Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 2514

Qəza ilə oyun olmaz.

Atalar sözü ID - 2515

Qəza işin işlər, bizə qalar təşvişlər.

Atalar sözü ID - 2516

Qəzadan qaçmaq olmaz.

Atalar sözü ID - 2517

Qıfıl oğru üçün deyil, doğru üçündür.

Atalar sözü ID - 2518

Qıldığın namaz hürkütdüyün qurbağaya dəyməz.

Atalar sözü ID - 2519

Qılıqlı quzu yeddi ana əmər, qılıqsız birindən də qalar.

Atalar sözü ID - 2520

Qılıqlı min ev yeyər, qılıqsız bir ev yeyə bilməz.

Atalar sözü ID - 2521

Qılınc da öz qının kəsməz.

Atalar sözü ID - 2522

Qılınc - qurşananın, at - minənindi.

Atalar sözü ID - 2523

Qılınc - Misir, arvad - yesir, döşənəcək - həsir.

Atalar sözü ID - 2524

Qılıncsız qırğına getdik.

Atalar sözü ID - 2525

Qırağına bax bezin al, nənəsinə bax qızın al.

Atalar sözü ID - 2526

Qırx bacanağı bir it parçaladı.

Atalar sözü ID - 2527

Qırx il oğru oldu, bir kərə haram yemədi.

Atalar sözü ID - 2528

Qırx ilin yolçusudur, indi soruşur cümə gecəsi nə vaxtdır.

Atalar sözü ID - 2529

Qırx illik balığa üzmək öyrədir.

Atalar sözü ID - 2530

Qırx quldur bir çılpağı soyammaz.

Atalar sözü ID - 2531

Qırx qurda bir aslan neyləsin?

Atalar sözü ID - 2532

Qırxında öyrənən gorunda çalar.

Atalar sözü ID - 2533

Qırqovul başını kola soxar, quyruğundan xəbəri olmaz.

Atalar sözü ID - 2534

Qısğı güclü olanda qorxaq bacadan qaçar.

Atalar sözü ID - 2535

Qısıla-qısıla behiştə gedincə öyünə-öyünə cəhənnəmə gedəsən.

Atalar sözü ID - 2536

Qısrağa yanan canım, day da dalınca getdi.

Atalar sözü ID - 2537

Qış çıxar, üzü qaralıq kömürə qalar.

Atalar sözü ID - 2538

Qış qışlığın yerdə elər, göydə eləməz.

Atalar sözü ID - 2539

Qışın qarı - yayın barı.

Atalar sözü ID - 2540

Qız ağacı - qoz ağacı, hər yetən bir selbə atar.

Atalar sözü ID - 2541

Qız alan alana kimi, qız verən ölənə kimi.

Atalar sözü ID - 2542

Qız alan göznən baxmasın, qulağıynan eşitsin.

Atalar sözü ID - 2543

Qız alanın ya bir çuval pulu gərək, ya bir çuval yalanı.

Atalar sözü ID - 2544

Qız anadan qorxmasa, öyüd almaz.

Atalar sözü ID - 2545

Qız evi - naz evi.

Atalar sözü ID - 2546

Qız evində danqır-dunqur, oğlan evinin xəbəri yox.

Atalar sözü ID - 2547

Qız qarıyanda dayısının boynuna düşər.

Atalar sözü ID - 2548

Qız qızanda tez soyuyar, vay ondan ki, dul qıza.

Atalar sözü ID - 2549

Qız yükü - duz yükü.

Atalar sözü ID - 2550

Qızı otaqlıya yox, papaqlıya ver.

Atalar sözü ID - 2551

Qızı özbaşına qoysan, ya halvaçıya gedər, ya nağaraçıya.

Atalar sözü ID - 2552

Qızı saldın beşiyə, cehizi çək eşiyə.

Atalar sözü ID - 2553

Qızım, sənə deyirəm, gəlinim, sən eşit.

Atalar sözü ID - 2554

Qızın döyməyən dizin döyər.

Atalar sözü ID - 2555

Qızın isməti - atanın dövləti.

Atalar sözü ID - 2556

Qızını vermə dəli dəvəçiyə, dəvəsi gedər, dəlisi qalar.

Atalar sözü ID - 2557

Qıznan qızıl gizlin gərək.

Atalar sözü ID - 2558

Qızıl Xızırı oynadar.

Atalar sözü ID - 2559

Qızıl inək qaraqabaq gəlinə süd verməz.

Atalar sözü ID - 2560

Qızıl qəfəsdən hər quşun tikdiyi yuvası xoş.

Atalar sözü ID - 2561

Qızıl quşun ayağında qumro olar.

Atalar sözü ID - 2562

Qızıl palçıqda da parıldar.

Atalar sözü ID - 2563

Qızıldan çarıq geysən, yenə adı çarıqdı.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed