Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 2413

Qaraçının koyxası qaraçı olar.

Atalar sözü ID - 2414

Qaraquş sümüyü ölçər udar.

Atalar sözü ID - 2415

Qaraquşa xeyir öz dimdiyindən toxunar.

Atalar sözü ID - 2416

Qaranlıqda halva yeyənin sirrini Xuda bilir.

Atalar sözü ID - 2417

Qardaş qardaşı bıçaqlar, dönüb yenə qucaqlar.

Atalar sözü ID - 2418

Qardaş qardaşın yoxluğun istər, ölümün istəməz.

Atalar sözü ID - 2419

Qardaş olaq, yarı (tən) bölək.

Atalar sözü ID - 2420

Qardaşım xandır, xatunu sevinsin.

Atalar sözü ID - 2421

Qardaşın necə adamdır? Yoldaş olmamışam.

Atalar sözü ID - 2422

Qarğa döşün çəkməklə qaz olmaz.

Atalar sözü ID - 2423

Qarğa gəldi kəklik yerişi yeriyə, öz yerişin də itirdi.

Atalar sözü ID - 2424

Qarğa ilə dost olanın yediyi peyin olar.

Atalar sözü ID - 2425

Qarğa, qarğa, məndə qoz var!

Atalar sözü ID - 2426

Qarğa qarğanın gözün çıxartmaz.

Atalar sözü ID - 2427

Qarğa qarğaya deyər üzün qaradı.

Atalar sözü ID - 2428

Qarğa nədir qasığı nə ola, birə nədir büzüyü nə ola?!

Atalar sözü ID - 2429

Qarğa özü nədi ki, qarıltısı da nə ola.

Atalar sözü ID - 2430

Qarğadan gözəl quş istədilər, balasını göstərdi.

Atalar sözü ID - 2431

Qarğalar mənim toyuğumdu, yumurtasın görmərəm.

Atalar sözü ID - 2432

Qarğanı yüz il bəslə, yenə tərlan olmaz.

Atalar sözü ID - 2433

Qarğıdalı unu it qudurdar.

Atalar sözü ID - 2434

Qarğış tökən alqış görməz.

Atalar sözü ID - 2435

Qarğışlı baş çox yaşayar.

Atalar sözü ID - 2436

Qarı at arpasız?!

Atalar sözü ID - 2437

Qarı dizinə döyməklə dəvə pambıqdan çıxmaz.

Atalar sözü ID - 2438

Qarı düşmən dost olmaz, əyridi bir damarı.

Atalar sözü ID - 2439

Qarı var - arpa unundan aş elər, qarı var - buğda unun daş elər.

Atalar sözü ID - 2440

Qarın başdan aşağıdı - deyiblər.

Atalar sözü ID - 2441

Qarın doyuran aşı göz tanır.

Atalar sözü ID - 2442

Qarın qardaşdan irəlidir.

Atalar sözü ID - 2443

Qarınlar doyandan sonra yetimlər yada düşər.

Atalar sözü ID - 2444

Qarnım tox olandan sonra bal da olsa yemərəm.

Atalar sözü ID - 2445

Qarnım üçün deyil, qədrim üçündür.

Atalar sözü ID - 2446

Qarnımdaykən qanımı yeyər, çölə çıxar canımı.

Atalar sözü ID - 2447

Qarnın doymayan yerdə aclığını bildirmə.

Atalar sözü ID - 2448

Qarışqadan ibrət al; Yaz ikən qışı düşün.

Atalar sözü ID - 2449

Qarışqanın il yığıntısını baqqal bir dəfəyə tərəziyə qoyar.

Atalar sözü ID - 2450

Qarışqanın ölümü yetəndə qanad gətirər.

Atalar sözü ID - 2451

Qart köpək yedəyə gəlməz.

Atalar sözü ID - 2452

Qaş düzəldən yerdə vurdu gözün də çıxartdı.

Atalar sözü ID - 2453

Qaş-daşı sərraf tanır, nə bilər hər divanə.

Atalar sözü ID - 2454

Qaşıq çömçədən irəli olub.

Atalar sözü ID - 2455

Qaşıqla aş verib sapıyla göz çıxarma.

Atalar sözü ID - 2456

Qaşıyıram qanım çıxır, qaşımıram canım çıxır.

Atalar sözü ID - 2457

Qaşqası böyük olanın sözü çox danışılar.

Atalar sözü ID - 2458

Qatıq süzülü - şoru qalar, ayran süzülü - nəyi qalar?

Atalar sözü ID - 2459

Qatır atasını görməsəydi, özünü xanzada bilərdi.

Atalar sözü ID - 2460

Qatır nə bilir xatır?

Atalar sözü ID - 2461

Qatırdan soruşdular: dədən kimdir?

Atalar sözü ID - 2463

Qaydadan çıxan peşman olar.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed