Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 2714

Qurdu nə qədər bəsləsən, yenə gözü meşədədir.

Atalar sözü ID - 2715

Qurdun adı, yesə də, qurddur, yeməsə də.

Atalar sözü ID - 2716

Qurdunan qoyun olmaz, qılıncınan oyun.

Atalar sözü ID - 2717

Qurdluca paxlanın qurdluca alıcısı olar.

Atalar sözü ID - 2718

Qurdun səbəbinə quş da yeyər.

Atalar sözü ID - 2719

Quru qurbağası dəniz tanımaz.

Atalar sözü ID - 2720

Quru oduna yaşlar yanar, alışar daşlar yanar.

Atalar sözü ID - 2721

Quru süfrəyə nə bismillah?!

Atalar sözü ID - 2722

Quru torbayla at bir kərə tutular.

Atalar sözü ID - 2723

Quru-quru qurbanın olum.

Atalar sözü ID - 2724

Qurumuş ağacın kölgəsi olmaz.

Atalar sözü ID - 2725

Quş dimdiyindən, insan dilindən.

Atalar sözü ID - 2726

Quş qanadı ilə, adam adı ilə.

Atalar sözü ID - 2727

Quş qızıl qəfəsdə olsa, yenə dustaqdı.

Atalar sözü ID - 2728

Quş quşnan tutular.

Atalar sözü ID - 2729

Quş özü nədir, şorbası da nə ola?!

Atalar sözü ID - 2730

Quş var ətin yeyərlər, quş var ət yedirərlər.

Atalar sözü ID - 2731

Quş yuvasından uçar.

Atalar sözü ID - 2732

Quşa qızıl qəfəs zindandır.

Atalar sözü ID - 2733

Quşlara xəbər gəldi, gecəquşu qanadını göstərdi.

Atalar sözü ID - 2734

Quşun bəzəyi lələkdi, insanın bəzəyi bilikdi.

Atalar sözü ID - 2735

Quşqun olub quyruğa keçincə, yüyən ol ağıza keç.

Atalar sözü ID - 2736

Quyruğun kəsməklə tula köpək olmaz.

Atalar sözü ID - 2737

Quyu qazıyan! Dərin qaz, gen dur, özün düşərsən.

Atalar sözü ID - 2738

Quyuya su tökməklə sulu olmaz.

Atalar sözü ID - 2739

Quzu otaranımız da var, yun darayanımız da.

Atalar sözü ID - 2740

Quzunun taxsırı - qurdun acımasıdı.

Atalar sözü ID - 2741

Quzusuna qıymayan kabab yeyə bilməz.

Atalar sözü ID - 2742

Qürbətdə keçən ömür ömür sayılmaz.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed