İzahlı lüğət

ÖYRƏNCƏK (ID - 32157)

bax öyrəncə(k)li. [Arvad:] A kişi, sən onların evini yıxırsan. Öyrəncək olurlar. M.Hüseyn.

ÖYRƏNCƏ(K)Lİ (ID - 32158)

ÖYRƏNCİ (ID - 32159)

1. is. köhn. Öyrənən, şagird.
2. dan. bax öyrəncə(k)li.

ÖYRƏNİLMƏ (ID - 32160)

“Öyrənilmək” dən f.is.

ÖYRƏNİLMƏK (ID - 32161)

“Öyrənmək” dən məch. Klassiklər öyrənilir.

ÖYRƏNİŞ (ID - 32162)

is. Öyrənmə işi, öyrənmə; öyrənmə üsulu (tərzi). Bu öyrənişdə .. insan hər şeydən əvvəl .. səadətverici vasitələri düzgün təyin etməlidir. M.S.Ordubadi.

ÖYRƏNİŞLİ (ID - 32163)

b a x öyrəncəkli.

ÖYRƏNİŞMƏ (ID - 32164)

“Öyrənişmək” dən f.is.

ÖYRƏNİŞMƏK (ID - 32165)

f Alışmaq, vərdiş olmaq, öyrəşmək, isinişmək. Rüstəm bəy mətanətli bir səslə: - Gün-gündən sizə öyrənişirəm. Çəmənzəminli.

ÖYRƏNMƏ (ID - 32166)

“Öyrənmək” dən f.is.

ÖYRƏNMƏK (ID - 32167)

f 1. Bilik əldə etmək, bir şeyi təcrübə ilə mənimsəmək. Tarda çalmağı öyrənmək. İngilis dili öyrənmək. İşin texnologiyasını öyrənmək. // Bir işlə (sənətlə, peşə ilə) məşğul olaraq ona sahiblənmək, yiyələnmək,...

ÖYRƏNMİŞ (ID - 32168)

f.sif Alışmış, vərdiş etmiş, adət etmiş, öyrəncəli.

ÖYRƏŞMƏ (ID - 32169)

“Öyrəşmək” dən f.is.

ÖYRƏŞMƏK (ID - 32170)

f 1. Vərdiş etmək, alışmaq, öyrənmək, adət etmək. Qaratoyuq əsarətə (qəfəsə) tez öyrəşir, sonra oxumağa başlayır. S.S.Axundov. [Tahir] lap uşaqlıqdan dağ havasına alışdığı üçün Bakının istisinə hələ də öyrəşə...

ÖYRƏTMƏ (ID - 32171)

“Öyrətmək” dən f.is.

ÖYRƏTMƏK (ID - 32172)

icb. 1. Bilik, sənət, peşə vermək, təlim etmək. [Adil:] [Atam] əlləri salamat olan müharibə əlillərinə xarratlıq öyrədirdi. B.Bayramov.
Bilmədiyi şeyi bildirmək, başa salmaq. Bilmədiklərini öyrətmək. Bunları sənə kim öyrətdi?
Vərdiş...

ÖYÜD (ID - 32173)

is. Pis hərəkətlərdən saqındırmaq üçün deyilən sözlər; nəsihət. [Asya:] Ha öyüd, nəsihət edirəm olmur. Görünür ki, qız gədəyə çox bərk bənd olubdur. Ü.Hacıbəyov. Əmdik bir ananın ilıq südünü; Baş-başa dinlədik...

ÖYÜDLƏMƏ (ID - 32174)

“Öyüdləmək” dən f.is.

ÖYÜDLƏMƏK (ID - 32175)

f dan. Öyüd vermək, nəsihət etmək. Uşağı öyüdləmək.

ÖYÜD-NƏSİHƏT (ID - 32176)

bax öyüd. [Məsumə Firəngizə:] Yox, bala, bu, öyüd-nəsihət məsələsi deyil. B.Bayramov. □ Öyüd-nəsihət vermək (etmək) - bax öyüd vermək (“öyüd” də). Xan özünə bir az öyüd-nəsihət verirdisə də, ürəyindəki söz ona...

ÖYÜDVERİCİ (ID - 32177)

sif Öyüd, nəsihət mahiyyətində olan; nəsihətli. Öyüdverici sözlər.

ÖYÜMƏ (ID - 32178)

“Öyümək” dən f.is.

ÖYÜMƏK (ID - 32179)

f Ürəyi qalxmaq, ürəyi bulanmaq, qusmaq istəmək.

ÖYÜNCƏK (ID - 32180)

bax öyüngən.

ÖYÜNGƏN (ID - 32181)

sif və is. Özünü çox öyən, tərifləyən, özünü tərifləməyi sevən, öyüncək (adam).

ÖYÜNGƏNLİK (ID - 32182)

is. Öyüngən adamın xasiyyəti.

ÖYÜNMƏ (ID - 32183)

“Öyünmək” dən f.is. Ayrım qızının belə öyünməsindən, Kərim babanın elə sükut ilə büzülüb durmasından bir qəhqəhə qopdu. A.Şaiq.

ÖYÜNMƏK (ID - 32184)

f 1. Özünü öymək, özünü tərifləmək; lovğalanmaq. // Fəxr etmək. Öyünməsin kimsə gözələm deyib; Bir ayrı tövr olur halı gözəlin. M.P.Vaqif. [Şərəfnisə xanım:] Heç vaxt sən Parijə gedə bilməzsən. Ha vaxt getsən, öyün!...

ÖZ (ID - 32185)

əvəz. 1. Şəxsinə, özünə aid olan, xas olan, mənsub olan. Oz kitabı. Oz şeyi. Oz yerindən durmaq. Oz vətəninə qayıtmaq. Oz fikrində qalmaq. - Birdən [İskəndərin] tərlan qanadlı xəyalı uçub, öz vətəninə - doğma Azərbaycan...

ÖZBAŞINA (ID - 32186)

zərf Öz bildiyi kimi, heç kəsdən soruşmadan, icazə almadan. Sabir .. söz verdi ki, bir də özbaşına belə yerə çıxmaz. S.Rəhimov. [Rəis:] Şahinin nə ixtiyarı var ki, ştatda yer olmaya-olmaya özbaşına adam götürür? S.Rəhman....

ÖZBAŞINALIQ (ID - 32187)

is. Hər hansı bir işdə qanuna, intizama, qəbul olunmuş nizam və qay daya zidd hərəkət; başlı-başınalıq. Hacı Mirzağa Bülluri və Kəlbə Hüseyn Fişəngçinin bu hərəkəti özbaşınalıqdır. M.S.Ordubadi. Zeynal əvvəl qışqır-bağırla...

ÖZBƏK (ID - 32188)

is. Özbəkistan Respublikasının əsas əhalisini təşkil edən türkdilli xalq və bu xalqa mənsub adam.

ÖZBƏKCƏ (ID - 32189)

sif. və zərf Özbək dilində. Özbəkcə öyrənmək. Özbəkcə qəzet.

ÖZCƏ (ID - 32190)

sif Özünə aid olan; özünün. Özcə işinlə məşğul ol. - [Şahpəri:] Mən hesabdarzad hesaba alan deyiləm. Hərə getsin özcə dərdini çəksin. B.Bayramov.

ÖZCÜYƏZ (ID - 32191)

əvəz. “Öz” dən oxş. [Gülöyşə Sənubərə:] Qoy özcüyəzi görüşsün, danışsın. B.Bayramov.

ÖZƏK (ID - 32192)

is. 1. Bitki gövdəsinin və ya kökünün daha yumşaq olan daxili mərkəzi hissəsi.
Çibanın, çirkli yaranın ortasında olan bərk iltihablı hissə. Çibanın özəyi. □ Özək bağlamaq - bax Özəkləmək. Yara özək bağladı.
Böyük...

ÖZƏKLƏMƏ (ID - 32193)

“Özəkləmək” dən f.is.

ÖZƏKLƏMƏK (ID - 32194)

f Özək əmələ gəlmək, özək bağlamaq. Çiban özəkləyib.

ÖZƏKLİ (ID - 32195)

sif. Özəyi olan, özək bağlamış.

ÖZFƏALİYYƏT (ID - 32196)

is. İncəsənətdə (musiqi, teatr, xor və s.) peşəkar olmayan şəxslərin bədii yaradıcılıq fəaliyyəti. Özfəaliyyət dərnəkləri. - [Rəşid] ümumittifaq özfəaliyyət icraçıları baxışında birincilik qazanmışdır. M.Rzaquluzadə....

ÖZGƏ (ID - 32197)

sif 1. Başqa, digər. Özgə məsələ. Özgə vaxt gələrsən. - Bundan əlavə, dəxi Yusif şahda həzar günə özgə eyblər tapdılar. M.F.Axundzadə. // Aid olduğu sözə xüsusi emosionallıq verir. Ilin hər fəslinin bir hüsnü var, amma...

ÖZGƏYERLİ (ID - 32198)

is. Yad, başqa yerli, gəlmə; yadelli.

ÖZGÜN (ID - 32199)

sif Özünəməxsus, özünə xas olan, orijinal. Sabir, Iran tacirlərinin alayarımçıq işlərini, verdikləri vədə xilaf çıxmalarını özgün tərzdə tənqid edərək, onları kasıb balalarının şövqlə oxumalarını gözləri götürməməkdə,...

ÖZLƏMƏ (ID - 32200)

“Özləmək” dən f.is.

ÖZLƏMƏK (ID - 32201)

f şair. Bir daha görmək və ya qovuşmaq arzusunda olmaq; görmək istəmək, arzulamaq, həsrətində olmaq. [Şeyx Kəbir Sənana:] Cahil-arif böyük-kiçik yeksər; Səni özlər, sevər, pərəstiş edər. H.Cavid. Çeynəndi, tapdandı özlədikləri;...

ÖZLÜ (ID - 32202)

sif Yapışqanlı, yapışqan kimi; yarımqatı. Özlü maddə.

ÖZLÜLÜK (ID - 32203)

is. Yapışqanlılıq, qatılıq. Məhlulun özlülük dərəcəsi.

ÖZLÜYÜNDƏ (ID - 32204)

zərf 1. Öz fikrində, öz aləmində, öz düşüncəsində, öz-özlüyündə. Özlüyündə fikirləşmək. - Tapdıq özlüyündə sevindi ki, nə yaxşı ki, müəllim gəlib çıxmır. Ə.Vəliyev. Qoca isə özlüyündə Qəhrəmanla danışıb...

ÖZÜAÇILAN (ID - 32205)

sif Öz-özünə açılan, avtomatik surətdə açılan. Özüaçılan qapılar.

ÖZÜBOŞALDAN (ID - 32206)

sif Banı yana və ya arxaya çevrilməklə özü yükünü boşaldan (avtomaşın haqqında). Yükünü özüboşaldan avtomobil.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed