Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 2464

Qayğı ilə borc ödənməz.

Atalar sözü ID - 2465

Qayış bilər kotan nə çəkir.

Atalar sözü ID - 2466

Qaynayan qazan qapaq tutmaz.

Atalar sözü ID - 2467

Qaz uçdu, qarğa qondu.

Atalar sözü ID - 2468

Qazan daşanda çömçənin biri bir tümənə gedər.

Atalar sözü ID - 2469

Qazan deyər: dibim qızıldır, Çömçə deyər: bulanmışam çıxmışam.

Atalar sözü ID - 2470

Qazan qarası gedər, üz qarası getməz.

Atalar sözü ID - 2471

Qazan qazana deyər: üzün qara olsun!

Atalar sözü ID - 2472

Qazan olmayan yerdə güvəc də qazandır.

Atalar sözü ID - 2473

Qazan üstüörtülü qaynar.

Atalar sözü ID - 2474

Qazana nə qoysan çömçəyə o gələr.

Atalar sözü ID - 2475

Qazanan qazandığın yesə xan, bəy acından ölər.

Atalar sözü ID - 2476

Qazanc qudurdu, mayanı basdı.

Atalar sözü ID - 2477

Qazanclı yük yüngül olar.

Atalar sözü ID - 2478

Qazandığın darı olsun, çuvalın səbət?!

Atalar sözü ID - 2479

Qazanmayınca qazan qaynamaz.

Atalar sözü ID - 2480

Qazı ağadan alacağın olsun, nə verər, nə danar.

Atalar sözü ID - 2481

Qazı evində girdəkan boldur, amma sayı var.

Atalar sözü ID - 2482

Qazının çörəyini qarışqa da yeməz.

Atalar sözü ID - 2483

Qazının yanına tək gedən şad qayıdar.

Atalar sözü ID - 2484

Qədirbilməzin başmağın cütləyəndə deyər: o yana dur, gözümü çıxartmışdın.

Atalar sözü ID - 2485

Qəlb ki var, şüşədir, sındırma, yamamaq olmaz.

Atalar sözü ID - 2486

Qəlbdən-qəlbə yol olu.

Atalar sözü ID - 2487

Qələm düşmən əlindədir.

Atalar sözü ID - 2488

Qələm əyri kəsilsə də, doğru yazar.

Atalar sözü ID - 2489

Qələm qılıncdan itidir.

Atalar sözü ID - 2490

Qələm yazanı qılınc poza bilməz.

Atalar sözü ID - 2491

Qələmə gətirən eşşəyin qabıq gəmirən qoduğu olar.

Atalar sözü ID - 2492

Qələmin ucu - qılıncın gücü.

Atalar sözü ID - 2493

Qələndər dərd əlindən dağa çıxıb, görən deyir: bəxtəvər yaylağa çıxıb.

Atalar sözü ID - 2494

Qəlp mal yiyəsinə qayıdar.

Atalar sözü ID - 2495

Qəlp odur ki, qəlbindəkin deməyə.

Atalar sözü ID - 2496

Qəm dağı yerindən qopardar.

Atalar sözü ID - 2497

Qəm, hara gedirsən? Qəm yanına.

Atalar sözü ID - 2498

Qəm səni yeyər sən qəmi yeyincə.

Atalar sözü ID - 2499

Qəmli ürək ölməsə də, dirilməz.

Atalar sözü ID - 2500

Qərib dərdin tək ağlar.

Atalar sözü ID - 2501

Qərib dostu olmayandı.

Atalar sözü ID - 2502

Qərib it hürəndə özünə hürər.

Atalar sözü ID - 2503

Qərib it yeddi məhlədən qovular.

Atalar sözü ID - 2504

Qərib itin quyruğu qıçının arasında olar.

Atalar sözü ID - 2505

Qərib quşun yuvasını Tanrı öz əliylə tikər.

Atalar sözü ID - 2506

Qəribi baxışından tanıyarlar.

Atalar sözü ID - 2507

Qəribi vurmuşlar, "Vay, vətən" demiş.

Atalar sözü ID - 2508

Qəribin boynu bükük olar.

Atalar sözü ID - 2509

Qəribin dostu olmaz.

Atalar sözü ID - 2510

Qəribin kimsəsi yox, Allahı vardır.

Atalar sözü ID - 2511

Qəriblikdə ölənin börkü nişanə gedər.

Atalar sözü ID - 2512

Qəşənglik vardan olu, olmasa hardan olu.

Atalar sözü ID - 2513

Qətrandan olmaz şəkər, olsa da cinsinə çəkər.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed