Atalar sözü ID - 2363Qabağa keçirsən, deyirlər bicdir, Dala qalırsan, deyirlər gicdir.
|
Atalar sözü ID - 2364Qabağım qovurğa qovurur, dalım saman sovurur.
|
Atalar sözü ID - 2365Qabağına baxmayanın ayağına daş dəyər.
|
Atalar sözü ID - 2366Qaçağı el saxlar.
|
Atalar sözü ID - 2367Qaçan da Allahı çağırır, qovan da.
|
Atalar sözü ID - 2368Qaçanı qovmazlar, yıxılanı vurmazlar.
|
Atalar sözü ID - 2369Qaçırılan fürsət bir də düşməz ələ.
|
Atalar sözü ID - 2370Qaçmaq da hünərdəndir.
|
Atalar sözü ID - 2371Qaçmaq da hünərdir, qovmaq da.
|
Atalar sözü ID - 2372Qafil başın ağrısını beyin bilər.
|
Atalar sözü ID - 2373Qafil quşun ovçusu çox olar.
|
Atalar sözü ID - 2374Qala içəridən alınar.
|
Atalar sözü ID - 2375Qalan işə qar yağar.
|
Atalar sözü ID - 2376Qamış bizim eldə bitər, sümsünü ləzgi çalar.
|
Atalar sözü ID - 2377Qan eylə qanun ilə.
|
Atalar sözü ID - 2378Qan yol verməz.
|
Atalar sözü ID - 2379Qanı qan ilə yumayıblar.
|
Atalar sözü ID - 2380Qanı su ilə yuyarlar.
|
Atalar sözü ID - 2381Qanlı, qapımda nə qayırırsan?
- Qan ayaqlım var! |
Atalar sözü ID - 2382Qanlıdan qada əskik olmaz.
|
Atalar sözü ID - 2383Qanlını qan tutar.
|
Atalar sözü ID - 2384Qanacaqlı həm qanar, həm qandırar.
|
Atalar sözü ID - 2385Qanan ilə daş daşı, qanmazla yemə aşı.
|
Atalar sözü ID - 2386Qanan kim, qandıran kim?
|
Atalar sözü ID - 2387Qanana bir söz yetər, qanmayana yüz oxu.
|
Atalar sözü ID - 2388Qanmaza yumruğunu əvvəl düyünlə, sonra söz qandır.
|
Atalar sözü ID - 2389Qanadı quşdan kira istəməz.
|
Atalar sözü ID - 2390Qapan it dişin göstərməz.
|
Atalar sözü ID - 2391Qapılan qapanın, tapılan tapanındır.
|
Atalar sözü ID - 2392Qar dağa çıxar dadlanar.
|
Atalar sözü ID - 2393Qar ili - var ili.
|
Atalar sözü ID - 2394Qar yağmağıynan qarğa ağarmaz.
|
Atalar sözü ID - 2395Qarlı qış barlı olar.
|
Atalar sözü ID - 2396Qara dolaşaya qırmızı papuş yaraşmaz.
|
Atalar sözü ID - 2397Qara eşşək, ağ palan?!
|
Atalar sözü ID - 2398Qara eşşəyin başına yüyən vuranda qatır olmaz.
|
Atalar sözü ID - 2399Qara günün ömrü az olar.
|
Atalar sözü ID - 2400Qara xəbər tez yayılar.
|
Atalar sözü ID - 2401Qara qız bəzənincə toy əldən gedər.
|
Atalar sözü ID - 2402Qara qız gəlin oldu, ürəyi sərin oldu.
|
Atalar sözü ID - 2403Qara qız gəlməsəydi, külbəni kim odlardı.
|
Atalar sözü ID - 2404Qara qızdan xatın olmaz, boz eşşəkdən qatır olmaz.
|
Atalar sözü ID - 2405Qara qızın baxtı olsaydı, anadan ağ doğulardı.
|
Atalar sözü ID - 2406Qara qul özünü öldürdü ki, ağasına zərəri olsun.
|
Atalar sözü ID - 2407Qara qula şahlıq versən, əvvəl nənəsinin əmcəyini kəsər.
|
Atalar sözü ID - 2408Qara məni basınca mən qaranı basım.
|
Atalar sözü ID - 2409Qaradan artıq boya olmaz.
|
Atalar sözü ID - 2410Qarabaxt dağlara çıxanda dağları duman alar.
|
Atalar sözü ID - 2411Qaraca üzüm var, doğruca sözüm.
|
Atalar sözü ID - 2412Qaraçı qaraçıya öpüş verməz.
|
Bu səhifə dəfə baxılıb