“Sony Ericsson” şirkətinin ləğv edilməsinin səbəbi nədir?
İsveçin “Ericsson” şirkəti Yaponiyanın “Sony” korporasiyası ilə birlikdə yaratdıqları “Sony Ericsson” smartfonlarının istehsalı üzrə müəssisədəki payını “Sony” korporasiyasına 1,05 milyard avroya satmağa razılıq verib. Verilmiş məlumata görə, bu sövdələşmə 2012-ci ilin ilk kvartalında tamamlanacaq.