Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 2564

Qızıldan taxtın olunca bir quruca baxtın olsun.

Atalar sözü ID - 2565

Qızıllı əli bıçaq kəsməz.

Atalar sözü ID - 2566

Qiblə pakdı.

Atalar sözü ID - 2567

Qisas qiyamətə qalmaz.

Atalar sözü ID - 2568

Qismət göydən zənbillə enməz.

Atalar sözü ID - 2569

Qismətdə olan gəlir.

Atalar sözü ID - 2570

Qismətdən artıq yemək olmaz.

Atalar sözü ID - 2571

Qismətdən qaçmaq olmaz.

Atalar sözü ID - 2572

Qiymətli yük yüngül olar.

Atalar sözü ID - 2573

Qoca at da arpa yeyər.

Atalar sözü ID - 2574

Qoca ayrı, qocaman ayrı.

Atalar sözü ID - 2575

Qoca qurd yuvasından əl çəkməz.

Atalar sözü ID - 2576

Qoca öküzü öldürmək olar, öyrətmək olmaz!

Atalar sözü ID - 2577

Qoca tülkü tora düşməz.

Atalar sözü ID - 2578

Qocanın biliyi, cavanın biləyi.

Atalar sözü ID - 2579

Qocalıq gəldi getməzdir, cavanlıq getdi gəlməzdir.

Atalar sözü ID - 2580

Qocalıq soruşmaz - gələr.

Atalar sözü ID - 2581

Qocalıqda yorğalıq.

Atalar sözü ID - 2582

Qocaya gedən quyruq yeyər, cavana gedən yumruq yeyər.

Atalar sözü ID - 2583

Qocaya gülən özünə gülər.

Atalar sözü ID - 2584

Qoç döyüşünə qoç dayanar.

Atalar sözü ID - 2585

Qoç igiddən qoç törər.

Atalar sözü ID - 2586

Qoçun buynuzu qoça ağırlıq eləməz.

Atalar sözü ID - 2587

Qoduq böyüyər, çulu böyüməz.

Atalar sözü ID - 2588

Qoduq böyüyər eşşək olar.

Atalar sözü ID - 2589

Qoduq hürkəndə anasından qabaq düşər.

Atalar sözü ID - 2590

Qohum gəlməyə-gəlməyə yad olar, yad gələ-gələ qohum olar.

Atalar sözü ID - 2591

Qohumun kimdir? Yaxın qonşun!

Atalar sözü ID - 2592

Qol əti qolda gedər, bud əti budda gedər.

Atalar sözü ID - 2593

Qoldan tutan azdır, yaxadan tutan çox.

Atalar sözü ID - 2594

Qolun sınığı boyuna yükdür.

Atalar sözü ID - 2595

Qonağa "get" deməzlər, altından palazı çəkərlər.

Atalar sözü ID - 2596

Qonağa hörmət elərlər, əyərçi kafər ola.

Atalar sözü ID - 2597

Qonağa üz versən, taxça-boxçanı gəzər.

Atalar sözü ID - 2598

Qonağı evə qoyan yox, şahqatarın mıxdan asır.

Atalar sözü ID - 2599

Qonağı gəlməyən evlər yıxılsa yaxşıdır.

Atalar sözü ID - 2600

Qonağı xan olanın anbarında arpa qalmaz.

Atalar sözü ID - 2601

Qonağı qonşuya tanıdarsan, hər ikisindən olarsan.

Atalar sözü ID - 2602

Qonağın ağzına baxarlar, atına yem verərlər.

Atalar sözü ID - 2603

Qonağın könlündən keçən ev yiyəsinin könlündən keçməz.

Atalar sözü ID - 2604

Qonağın ruzusu özündən qabaq gələr.

Atalar sözü ID - 2605

Qonağını əzizləyən itə də sümük atar.

Atalar sözü ID - 2606

Qonaq, çörək yeyirsən?

Atalar sözü ID - 2607

Qonaq, dur altını süpürüm.

Atalar sözü ID - 2608

Qonaq evinə motal yüklü gələn buğda yüklü gedər.

Atalar sözü ID - 2609

Qonaq əvvəl gələndə gül üstə oturar, sonra gələndə çul üstə, üçüncü dəfə gələndə, kül üstə.

Atalar sözü ID - 2610

Qonaq güclü olsa, ev yiyəsin evdən qovar.

Atalar sözü ID - 2611

Qonaq qonağı istəməz, ev yiyəsi heç birin.

Atalar sözü ID - 2612

Qonaq qonağın hesabın könlündə saxlar.

Atalar sözü ID - 2613

Qonaq özgə evində səliqəli olar.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed