ÖTÜB-KEÇMƏK (ID - 32107)bax Ötmək1 1-ci mənada. Bu çinarın dövrəsi yay fəslində buradan ötüb-keçən arabaçıların .. düşərgə yeri olmuşdu. S.Rəhimov.
|
ÖTÜRHAÖTÜR (ID - 32108)bax Ötür-Ötür. [İsi dayı:] Bilmirəm ötürhaötür nə vaxt qurtaracaq. B.Bayramov.
|
ÖTÜRMƏ (ID - 32109)“Ötürmək” dən f.is.
|
ÖTÜRMƏK (ID - 32110)f 1. Yola salmaq. [Əli:] [Koxa] yola düşəndə heç kim onu ötürməyə çıxmasın. N.Nərimanov. Qalxıb getdikdə [Ceyranı] ötürmək məqsədi ilə dışarı çıxır. S.Hüseyn.
Bir-birinə verərək göndərmək. Yazını qabaqdakına ötürmək. Bir... |
ÖTÜRÜCÜ (ID - 32111)is. 1. Ötürən, yola salan, müşayiət edən, yanınca gedən.
2. tex. Hərəkəti və s.-ni maşının bir hissəsindən o birinə nəql edən qayış, dişli çarx və s. Hərəkət ötürücüsü. // Sif. mənasında. Ötürücü qayış. Ötürücü... |
ÖTÜRÜLMƏ (ID - 32112)“Ötürülmək” dən f.is.
|
ÖTÜRÜLMƏK (ID - 32113)“Ötürmək” dən məch. Ön cəbhədən bizə tərəf ötürülən (f.sif.) əsirlərin sayı yox idi. Mir Cəlal.
|
ÖTÜRÜM (ID - 32114)is. Udum. ..Pendir-çörəyi iki ötürümdə yedi. S.Rəhman.
|
ÖTÜŞ (ID - 32115)is. Ötüşmə, qaçışma, yüyürüşmə. Qaç oğlan! Qaç! At basdı! Millət gəlir! Ötüşdən çıxan bir camaat gəlir. M.Ə.Sabir.
|
ÖTÜŞDÜRMƏ (ID - 32116)“Ötüşdürmək” dən f.is.
|
ÖTÜŞDÜRMƏK (ID - 32117)1. icb. Ötüşməyə sövq etmək, ötüşməkdə bir-biri ilə yarışdırmaq. Uşaqları ötüşdürmək.
f Ötürmək, sovuşdurmaq, başdan eləmək. Hərifi xoş dillə ötüşdür getsin. |
ÖTÜŞMƏ1 (ID - 32118)“Ötüşmək1’dən f.is.
|
ÖTÜŞMƏ2 (ID - 32119)“Ötüşmək2” dən f.is. Turacların, bildirçinlərin ötüşmələri ən xoş bir musiqi təsiri ilə insanı heyran edirdi. M.Rzaquluzadə.
|
ÖTÜŞMƏK1 (ID - 32120)qarş. 1. Ötüb keçmək (çoxları haqqında). Oradan sürətlə ötüşdük. M.S.Ordubadi. [Ovçular] da mümkün qədər səs-küysüz ötüşməyə çalışırlar. M.Rzaquluzadə.
Gəlib-keçmək, ötmək. Ötüşdü aylar, illər, evləndik o... |
ÖTÜŞMƏK2 (ID - 32121)qarş. Səs-səsə verərək oxumaq, cəh-cəh vurmaq, tərənnüm etmək. [Ağcaqız:] Şahsənəm, gəl çıxaq bağa, bülbüllər elə ötüşür ki, gəl görəsən. “Aşıq Qərib” . ..Quşlar həzin-həzin ötüşürdülər.. S.Vəliyev.
|
ÖVC (ID - 32122)is. [ər.] klas. Ən uca nöqtə. □ Övcifəza, övci-fələk - göyün, fəzanın ən yüksək nöqtəsi. Övci-fəzadə görərək bayquşu; Səhnədə çaqqıllayıram imdi mən. M.Ə.Sabir. Övc atmaq - boy atmaq, böyümək. Yoxsa daha niyə burada...
|
ÖVKƏLƏMƏ (ID - 32123)“Övkələmək” dən f.is.
|
ÖVKƏLƏMƏK (ID - 32124)f Əli ilə əzişdirmək. [Şərəfnisə xanım] şəkil kağızlarını dişindişinə qısıb əlində bərk-bərk övkələyir, salır ayağı altına. M.F.Axundzadə. ..Qapı açıldı, əlində şapkasını övkələyən usta Ramazan hirsli addımlarla...
|
ÖVKƏLƏNMƏ (ID - 32125)"Övkələnmək” dən f.is.
|
ÖVKƏLƏNMƏK (ID - 32126)"Övkələmək” dən məch.
|
ÖVKƏLƏTMƏ (ID - 32127)"Övkələtmək” dən f.is.
|
ÖVKƏLƏTMƏK (ID - 32128)icb. Ovuşdurtmaq, ovdurmaq. Kürəyini övkələtmək.
|
ÖVKƏMƏ (ID - 32129)“Övkəmək” dən f.is.
|
ÖVKƏMƏK (ID - 32130)b a x övkələmək.
|
ÖVKƏŞİK (ID - 32131)sif Övkələnmiş, əzilmiş. Övkəşik köynək.
|
ÖVLAD (ID - 32132)is. [ər. “vələd” söz. cəmi] 1. Oğul və ya qız; uşaq, oğul-uşaq. [Dərviş:] Bu binəvaların övlad sarıdan tək bir qızları var idi. A.Divanbəyoğlu. [Bəhram:] Ana öz övladının fikrini hamıdan artıq çəkir. C.Cabbarlı.
2.... |
ÖVLADCANLI (ID - 32133)sif. Öz övladını, oğul-uşağını çox istəyən; uşaqcanlı. Övladcanlı kişi.
|
ÖVLADLI (ID - 32134)sif Övladı olan, oğlu-qızı olan, oğul-uşaqlı. Övladlı ailə.
|
ÖVLADLIQ (ID - 32135)is. 1. Övladın ata-anaya qohumluq münasibəti. Övladın ata-ana qarşısındakı vəzifəsi. Övladlıq borcu. Övladı olmayanların övlad kimi (rəsmi, ya qeyri-rəsmi) öz ailələrinə qəbul etdikləri uşaq.
|
ÖVLADSIZ (ID - 32136)sif. Övladı, uşağı olmayan; oğul-uşaqsız, sonsuz. Övladsız ailə.
|
ÖVLADSIZLIQ (ID - 32137)is. Övladın olmadığı hal; oğul-uşaqsızlıq, uşağı olmama, sonsuzluq. Bu arvadın dünyada övladsızlıqdan başqa bir qəm-qüssəsi yox idi. S.S.Axundov.
|
ÖVLİYA (ID - 32138)is. [ər. “vəli” söz. cəmi] Həyatını Allah yolunda sərf edərək ona yaxınlaşmağa nail olmuş müqəddəs şəxslər. // məc. Müqəddəs, təmiz, saf, pak (həlim və gözəl əxlaqa malik adam haqqında). [Xumar Şeyx Sənan haqqında:]...
|
ÖVRAQ (ID - 32139)is. [ər. “vərəq” söz. cəmi] klas. Kağız vərəqləri; yazılar. Yığ övraqın, qələmdanın; Həlakətdən qutar canın. Ə.Nəzmi.
|
ÖVRƏ (ID - 32140)is. Bəzi adamlarda: bir para şeyləri yedikdə bədənlərində əmələ gələn səpki, qızartı.
|
ÖVRƏT (ID - 32141)is. [ər.] köhn. 1. Arvad, zövcə, həyat yoldaşı. Sağ tərəfdən hacının övrəti əyləşib əlində dəsmal. Ə.Haqverdiyev. [Hacı:] Bir övrət, bir qızım, iki cavan oğlum, özüm xoşbəxt! C.Cabbarlı.
2. Qadın (ümumiyyətlə).... |
ÖVRƏTBAZ (ID - 32142)[ər. övrət və fars. ...baz] köhn. Arvadbaz.
|
ÖVRƏTBAZLIQ (ID - 32143)köhn. Arvadbazlıq. ..Mənim belə yadıma gəlir ki, [türk padşahlarının] arzu və məşğələləri övrətbazlıq idi. C.Məmmədquluzadə.
|
ÖVRƏTLİK (ID - 32144)köhn. is. 1. Arvadlıq. [Nəbi:] Mənim qızım da sənin evində beş il-altı il övrətlik eləyib. Ə.Haqverdiyev.
2. Bax qadınlıq 1-ci mənada. |
ÖVSAF (ID - 32145)is. [ər. “vəsf’ söz. cəmi] klas.
B ax vəsf. Müştəridir sənə Zöhrəfələkdə; Gecə-gündüz övsafını deməkdə. Q.Zakir. 2. Səciyyəvi xüsusiyyətlər, bir şəxsin necəliyini göstərən sifətləri. Qasımbəy Qarabağ əhlinin... |
ÖVZA (ID - 32146)is. [ər. “vəz” söz. cəmi] klas. b a x vəziyyət. Xalqın övzaına xəbərdar ol. S.Ə.Şirvani. Bədirlənmiş ay qalxıb, göyün bir qatında durub, bu övzaya tamaşa edirdi. Ə.Haqverdiyev.
|
ÖYƏC (ID - 32147)bax ögəc.
|
ÖYLƏ1 (ID - 32148)is. köhn. Günorta.
|
ÖYLƏ2 (ID - 32149)köhn. bax elə.
|
ÖYMƏ (ID - 32150)“Öymək” dən f.is.
|
ÖYMƏK (ID - 32151)f. Tərifləmək. Başladı tərifə palıd qamətin; Oydü özün, zorbalığın, halətin. M.Ə.Sabir.
|
ÖYNƏ (ID - 32152)is. məh. 1. B ax növbə. Barmaqla nişan verib səni; Budur, - deyirlər; - Neçə dəzgah; Dalında bir öynədə çalışan. R.Rza.
Dəfə, kərə. Işə buyurarsan, naxoşam deyər; Oynədə bir badya doğrama yeyər.. Aşıq Ələsgər. [Zeynal:]... |
ÖYNƏLİK (ID - 32153)is. məh. Dəfəlik, kərəlik. Bu dərman beş öynəlikdir.
|
ÖYRƏDİCİ (ID - 32154)sif Öyrətmək məqsədini daşıyan, öyrədən, bilik verən. Yoxlama imla eyni zamanda öyrədici rola da malikdir. -Məhsuldar əmək öyrədici əməkdir. (Qəzetlərdən).
|
ÖYRƏDİLMƏ (ID - 32155)“Öyrədilmək” dən f.is.
|
ÖYRƏDİLMƏK (ID - 32156)“Öyrətmək” dən məch. Sənət öyrədilmək. Xarici dil öyrədilmək. Zəhmətə öyrədilmək.
|
Bu səhifə dəfə baxılıb