxar.

Atalar sözü ID - 325

Arada ala çatı olmasa, qurd qoyunla otlayar.

Atalar sözü ID - 326

Aralıq atı, kor fatı.

Atalar sözü ID - 327

Aralıq malı arada yeyilər.

Atalar sözü ID - 328

Araba aşandan sonra yol göstərən çox olar.

Atalar sözü ID - 329

Arabaçı atı gözündən qocalar.

Atalar sözü ID - 330

Aranda tutdan oldum, dağda qurutdan.

Atalar sözü ID - 331

Aranın dağı sağ olsun, qarlı da olar, qarsız da.

Atalar sözü ID - 332

Araz axır, gözün baxır.

Atalar sözü ID - 333

Araz, altını da bilirəm, üstünü də.

Atalar sözü ID - 334

Araz aşığındandı, Kür topuğundan.

Atalar sözü ID - 335

Ardınca padşahın da söylərlər.

Atalar sözü ID - 336

Arx həmişə çınqıl gətirməz.

Atalar sözü ID - 337

Arxa su gələnəcən qurbağanın canı çıxar.

Atalar sözü ID - 338

Arxa su gəlib, umud var bir də gəlsin.

Atalar sözü ID - 339

Arxlar axır çay olur.

Atalar sözü ID - 340

Arxadan vuran namərddir.

Atalar sözü ID - 341

Arxalı köpək qurd basar.

Atalar sözü ID - 342

Arxalıya arxa olma - yamaq sayarlar, Arxasıza arxa ol - dayaq sayarlar.

Atalar sözü ID - 343

Arxanı kürkə öyrətmə.

Atalar sözü ID - 344

Arı qəhrin çəkməyən balın qədrini bilməz.

Atalar sözü ID - 345

Arı şirəyə dolanar.

Atalar sözü ID - 346

Arının tikanın gördüm, balından əl çəkdim.

Atalar sözü ID - 347

Arığa batman da yükdür.

Atalar sözü ID - 348

Arıq it öz kəndinin şiridir.

Atalar sözü ID - 349

Arif adam tərif istəməz.

Atalar sözü ID - 350

Arifə bircə işarə də bəsdir.

Atalar sözü ID - 351

Armud özgənin, eşşək kirayə.

Bu səhifə dəfə baxılıb

......