Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 2664

Qoyunu qoyun ayağından, keçini keçi ayağından.

Atalar sözü ID - 2665

Qoyunu qurda tapşırmazlar.

Atalar sözü ID - 2666

Qoyunun mələdiyin quzu mələməz.

Atalar sözü ID - 2667

Qoyunun yaxşısı gedib, keçi qalıb, adamın yaxşısı gedib, bici qalıb.

Atalar sözü ID - 2668

Qozbeli qəbir düzəldər.

Atalar sözü ID - 2669

Quda qudurub qızın aparıb...

Atalar sözü ID - 2670

Quduran gedər, gicişən qalar.

Atalar sözü ID - 2671

Qudurasan, qurbağa, gedir ilan vurmağa.

Atalar sözü ID - 2672

Qudurmuş köpəyin ömrü qırx gün olar.

Atalar sözü ID - 2673

Qul xatasız olmaz, ağa kərəmsiz.

Atalar sözü ID - 2674

Qul qulluqda gərək.

Atalar sözü ID - 2675

Qulluqçudan borc eləmə, ya toyda istər, ya yasda.

Atalar sözü ID - 2676

Qulun dediyi olmaz, Tanrının dediyi olur.

Atalar sözü ID - 2677

Qulaq asma, öz sözünü eşidərsən.

Atalar sözü ID - 2678

Qulaq deyər: gündə bir səs eşitməsəm, qalxana dönərəm.

Atalar sözü ID - 2679

Qumarı oynarlar eşqnən.

Atalar sözü ID - 2680

Qurban xətaya qalxandır.

Atalar sözü ID - 2681

Qurban olum o qana, üstündən bir gün keçə.

Atalar sözü ID - 2682

Qurban olum zərgərə, saldı məni pərgara.

Atalar sözü ID - 2683

Qurbanı biz elədik, yağış Qaradağa yağdı.

Atalar sözü ID - 2684

Qurd anılan yerə gələr.

Atalar sözü ID - 2685

Qurd daddığın bilər, udduğun bilməz.

Atalar sözü ID - 2686

Qurd dumanlı gün axtarar.

Atalar sözü ID - 2687

Qurd ilə qoyunun nə aşnalığı?!

Atalar sözü ID - 2688

Qurd ilə yeyər, yiyəsiylə şivənə oturar.

Atalar sözü ID - 2689

Qurd qaranlıq sevər.

Atalar sözü ID - 2690

Qurd qarıyanda köpəyin gülüncü olar.

Atalar sözü ID - 2691

Qurd qocalanda köpəyə gülünc gələr.

Atalar sözü ID - 2692

Qurd qonşusun yeməz.

Atalar sözü ID - 2693

Qurd qoyun yeməkdən tövbə eləməz

Atalar sözü ID - 2694

Qurd quduranda elini qapar.

Atalar sözü ID - 2695

Qurd qurda dal çevirməz.

Atalar sözü ID - 2696

Qurd quzuya dəyməsə, quzu İsfahana gedər.

Atalar sözü ID - 2697

Qurd nə bilir ki, qatır bahadır.

Atalar sözü ID - 2698

Qurd öz örüşündə ac qalmaz.

Atalar sözü ID - 2699

Qurd sürüyə gələndə tək qoyunlunun qoyunun aparar.

Atalar sözü ID - 2700

Qurd tutduğu yerdən qanıq olur.

Atalar sözü ID - 2701

Qurd tükün dəyişər, xasiyyətin dəyişməz.

Atalar sözü ID - 2702

Qurd yırtdığın bilər, udduğun bilməz.

Atalar sözü ID - 2703

Qurd yuvasından sümük əskik olmaz.

Atalar sözü ID - 2704

Qurda dedilər: səni çoban seçəcəklər, dedi: bəlkə məni aldadırsız?

Atalar sözü ID - 2705

Qurda qonaq gedən köpəyini yanına alar.

Atalar sözü ID - 2706

Qurda qoyun tapşırmaq olmaz.

Atalar sözü ID - 2707

Qurda nə qədər yem ver, yenə gözü meşədədir.

Atalar sözü ID - 2708

Qurda sən tikmək öyrət, yırtmaq dədəsi peşəsidir.

Atalar sözü ID - 2709

Qurddan çoban olmaz.

Atalar sözü ID - 2710

Qurddan qorxan qoyun saxlamaz.

Atalar sözü ID - 2711

Qurddan olan qurd olur, əgər adamnan da böyüsə.

Atalar sözü ID - 2712

Qurddan törəyən qurd olur.

Atalar sözü ID - 2713

Qurdu görmək mübarək, görməmək daha mübarək.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed