İzahlı lüğət

VİRTUAL (ID - 41791)

sif. [ing.] 1. Fakta əsaslanan, həqiqi, gerçək.
Mümkün olan, imkan daxilində, müəyyən şəraitdə meydana çıxa bilən.
Xəyali, əsli olmayan.

VİRTUOZ (ID - 41792)

[ital.] mus. Öz sənətinin texnikasına mükəmməl yiyələnmiş mahir ifaçı (çalğıçı və ya müğənni). // dan. Hər hansı bir işdə ən böyük məharət qazanmış adam; mahir usta. Çayı dəmləməkdə, bir ovcuna beş-altı armudu...

VİRTUOZLUQ (ID - 41793)

is. mus. Ustadlıq, mahirlik, məharət, mahir sənətkarlıq. Skripka çalmaqda virtuozluq göstərdi.

VİRUS (ID - 41794)

is. [lat.] İnsan və bitkilərdə yoluxucu xəstəlik törədən mikrob.

VİSKİ (ID - 41795)

is. [ing.] Tünd spirtli ingilis içkisi.

VİSKOZ (ID - 41796)

[lat.] 1. Süni lif, sellafon və s. hazırlamaq üçün işlədilən sellülozdan alman üzvi maddə.
2. Süni ipək. // sif. Süni ipəkdən hazırlanmış, tikilmiş. Viskoz köynək. Viskoz jaket. Viskoz parça.

VİSKOZLU (ID - 41797)

sif. Viskoz qarışığı olan.

VİSMUNDİR (ID - 41798)

[xar.] İnqilabdan əvvəlki Rusiyada: məmurların geydiyi rəsmi paltar, frak. [Maslennikov] üstdən vismundir geyinmişdi. Tolstoydan. Neva prospektində birdənbirə bahar olur; buranı yaşıl vismundir geymiş məmurlar bürüyür. Qoqoldan.

VİŞ (ID - 41799)

is. Nazik bərk ip.

VİŞNƏ (ID - 41800)

is. [rus.] Albalı, gilənar. Vişnə mürəbbəsi.

VİTALİST (ID - 41801)

[fr.] 1. Vitalizm tərəfdarı.
2. Vitalizmə aid olan.

VİTALİZM (ID - 41802)

[fr.] Biologiyada: həyat prosesləri və hadisələrinin maddi əsaslardan deyil, orqanizmlərdə olan xüsusi qeyri-maddi əsasdan - “həyati qüvvədən” asılı olduğunu iddia edən mürtəce idealist cərəyan.

VİTAMİN (ID - 41803)

[lat.] 1. İnsan və heyvanın qidalanması, maddələr mübadiləsi və orqanizmin normal fəaliyyəti üçün lazım olan müxtəlif tərkibli üzvi maddə. Polşa alimi Kazimir Funk həyat üçün zəruri olan maddələri vitaminlər adlandırmışdır...

VİTAMİNLƏŞDİRİLMƏ (ID - 41804)

“Vitaminləşdirilmək”dən f.is.

VİTAMİNLƏŞDİRİLMƏK (ID - 41805)

məch. Vitamin daxil edilmək, vitamin qatılmaq.

VİTAMİNLƏŞDİRİLMİŞ (ID - 41806)

f sif Vitamin daxil edilmiş, vitamin qatılmış, vitaminli. Vitaminləşdirilmiş balıq yağı.

VİTAMİNLƏŞDİRMƏ (ID - 41807)

“Vitaminləşdirmək”dən f.is.

VİTAMİNLƏŞDİRMƏK (ID - 41808)

f Vitamin daxil etmək, vitamin qatmaq.

VİTAMİNLİ (ID - 41809)

sif Tərkibində vitamin maddəsi olan. Vitaminli yeməklər. Vitaminli göyərtilər. Vitaminli sabun.

VİTAMİNSİZ (ID - 41810)

sif. Tərkibində vitamin olmayan.

VİTAMİNSİZLİK (ID - 41811)

is. Yeyintidə vitaminlərin olmaması, ya çatışmaması. Vitaminsizlik xəstəliyi..

VİTRİN (ID - 41812)

[fr.] Malları və ya müxtəlif şeyləri nümayiş etdirmək üçün mağaza pəncərəsinin dalında sərgi yeri, yaxud şüşə ilə örtülü şkaf, yeşik və s. Laçın iki aydan bəri görmədiyi qəsəbənin ayrı-ayrı evlərinə, dükanların...

VİTSE-ADMİRAL (ID - 41813)

Hərbi donanmada: ikinci admiral rütbəsi.

VİVAÇE (ID - 41814)

zərf [ital.] mus. Lap tez, çox iti templə.

VİVARİ (ID - 41815)

is. [lat.] Təcrübədə istifadə olunmaq üçün müxtəlif heyvanlar, əsasən laboratoriya heyvanları saxlanan bina.

VİZA (ID - 41816)

[lat.] rəs. 1. Bir xarici ölkəyə daxil olmaq, orada yaşamaq, yaxud oradan getmək üçün xarici pasportda edilən xüsusi qeyd, rəsmi icazə. Viza almaq. Viza vermək. - Miss Hannanın pasportunu Culfa jandarm polkovniki Ştraub viza etmişdi....

VİZALAMA (ID - 41817)

“Vizalamaq”dan f.is.

VİZALAMAQ (ID - 41818)

f . rəs. Viza qoymaq (bax viza).

VİZALANMAQ (ID - 41819)

məch. rəs. Viza qoyulmaq (bax viza). Pasportlar vizalanmışdır.

VİZALATMAQ (ID - 41820)

f . rəs. Viza qoydurmaq (b a x viza).

VİZİT (ID - 41821)

[fr.] 1. Görüş. [Əbdürrəhman bəy:]
Elə şeyləri sən özün yaxşı bilirsən, gərək o gəlsin vizitə, yoxsa mən gedim ona deyim? N.Vəzirov. [Həsən ağa:] Necə, nə üçün məktəb qurtarıbdır, ağsaqqala gərəkdirmi bir vizit...

VİZİTKA (ID - 41822)

[rus. əsli fr.] köhn. Qabaq tərəfdən bir-birindən aralı duran yarımdairə şəkilli uzun ətəkləri olan birbortlu sürtuk (kişi paltarı). Vizitkaların ətəkləri qartal qanadları kimi sağa və sola dönürdü. M.S.Ordubadi.

VİZUAL (ID - 41823)

sif. [lat.] Gözlə və ya aparatla görünən. s

VODEVİL (ID - 41824)

[fr.] Əksərən birpərdəli gülməli pyes.

VODEVİLÇİ (ID - 41825)

is. Vodevil yazan yazıçı.

VOJ (ID - 41826)

[rus. вожжи sözündən] Uzun cilov qolları; qoşqu atını və atları sürmək üçün cilovla birləşdirilmiş uzun qayışlar. - Qoşa qəmər atlarımın vojlarını aldım əlimə. Məmmədquluzadə.

VOKAL (ID - 41827)

sif. [lat.] Səsə aid olan, oxumaqla ifa edilən, oxumağa aid olan, oxunmaq üçün yazılmış. Vokal musiqi. Vokal əsər. Konservatoriyanın vokal sinfi. - Vəznsiz musiqiyə bunlar daxildir: ladlar üzərində vokal və çalğı gəzişməsi (improvizasiyası)....

VOKALİST (ID - 41828)

[lat.] mus. Müğənni yetişdirən mütəxəssis, səs mütəxəssisi. // Xüsusi təhsil almış müğənni.

VOKALIZM (ID - 41829)

[lat.] dilç. Bir dilin səssizlər sistemi, onların xüsusiyyətləri və bir-birinə münasibəti.

VOLEYBOL (ID - 41830)

[ing.] idm. İki komandanın topu tor üzərindən bir-birinə atmasından ibarət idman oyunu. Voleybol zehni işdən sonra istirahət etmək üçün ən yaxşı vasitələrdən biridir.

VOLEYBOLÇU (ID - 41831)

is. Voleybol oynayan idmançı.

VOLFRAM (ID - 41832)

xüs. kim. Ağ-parlaq, çox yüksək hərarətdə əriyən kimyəvi element metal. Nadir və aztapılan elementlərdən volfram, molibden, berillium .. və başqaları xüsusi yer tutur və onların yeni yataqlarının tapılması elm və texnikanı çox...

VOLFRAMLI (ID - 41833)

sif. Tərkibində volfram olan. Volframlı polad. Volframlı boyalar.

VOLOST (ID - 41834)

[rus.] İnqilabdan əvvəlki Rusiyada və rayonlaşmadan əvvəl SSRİ-də qəzanın tərkibinə daxil olan kiçik inzibati-ərazi vahidi. 15 il bir dabana mən bu volostda can qoymuşam. S.Rəhimov. Kiçik zabit Prişibeyev, siz volostyüzbaşısı Alyapovu,...

VOLT (ID - 41835)

[italyan fiziki Voltanın adından] Elektrik cərəyanı gərginliyinin ölçü vahidi.
□□ Volt qövsü fiz. - bir-birinə yaxın duran iki elektrondan keçən cərəyanın əmələ gətirdiyi yüksək hərarətli ağ işıqlı qövs.

VOLTA (ID - 41836)

[xar.] Yüngül pambıq parça növü.

VOLT (ID - 41837)

A J [xar.] fiz. Elektrik dövrəsində volt ilə ifadə olunan gərginliyin köhnə adı.

VOLTAMETR (ID - 41838)

[xüs. Volt və yun. metr] fiz. Elektrik cərəyanı qüvvəsini, onun kimyəvi təsirinə görə ölçmək üçün cihaz.

VOLT-AMPER (ID - 41839)

xüs. fiz. Dəyişən elektrik cərəyanının zahiri qüvvəsinin ölçü vahidi.

VOLTERÇİ (ID - 41840)

is. tar. Volter tərəfdarı (bax volterçilik); azad düşünən adam, azadfikirli.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed