ÖLÜM-DİRİM (ID - 32007)ölüm-dirim məsələsi çox vacib, son dərəcə mühüm, təxirəsalınmaz məsələ. [Əsgər:] Bizim millət bu hadisələrin ölüm-dirim məsələsi olduğunu anlamır. M.S.Ordubadi. Başmaq məsələsi [molla] üçün ölüm-dirim məsələsinə...
|
ÖLÜM-İTİM (ID - 32008)is. Ölüm, fani, yoxluq. [Hacı Murad:] Dünya ölüm-itimdir.. S.S.Axundov. Badə qaldır, eşq adına içək gəl; Ömür gödək, dünya ölüm-itimdir. R.Rza.
|
ÖLÜMQABAĞI (ID - 32009)sif. və zərf Ölümdən bir az əvvəl, ölməyinə az qalmış. Ölümqabağı vəsiyyət.
|
ÖLÜMSÜZLÜK (ID - 32010)bax əbədiyyət. Bizdə, bilən bilir, bu səslər ən çox; Oyadır eşqini ölümsüzlüyün. M. Müşfiq.
|
ÖLÜM-ZÜLÜM (ID - 32011)zərf Çox çətinliklə, gücbəla ilə. Ölüm-zülüm işi qurtarmaq. - [Yolçular] ölüm-zülüm kəndin içindən çıxıb, gecə yarısı Usta şəyirdi dediyimiz yerə çatardılar. H.Sarabski. Ağazal ölüm-zülüm gəlib onuncu sinfə çıxmışdı....
|
ÖLÜNCƏ (ID - 32012)zərf 1. Çox bərk, çox şiddətli, amansızcasına. Ölüncə döymək. - [Pərviz xan:] Doğrusunu de, yoxsa səni soyundurub bədəninə ölüncə çubuq vurduracağam. Ə.Haqverdiyev. Ölənə qədər. Ölüncə gözləmək. - Iyid odu namusunu...
|
ÖLÜŞ (ID - 32013)is. Ölüm. Xəstə olsam, Əsli gəlməz üstümə; Qərib-qərib ölüşümə nə dersiz? “Əsli və Kərəm” .
|
ÖLÜŞKƏMƏ (ID - 32014)“Ölüşkəmək” dən fis.
|
ÖLÜŞKƏMƏK (ID - 32015)f Solmaq, saralmaq, solub-saralmaq, büzüşmək. Kirpikləri bir-birinə qarışıb, bütün vücudu ölüşkəmiş və əndamı quru alma kimi büzüşmüşdü. M.S.Ordubadi.
|
ÖLÜVAY (ID - 32016)sif Əlindən iş gəlməyən; atil, bacarıqsız, aciz, key. [Pərini indi Teyyibə] ölüvay hesab eləyir, üstünə ayaq alırdı. M.Hüseyn. // İs. mənasında. Ölü-vayın biridir. - [Heybət:] Görürsən də, Xəlil dayı? Saatlılar məni ölüvayların...
|
ÖLÜVAYLIQ (ID - 32017)is. Ölüvay adamın halı; bacarıqsızlıq, acizlik, keylik, atillik.
|
ÖLÜYUYAN (ID - 32018)is. Müsəlmanlarda: meyit yumaqla məşğul olan adam; mürdəşir.
|
ÖMÜR (ID - 32019)is. [ər.] 1. İnsan, heyvan və ya bitkinin doğuluşundan ölümünə qədərki fizioloji vəziyyəti; həyat. Ömürdür, biri az yaşayır, o biri çoxyaşayır. T.Ş.Simurq. Hayıf ömür qısa, arzu genişdir; Kim bu qayğı ilə titrəməmişdir....
|
ÖMÜRBİLLAH (ID - 32020)zərf [ər.] 1. İndiyə qədər, heç bir vaxt. Ömürbillah belə şey olmayıb.
2. Bütün ömrü boyu; həmişə, həmişəlik, daimi. Ömürbillah əl çəkmək. Ömürbillah incimək. |
ÖMÜRLÜ (ID - 32021)sif Uzun ömür sürən, ya sürmüş. Ömürlü adam.
|
ÖMÜRLÜK (ID - 32022)sif Ömrünün axırına qədər davam edən, qüvvədə olan; həmişəlik. Ömürlük təqaüd. Ömürlük pasport. Ömürlük həbs cəzası. - Ömürlük yol yoldaşıdır; Doğrudan da bizə adət. S.Vurğun. Kosa .. özünü ömürlük kuryerlik...
|
ÖMÜRSÜZ (ID - 32023)sif Ömrü az olan, az yaşayan, ömrü uzun sürməyən. Ömürsüz ömürdən çox asılıyam; Gərəkdir söz deyəm, söz yastılayam. M.Araz.
|
ÖMÜRSÜZLÜK (ID - 32024)is. Ömrün az olması, az yaşama, az ömür sürmə.
|
ÖN (ID - 32025)1. Bax qabaq2 3, 4 və 6-cı mənalarda. Ön tərəf Ön divar. Ön sıra.
2. is. Üzə tərəf olan cəhət; qabaq. Evin önü. - [Zeynal] çox mütərəddid idi, öz qapısının önündə durub fikirləşməyə başladı. S.Hüseyn. □ Göz önündə... |
ÖNCƏ (ID - 32026)zərf 1. Qabaqca, əvvəlcə, birinci olaraq. Öncə ona söz verdilər. - [2-ci kor:] Nə öncə öylə səadət, nə böylə zillət olaydı. H.Cavid. // Qabaqda, irəlidə, öndə. Öncə kim gedəcək?
2. Vaxtında, qabaqcadan. Tədbiri öncə... |
ÖNCƏDƏN (ID - 32027)zərf Qabaqcadan, irəlicədən, əvvəlcədən, öncə. [Sirat] işin .. bitib-bitməyəcəyini öncədən bilmək istəyirdi. Ə.Əbülhəsən.
|
ÖNCÜL (ID - 32028)is. və sif. 1. Qabaqcıl. ..Qəhrəman istəyir balaca Sabir .. öncül adamlardan olsun. S.Rəhimov. Lakin Qüdrət heç şübhə etmirdi ki, Aslanov yoldaş onun adını daha geridə qalanlar sırasında deyil, öncüllər sırasında çəkəcək....
|
ÖNCÜLLÜK (ID - 32029)is. Qabaqcıllıq.
|
ÖNÇÜ (ID - 32030)dan. bax öncül 1-ci mənada. Önçü qız.
|
ÖNÇÜLÜK (ID - 32031)dan. bax öncüllük.
|
ÖNDƏR (ID - 32032)is. Rəhbər, başçı. Mənim öz ulduzumu bağrına basmış hilalım; Dedi öndər: “Yönü bayraqdakı üç rəngdən alım” . B.Vahabzadə.
|
ÖNƏM (ID - 32033)is. Əhəmiyyət, diqqət, fayda, xeyir.
|
ÖNLÜK (ID - 32034)is. İş görəndə paltar çirklənməsin deyə üstdən taxılan geyim; döşlük. Ballı .. göz yaşlarını önlüyünün ətəyi ilə qurudurdu. A.Şaiq. // Balaca uşaqlar üçün müşəmbə və ya parçadan tikilən döşlük.
|
ÖNLÜKLÜ (ID - 32035)sif Önlük geymiş, önlük taxmış; döşlüklü. Önlüklü uşaq. - Biləklər çirməkli, döşlər önlüklü; Hamısı torbalı, hamısı yüklü. S.Vurğun.
|
ÖPDÜRMƏ (ID - 32036)“Öpdürmək” dən f.is.
|
ÖPDÜRMƏK (ID - 32037)icb. Öpməyə məcbur etmək, təhrik etmək, ya icazə vermək.
|
ÖPMƏ (ID - 32038)“Öpmək” dən f.is.
|
ÖPMƏK (ID - 32039)f 1. Sevgi, dostluq, sevinc əlaməti olaraq, yaxud görüşdükdə və ya ayrıldıqda dodaqlarını birinə və ya bir şeyə toxundurmaq; busə etmək, busə almaq. Gözlərindən öpmək. - Səhər Sona çay vaxtı adət üzrə anasını öpdü. N.Nərimanov....
|
ÖPÜLMƏ (ID - 32040)“Öpülmək” dən f.is.
|
ÖPÜLMƏK (ID - 32041)“Öpmək” dən məch. Dan yeri söküləndə; Zülf üzə töküləndə; Şeh düşmüş gülə bənzər; Ağ üzdən öpüləndə. (Bayatı).
|
ÖPÜŞ (ID - 32042)is. Öpmək işi, öpmək tərzi; öpmə, busə. Mehriban məhəbbət qarışıq bir həyəcanla Rəmziyyəni öpüşləri ilə sanki yemək istəyirdi. S.Hüseyn. Görürəm, öpüşür qoşa ulduzlar; Ancaq xəsis olur öpüşə qızlar. S.Vurğun....
|
ÖPÜŞDÜRMƏ (ID - 32043)“Öpüşdürmək” dən f.is.
|
ÖPÜŞDÜRMƏK (ID - 32044)icb. Məcburi və ya xahişlə bir-birini öpdürmək. Küsülüləri öpüşdürüb barışdırmaq.
|
ÖPÜŞMƏ (ID - 32045)“Öpüşmək” dən f.is.
|
ÖPÜŞMƏK (ID - 32046)qarş. Bir-birini öpmək. Qadınlar anamla öpüşür, söyləşir, gülüşürdülər. A.Şaiq. Dodaq-dodaqda öpüşdükcə xeyli söz verdin; Nə oldu, üz çevirib qaçdın aqibət məndən.. H.Cavid. // Obrazlı təşbehlərdə. Çayların ahəngi...
|
ÖRDƏK (ID - 32047)is. zool. Əti yeyilən vəhşi, ya əhli uzun boğazlı iri su quşu.
|
ÖRDƏKBURUN (ID - 32048)is. zool. Sifəti ördək dimdiyi kimi enli, məməli heyvan (vətəni Avstraliya və Tasmaniyadır).
|
ÖRƏN (ID - 32049)is. Əkilməmiş sahə.
|
ÖRKƏN (ID - 32050)is. Minik heyvanlarının çulunu sarıyıb bərkitmək üçün başında doğanaq olan uzun ip; çatı. Örkən nə qədər uzun olsa, yenə də doğanaqdan keçər. (Ata. sözü).
□ Örkən altına gətirmək - tabe etmək, ram etmək. [Yarməmməd:]... |
ÖRKƏNLİ (ID - 32051)sif Örkəni olan.
|
ÖRNƏK (ID - 32052)is. Nümunə, misal. [Elxan:] Biz hələlik vətənin yüksək dağlarına çəkiləcək, orada bütün bəşəriyyət üçün örnək ola biləcək bir ölkə düzəldəcəyik. C.Cabbarlı. ..Ziyalılarımız hər işdə əhaliyə örnək olduqları...
|
ÖRNƏKLİK (ID - 32053)is. Örnək, nümunə ola biləcək hər bir şey; nümunə.
|
ÖRPƏK (ID - 32054)is. 1. Qadınların başlarına saldıqları iri ipək və ya başqa parçadan örtük, iri baş yaylığı. Şəhrəbanu xanım ərinin sağ böyründə çənəsini yaşmayıb, ağ örpək başında, həllaci, samit əyləşibdir. M.F.Axundzadə. [Mina]...
|
ÖRPƏKLİ (ID - 32055)sif Başına örpək örtmüş, başında örpək olan. Çəhrayı örpəkli bir gəlin ya da; Cavan bir qızsanmı, ey əlvan budaq? M.Dilbazi.
|
ÖRPƏKSİZ (ID - 32056)sif və zərf Örpəyi olmayan; başıaçıq.
|
Bu səhifə dəfə baxılıb